t s

» » Qazax və Ağstafada içməli su layihələri reallaşdırılıb

Qazax və Ağstafada içməli su layihələri reallaşdırılıb

1-03-2018, 19:46 Yazar:  Gülnar Baxılıb: 416 Çap et
Qazax və Ağstafada içməli su layihələri reallaşdırılıb
“Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 mart 2017-ci il tarixli Sərəncamına uyğun olaraq Qazax və Ağstafa rayonlarında həyata keçirilən layihələr uğurla yekunlaşıb. Novruzun ilk - su çərşənbəsində layihələrin açılış mərasimləri keçirilib.

“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən AFN-ə verilən məlumata görə, qurumun sədr müavini Köçərli Həsənov “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq həyata keçirilən layihələr barədə məlumat verib. Bildirib ki, artıq bütün rayonlarda tikinti-quraşdırma işləri yekunlaşıb və 2018-ci ildə də içməli sudan əziyyət çəkən digər kəndlərdə layihələrin icrası davam etdiriləcək.

Kənd sakinləri indiyədək su təminatı baxımından böyük çətinliklərlə qarşılaşdıqlarını bildiriblər. Bu sahədə problemlərin həllinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Ağstafa rayonunda icra olunan layihə rayonun Qarayazı, Soyuqbulaqlar, Soyuqbulaq və Həzi Aslanov kəndlərini əhatə edib. Qarayazı, Soyuqbulaqlar və Soyuqbulaq kəndlərində yaşayan sakinləri keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək məqsədilə bir ədəd yeni subartezian quyusu qazılıb, 25 kubmetrlik su çəni və nasosxana quraşdırılıb. Həzi Aslanov kəndinin içməli su təchizatı mövcud artezian quyusu hesabına həyata keçirilir. Bu kəndlərdə əhalinin ümumi istifadəsi məqsədilə 31 ədəd bulaq quraşdırılıb. Ümumilikdə bu layihədən 4 kəndin 2550 nəfər sakini faydalanıb.

Qazax rayonunda icra olunan layihə isə rayonun Kəmərli, Aslanbəyli və Daş Salahlı kəndlərini əhatə edib. Kəmərli və Aslanbəyli kəndlərini içməli su ilə təmin etmək üçün kəndlərin hər birində subartezian quyusu qazılıb. Daş Salahlı kəndinin su təchizatı üçün isə Coğazçay su mənbəyi seçilib. Layihə çərçivəsində Aslanbəyli kəndində əhalinin ümumi istifadəsi üçün 13 ədəd bulaq quraşdırılıb. Kəmərli və Daş Salahlı kəndlərində isə mövcud olmuş və istismara yararsız vəziyyətə düşmüş şəbəkə su xətləri yenilənib. Bu layihənin icrası nəticəsində Qazax rayonun 3 kəndinin 17500 sakinin içməli su problemi həll edilib.

Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Sərəncama uyğun olaraq 28 rayonun 170 yaşayış məntəqəsində yeni su təchizatı sistemləri yaradılıb və bu layihələrdən 271 mindən artıq sakin faydalanır.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:55 Qazaxda ilin yekunlarına dair hesabat yığıncağı keçirildi– FOTO Qazax rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əlibaba Əliyev, Milli Məclisin deputatları Kamran Nəbizadə və Ülviyyə Ağayeva
21:44 Ağstafada ilin yekunlarına dair hesabat yığıncağı keçirildi– FOTO+VİDEO “Ağstafa rayonu İcra hakimiyyəti başçısının 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair” hesabat yığıncağı keçirildi. Mediaxeberleri.az-ın məlumatına görə, Ağstafa şəhəri Heydər Əliyev Mərkəzinin böyük zalında keçirilən tədbirdə Azərbaycan Respublikası
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
23:10 İlham Əliyevin əfv sərəncamı sabah icra olunacaq+ SİYAHI Sərəncam sabah icra olunacaq. Azərbaycan Prezidenti İlham Əliyev bu gün əfv haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az dövlət başçısının saytına istinadən həmin sərəncamı və əfv olunan şəxslərin siyahısını təqdim edir: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az