t s

» » Kommunal xidmətlərin qiyməti bahalaşa bilər?

Kommunal xidmətlərin qiyməti bahalaşa bilər?

25-02-2018, 00:00 Yazar:  Gülnar Baxılıb: 169 Çap et
Kommunal xidmətlərin qiyməti bahalaşa bilər?
2018-ci ildə Azərbaycanda iqtisadi artım 1,5%, 2019-cu ildə isə 2% təşkil edəcək.

Bu barədə "Moody’s" beynəlxalq reytinq agentliyi məlumat yayıb.

Bildirilir ki, ilkin qiymətləndirmələrə görə, 2017-ci ildə Azərbaycanda iqtisadiyyatı 0,1% böyüyüb. İnflyasiyaya gəlincə, 2018-ci ildə bu göstərici 6%, 2019-cu ildə 5% təşkil edəcək. Düşünürük ki, manatın məzənnəsinin sabitliyinə inam artdığından inflyasiya da 5-6% ətrafında sabitləşəcək.

Bəs göstərilən iqtisadi artım bu il və növbəti ildə əhalinin sosial həyatında, əmək haqqı və kommunal xidmətlərdə hansı dəyişikliklərə səbəb olacaq?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov sonxeber.az-a açıqlamasında bildirib ki, 2018-ci ildə Azərbaycanda iqtisadi artımın 1,5%, 2019-cu ildə isə 2% təşkiletməsi
inflaysiya təzyiqlərinin həcmi azalmasına təsir edəcək. 2018-2019 –cu illərdə qiymət dinamikasına öz təsirini göstərəcək.

İqtisadçı bildirib ki, burada digər bir məqam yerli istehsal qiymətlərinin dəyişməsi məsələsidir. Yerli istehsalın sənayə məhsulları üzrə qiymət dəyişməsi 2016-cı ildə 37% olub. Bu kifayət qədər yüksək rəqəmdir. Bunu isə şərtləndirən müxtəlif faktorlar var idi. Bu isə həmin ilin sonunda qəbul edilmiş qərarla enerji satışı üzrə həyata keçirilən məhsulların satışı kommunal xidmətlərin qiymətinin artırılması kimi məqamlar idi. Lakin, 2018-ci ildə indiki halda enerji qiymətlərinin və kommunal xidmətlərin qiymətlərinin dəyişməsi gözlənilmir.

Ekspertin sözlərinə görə, hazırda əmək haqqı xərcləri üzrə qiymətləndirmələr də pozitiv deyil. Hökumət bu il əməkhaqqı artımının 0,5% olacağını proqnozlaşdırır. Bu isə çox kiçik bir göstəricidir. Bu rəqəm inflyasiya təzyiqlərinin məhdudlaşdıra bilər. Ümumən isə hökumətin Mərkəzi Bankın kredit siyasətini davam etdirməsi, eyni zamanda bank mənşəli vəsaitlərin dövriyyəyə daxil olmasında azalma prosesini müşahidə etməyimiz inflyasiya təzyiqlərinə əks təsir göstərəcək.

"2018-və 2019-cu illərdə inflayasiya ötən iki illə müqayisədə az olacaq. Düşünürəm ki, real inflyasiya 10% ətrafında olacaq. Alıcılığın azalması təzyiqləri güclü olsa bu inflyasiya təsirlərini 5-6%-ə qədər azalda bilər. inflaysiya zəif olarsa əhalinin gəlirlərinin dəyərsizləşməsi aşağı templə davam edəcək. Lakin, bunun əhalinin gəlirlərin artmasına təsiri olmayacaq" R.Həsənov deyib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

13:32 Prezidentin nitqinin stenoqramı: “Gücümüz buna çatır...” Xəbər verildiyi kim prezident İlham Əliyev dünən yanvarın 18-də ölkədəki iqtisadi-sosial vəziyyətə dair hökumətin iqtisadi blokuna daxil olan nazirlərlə və bu sahəyə məsul digər rəsmilərlə müşavirə keçirib. Həmin müşavirədə prezident iqtisadi siyasətdə bir sıra radikal dəyişikliklərin anonsunu
09:04 Əli Həsənov: Azərbaycan müstəqillik, inkişaf və rifah yolu ilə gedir – MÜSAHİBƏ “2015-ci ildə Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunub”. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 2015-ci ilin yekunları ilə bağlı müsahibə verib. Mediaxeberleri.az müsahibəni təqdim edir: - Başa çatmaqda olan 2015-ci
10:14 “Bank sektorunu daha ağır sınaqlar gözləyir” İqtisadçı ekspertlər: “Mərkəzi Bankın qərarı bu dəfə də kredit faizlərini ucuzlaşdırmayacaq... Kreditlərin piştaxta altından verilməsi adi hala çevriləcək” Mərkəzi Bankın uçot dərəcəsini 3,5 faizdən 3 faizə endirməsi ekspertlər tərəfindən fərqli qiymətləndirilir. Onların fikrincə, hazırda Mərkəzi
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
16:34 Mərkəzi Bank valyuta risklərinin idarə edilməsini bankların öhdəsinə buraxdı Ekspertlər bildirirlər ki, artıq banklar öz problemlərini özləri həll etməli olacaqlar; Mərkəzi Bankın valyuta ehtiyatları isə ən aşağı həddə düşüb Ölkədə fəaliyyət göstərən bankların valyuta riskləri arta bilər. Mərkəzi Bankın müvəkkil banklara göndərdiyi məktubdan belə bir qənaətə gəlmək olar.

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az