t s

» » Ərzaq bazarında gözlənilməz bahalaşma: - Qiymətlərin daha da qalxacağı deyilir

Ərzaq bazarında gözlənilməz bahalaşma: - Qiymətlərin daha da qalxacağı deyilir

2-03-2018, 09:50 Yazar:  Gülnar Baxılıb: 127 Çap et
Ərzaq bazarında gözlənilməz bahalaşma: - Qiymətlərin daha da qalxacağı deyilirSon zamanlar dəniz məhsullarının, xüsusilə balığın qiyməti iki dəfəyə qədər artıb. Belə ki, əgər bir neçə ay öncə kütümün kiloqramı 7, berjin 10, nərənin 20 manat idisə, indi kütüm 12-14, berj 22, nərə isə 30 manata satılır. Sputnik Azərbaycan əməkdaşının həmsöhbət olduğu satıcılar bildirirlər ki, bu qiymətlər hələ bayramda da artacaq.

Satıcı Nail Cavadovun sözlərinə görə, hava şəraiti ilə əlaqədar olaraq balıq ovu çətinləşib: "Həmçinin insanlar Novruz bayramı qabağı balığa daha çox üstünlük verirlər. Bunlar da balığın qiymətinə təsirini göstərir. Qarşıda çərşənbələr, bayram var. Düşünürəm ki, hələ 5-6 manat da bahalaşacaq".

N.Cavadov qeyd edir ki, balıq ən ucuz yay vaxtı satılır: "Çünki yayda çox az adam balıq alır. Həm də bahalaşma digər dəniz məhsullarından da yan keçməyib. Bütün məhsullarda ən az 30 faiz bahalaşma var. Bunu daim dəniz məhsulları istifadə edənlər daha yaxşı bilir".

Digər satıcı Samir Əliyev də deyir ki, balığın bahalaşması müvəqqəti xarakter daşıyır: "Mövsüm və bayramqabağı olduğu üçün bahalaşma özünü bütün dəniz məhsullarının qiymətində göstərir".

Qida eksperti Elsevər Fərzəliyev isə balıqların qiymətinin dəyişməsini mövsümlə əlaqələndirir: "Yəni ovlanma şərtləri ilə əlaqədar olaraq qiymət bahalaşa və ya ucuzlaşa bilər. Çünki indi balığın ovlanması, digər fəsillərlə müqayisədə daha çətindir, hansı ki, bu hal qiymətin bahalaşmasını şərtləndirən ən vacib amillərdən sayılır".

Lakin Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov diqqətə çatdırır ki, ölkədə başqa ərzaq məhsullarının bahalaşdığı bir zamanda balığın qiymətinin artması da gözlənilən idi: "Balıq ekoloji cəhətdən təmiz məhsuldur. Buna görə də, onun bahalaşması gözlənilən idi".

"Bundan əlavə, Azərbaycanın dənizkənarı ölkə olmasına baxmayaraq, ölkədə balıq bazarı yoxdur. Təbii ki, bu da balığın qiymətinə təsir edir", — müsahibimiz vurğulayır.

E.Hüseynovun sözlərinə görə, Azərbaycanda balıq bazarının 60 faizini idxal olunan balıqlar təşkil edir: "Azərbaycana bir çox ölkələrdən, o cümlədən Vyetnamdan sağlamlıq üçün təhlükəli olan, dondurulmuş balıqlar gətirilir. Buna görə də, istehlakçılar balıq alarkən diqqətli olmalıdır".




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

19:17 Arvadına zəng edən qonşusunu çölə aparıb döydü, lüt soyundurdu, sonra... - Kürdəmirdə inanılmaz hadisə Arvadına mesaj yazmaqda və onu narahat edən şəxsə işgəncə verməkdə təqsirli bilinən Kürdəmir rayon sakini, 1974-cü il təvəllüdlü Mübariz Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Mediaxeberleri.az Publika.az-a istinadən xəbər verir ki, Mübariz Əhmədovun qonşusu Elsevər Məmmədovun onun
11:31 Marketlərdə bahalaşma başladı - Yumurta 15-24 qəpik Paytaxtdakı market və mağazalarda ərzaq və digər gündəlik tələbat məhsullarının qiymətlərində bahalaşma davam edir. Lakin yağın bahalaşması ilə bağlı yaşanan ictimai narazılıqdan sonra qiymət artımları daha səssiz şəkildə həyata keçirilir və demək olar ki, hər gün 1-3 qəpik artım olur. Artıq yağın,
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
11:23 Evlərin ucuzlaşması: böhran, yoxsa real qiymətlərə yaxınlaşma? - TƏHLİL Ötən il Azərbaycanın valyuta bazarında baş verən sarsıntılar ölkənin bir çox sahələrə, o cümlədən də daşınmaz əmlakı bazarına mənfi təsir edib. Neftin kəskin ucuzlaşması səbəbindən ölkədə manatın çökməsi prosesi başlayıb və buna cavab olaraq ötən il iki devalvasiya həyata keçirilib. Əvvəl
14:02 Qiymət ucuzluğu görmək mümkün olmadı - Bayram günü Artıq bayram günü də çatdı. Təəssüf ki, bayramın gəlişi heç çoxunu sevindirmədi. Bu isə sözsüz ki, ölkədə baş verən iqtisadi proseslərin nəticəsi kimi qiymətləndirilir. Demək olar ki, 2015-ci ilə qədəm qoyandan bəri iqtisadi problemlər günü-gündən artmağa başladı. Dolların bahalaşması ölkə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az