t s

» » 4-cü sinif şagirdinin intiharı ilə bağlı yeni xəbər: - “Əgər özünü öldürmək istəsəydi...”

4-cü sinif şagirdinin intiharı ilə bağlı yeni xəbər: - “Əgər özünü öldürmək istəsəydi...”

1-03-2018, 11:41 Yazar:  Məmməd Məmmədov Baxılıb: 101 Çap et
4-cü sinif şagirdinin intiharı ilə bağlı yeni xəbər: - “Əgər özünü öldürmək istəsəydi...”Zaqatalada 4-cü sinif şagirdinin intiharı ilə bağlı bəzi məqamlar məlum olub.

Mediaxeberleri.az xəbər verir ki, Muxax kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Hafiz Məmmədovun ölümü intihar deyil:

“Uşaq həyətdə oynayırmış. Hadisə də elə bu zaman baş verib. Hafizin qardaşı həmin vaxt tövlədə olub, mal-qaraya baxırmış. Əgər uşaq özünü öldürmək istəsəydi, gedib özünü başqa yerdə asardı. Meyit asılı vəziyyətdə tapılmayıb, ayaqları taxtanın üstündə olub”.

Kənd sakinləri qeyd ediblər ki, Hafiz Məmmədovun ailəsində maddi sıxıntı olmayıb:

“Bu ailənin 3 övladı olub. Bir qız, iki oğlan. Bir neçə il əvvəl qız dünyasını dəyişib. Atası Nazim kişi çobandır, amma buna baxmayaraq, heç bir maddi sıxıntıları olmayıb”.

Qeyd edək ki, Zaqatalada intihar hadisəsinin baş verməsi ilə bağlı mətbuatda xəbərlər yayılıb. Xəbərlərdə, rayonun Muxax kənd sakini, 11 yaşlı Hafiz Məmmədovun meyitinin yaşadığı evin həyətində təndirxanada asılı vəziyyətdə aşkar edildiyi bildirilir.

***

Zaqatala rayonunda 4-cü sinif şagirdinin özünü asmasının təfərrüatı açıqlanlıb.

"Report"un yerli bürosunun məlumatına görə, rayonun Muxak kənd sakini, 2007-ci il təvəllüdlü Hafiz Nazim oğlu Məmmədovun meyiti yaşadığı evin həyətində təndirin çardağında ipdən asılı vəziyyətdə aşkarlanıb. Hadisə zamanı evdə onun anası və 15 yaşlı qardaşı olub. H.Məmmədovun çobanlıqla məşğul olan atası Nazim Məmmədov hadisədən bir neçə saat əvvəl qışlağa gedib.

Valideynlərinin "Report"a verdiyi məlumata görə, hadisədən bir neçə saat əvvəl H.Məmmədov qonşuluqda yaşayan məktəb yoldaşıgilə dərslərini hazırlamağa gedib: "Oradan çıxdıqdan sonra qardaşı ilə birgə mal-qaranı rahatlamaq üçün evə qayıdıb. Qardaşı tövlədə olan zaman H.Məmmədov həyətdəki təndirin çardağında, mal-qaranı bağlamaq üçün nəzərdə tutulan kəndiri boğazına bağlayıb, ayağının altına 3-4 kərpic qoyub".

Valideynləri ehtimal edir ki, 11 yaşlı Hafiz oyun oynayan zaman təsadüfən kəndirə ilişib və boğulub: "Ola bilər ki, ayağının altına qoyduğu kərpiclər sürüşüb və kəndir boğazını sıxaraq boğulub. Hafizin heç bir ruhi xəstəliyi, intihar etmək üçün psixoloji problemi və hər hansı dərdi olmayıb. O, nə başa düşür ki, intihar etmək, özünü asmaq nədir?! Sadəcə oyun oynamağı sevirdi".

Dərsini hazırlamaq üçün getdiyi qonşu qızın anası isə bildirib ki, Hafizlə qızı birlikdə dərslərini hazırlayıb sağollaşıblar: "Hafiz tərbiyəli və savadlı uşaq idi. Həm dərslərini yaxşı bilirdi, həm də evdə ailəsinə təsərrüfat işlərində köməklik edərdi. Bizim evdən yenicə çıxmışdı ki, eşitdik özünü asıb".

Onun oxuduğu məktəb müəllimləri də dərslərini normal oxuduğunu və bu günə qədər heç bir problemi olmadığını bildiriblər.

Faktla bağlı Zaqatalada rayon Prokurorluğunda 125-ci (özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:17 İlham Əliyev 6 sərəncam imzaladı Prezident İlham Əliyev R.Ə.Quliyevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər
17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az