t s

» » Azərbaycan Avropa Mini Futbol Federasiyasının üzvü oldu

Azərbaycan Avropa Mini Futbol Federasiyasının üzvü oldu

28-02-2018, 11:47 Yazar:  Məmməd Məmmədov Baxılıb: 188 Çap et
Azərbaycan Avropa Mini Futbol Federasiyasının üzvü oldu23-24 fevral tarixlərində Macarıstanın paytaxtı Budapeştdə Avropa Mini Futbol Federasiyasının (AMF) Baş Assambleyası keçirilib.

Mediaxeberleri.az xəbər verir ki, bu yığıncaqda ötən ilin sentyabrında təsis olunmuş Azərbaycan Mini Futbol Assosiasiyasının (AMFA) sədri Elxan Əsədov və AMFA-nın baş katibi Azər Hüseynov iştirak edib.

İclasda AMFA rəhbərliyi bu idman növünün Azərbaycanda inkişafının həlli yollarını və bu yöndə öz strateji baxışlarını təqdim edib. AMFA rəsmiləri mini futbolun inkişafında “Bakcell” və “Azfar Qrup” kimi çox güclü kommersiya tərəfdaşlarının olduğunu vurğulayıb.

Qeyd olunub ki, Azərbaycanda mini futbolun inkişafı üçün həvəskarlar arasında çempionat – Alfa Liqa keçiriləcək.

Bundan sonra səsvermə keçirilib. Səsvermə nəticəsində Azərbaycan, eləcə də, Belçika və İsveçrənin müvafiq qurumları AMF-in üzvlüyünə qəbul edilib. Həmçinin iclasda AMF tərəfindən tələb olunan şərtlər yerinə yetirilmədiyi üçün Ermənistanın bu quruma üzvlüyünə xitam verilib.

Sözügedən tədbir barədə AMFA-nın baş katibi Azər Hüseynov Oxu.Az-a fikirlərini bildirib:

“Bu yığıncaq ildə iki dəfə keçirilir. Budəfəki toplantıda 30-dan çox ölkənin nümayəndəsi iştirak edirdi. Burada bir sıra məsələlər müzakirə olundu və səsə qoyuldu. Bunların arasında Azərbaycan Mini Futbol Assosiasiyasının üzvlüyü də müzakirə olundu. Təqdim etdiyimiz meyarlar tələb olunan şərtlərə cavab verdiyindən, üzvlüyə qəbul olunan üç ölkədən biri olduq”.

Hüseynov onu da qeyd edib ki, Avropa Mini Futbol Federasiyası öz fəaliyyətini genişləndirmək istəyir:

“AMF artıq kişilərlə kifayətlənməyərək bu idman növünü qadınlar, eləcə də, biznes subyektləri arasında keçirməkdə maraqlıdırlar. Bildiyiniz kimi, biz artıq bu yöndə Azfar Biznes Liqası keçiririk. Avropa Mini Futbol Federasiyası həmçinin bu idman növünü bəlli kateqoriyalar üzrə, məsələn, U-19 və U-21 yaş kateqoriyalarına aid komandalar üzrə inkişaf etdirmək istəyir”.

Qeyd edək ki, AMFA-nın AMF-ə üzvlüyündən sonra bu ilin 12-18 avqust tarixlərində Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək Avropa çempionatında Azərbaycan mini futbol üzrə millisinin, eləcə də, Alfa Liqanın qalibi olacaq komandanın 5-9 sentyabr 2018-ci ildə Sloveniyada təşkil olunacaq Çempionlar Liqasında iştirak edəcəyi dəqiqləşib. Bu layihələr “Bakcell” şirkətinin baş sponsorluğu altında həyata keçiriləcək.

Xatırladaq ki, “Azfar Qrup” Azərbaycanda 2008-ci ildə təsis edilib. Bu şirkət tam infrastruktura malik həvəskar və peşəkar futbol meydançalarının tikintisi və idarə edilməsi üzrə ixtisaslaşıb. Şirkətin 30-dan çox sayda meydançaları mövcuddur. “Azfar Qrup” ötən ildən Azərbaycanda şirkətlər arasında keçirilən Azfar Biznes Liqası kimi layihəyə imza atıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:55 Qazaxda ilin yekunlarına dair hesabat yığıncağı keçirildi– FOTO Qazax rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əlibaba Əliyev, Milli Məclisin deputatları Kamran Nəbizadə və Ülviyyə Ağayeva
10:06 Kamal Abdulla: “Azərbaycanda radikal və ekstremist cərəyanların fəaliyyəti xeyli məhdudlaşıb” - MÜSAHİBƏ Yeni mədrəsələrin açılmasına hazırlıq işləri görülür” Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullanın APA-ya müsahibəsi - “Multikulturalizm ili” çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində hansı işlər
09:04 Əli Həsənov: Azərbaycan müstəqillik, inkişaf və rifah yolu ilə gedir – MÜSAHİBƏ “2015-ci ildə Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunub”. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 2015-ci ilin yekunları ilə bağlı müsahibə verib. Mediaxeberleri.az müsahibəni təqdim edir: - Başa çatmaqda olan 2015-ci
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az