t s

» » Ağstafanın 4 kəndinə yeni içməli su xətti çəkildi

Ağstafanın 4 kəndinə yeni içməli su xətti çəkildi

27-02-2018, 21:01 Yazar:  Məmməd Məmmədov Baxılıb: 284 Çap et
Ağstafanın 4 kəndinə yeni içməli su xətti çəkildi
Soyuqbulaqlar, Qarayazı, Soyuqbulaq və Həzi Aslanov qəsəbələrində yeni içməli su xətti istismara verildi

“Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2017-ci il 23 avqust tarixli 3190 nömrəli Sərəncamına uyğun olaraq Ağstafa rayonunun 4 yaşayış məntəqəsinə, Soyuqbulaqlar, Qarayazı, Soyuqbulaq və Həzi Aslanov qəsəbələrinə içməli su xətti çəkilib. Bu münasibətlə Qarayazı qəsəbəsinin mərkəzində geniş mərasim keçirildi.

Tədbirdə Ağstafa rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov, “Birləşmiş Sukanal” MMC-nin direktoru Ramin Sadıqov, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, eləcə də həmin yaşayış məntəqələrinin ictimaiyyət nümayəndələri iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev ilk öncə qəsəbələrin sakinlərini bu əlamətdar hadisə münasibəti ilə təbirk etdi. Bu qəsəbələrə ölkə rəhbərinin müvafiq Sərəncamı ilə içməli suyun verilməsi, Novruz bayramının gəlişindən xəbər verən su çərənbəsi ilə bir günə təsadüf etməsi sözün əsil mənasında hər birimizdə yüksək bayram ovqatı yaradır. İcra başçısı öz çıxışında ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına uyğun olaraq son zamanlar rayonda görülən işlərdən geniş bəhs etdi.

Tədbir çıxış edən yerli sakinlər, şəhid ailəsinin üzvü Teymur Qurbanov, ağsaqqal Elxan Mustafayev, ziyalılar Mais Bəhrəmov, Fəramiz Məmmədov və digərləri bildirdilər ki, bu yaşayış məntəqələrinin yüz faiz qazlaşdırılması, ötən ilin sonunda rayon mərkəzi ilə əlaqələndirən avtomobil yolunun əsaslı yenidən qurulması və hazırda isə yeni içməli su xəttinin istismara verilməsi onlara göstərilən yüksək dövlət qayğısının nəticəsidir. Bütün həyata keçirilən bu işlərə görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə yerli ictimayiət adından dərin minnətdarlığımızı bildiririk.

Ağstafanın 4 kəndinə yeni içməli su xətti çəkildi
Ağstafanın 4 kəndinə yeni içməli su xətti çəkildi
Ağstafanın 4 kəndinə yeni içməli su xətti çəkildi
Ağstafanın 4 kəndinə yeni içməli su xətti çəkildi




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:55 Qazaxda ilin yekunlarına dair hesabat yığıncağı keçirildi– FOTO Qazax rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əlibaba Əliyev, Milli Məclisin deputatları Kamran Nəbizadə və Ülviyyə Ağayeva
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
09:42 Sayılmış ən böyük rəqəm Dünyanın ən böyük rəqəmi deyə bir şey yoxdur. Çünki rəqəmlər sonsuza qədər gedər ancaq sayılmış ən böyük rəqəmi sizlərlə paylaşmaq istədik. Aşağıda gördüyünüz rəqəm, bu günə qədər çatıla bilmiş ən böyük rəqəmdir. Yəni bir bir sayılmışdır, minlərlə maşın istifadə edilmişdir, kompüterlər 4 il boyunca
23:10 İlham Əliyevin əfv sərəncamı sabah icra olunacaq+ SİYAHI Sərəncam sabah icra olunacaq. Azərbaycan Prezidenti İlham Əliyev bu gün əfv haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az dövlət başçısının saytına istinadən həmin sərəncamı və əfv olunan şəxslərin siyahısını təqdim edir: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az