t s

» » “Eşitdiz da, məni narahat eləməyin” – Nazim İbrahimovun qardaşı velə deyir

“Eşitdiz da, məni narahat eləməyin” – Nazim İbrahimovun qardaşı velə deyir

23-02-2018, 22:19 Yazar:  Gülnar Baxılıb: 156 Çap et
“Eşitdiz da, məni narahat eləməyin” – Nazim İbrahimovun qardaşı velə deyir
“Galaxy Palace” MMC-nin 2011-ci ildə Bakı şəhəri Həsən Əliyev küçəsində inşasına başladığı yaşayış binasının tikintisində 4 ildir fasilələr yaranıb.

Bina daş aqlayla üzləndiyi üçün ilk baxışdan hər şeyin qaydasında olduğu təsəvvürü yaranır. Amma binanın həyətinə daxil olanda tikinti işinin tam başa çatdırılmadığını müşahidə etdik.

Sakinlər dəfələrlə mənzillərin təhvil verilməsini tələb etsələr də, hələ də binada yaşayış üçün şərait yoxdur. Binanın qeyri-yaşayış sahəsinin də istifadə olunmadığının şahidi olduq.

"Eşitdiz da, məni narahat eləməyin"

Binanın Faiq adlı komendatının Bizim Yol-a verdiyi məlumata görə, bina bu il ərzində “açar təhvili” əsasında istifadəyə tam hazır şəkildə təhvil veriləcək:

“Binanın inşasının başa çatdırılması üçün 15-20 faiz iş qalıb. Binaya suyun və elektirik enerjisinin verilməsi təmin olunub, sayğaclar quraşdırılandan sonra mənzillərə su və işıq veriləcək. Müvafiq dövlət qurumu binanı təhvil-təslim götürəndən sonra binaya qazın verilişi də təmin olunacaq. Eləcə də, sakinlərə mülkiyyət kağızı veriləcək”.

Komendant bir mənzilin bir neçə nəfərə satılması iddiasının həqiqətə uyğun olmadığını bildirdi.

Xatırladaq ki “Galaxy Palace” MMC-nin sahibi “Avesta” şirkətinin prezidenti, tanınmış iş adamı Hacı İbrahim Nehrəmli və Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı Sahib İbrahimovdur.

"Eşitdiz da, məni narahat eləməyin"

Məsələ ilə bağlı Bizm Yol Galaxy Palace” MMC-nin sahibi, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı, iş adamı Sahib İbrahimovla əlaqə saxlayıb. O, açıqlamasında sərt ifadələr işlədərək heç kimə açıqlama vermək borcunun olmadığını bildirib:

“Siz məni niyə narahat edirsiz. Bir şey yazanda məndən soruşmalı idiz. Siz kimsiz mənə zəng vurub açıqlama almaq istəyirsiz? Bu sözlərdən sonra da adam “adboy” verər… Eşitdiz da, məni narahat eləməyin”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
11:35 Vətəndaş İbrahim Nehrəmlidən evini istəyir Milyarder onun 355 min manat pulunu gedər-gəlməzə yollayıb Elşad Məmmədovu müşahidə etdikcə insan dəhşətə gəlir. Bir adama qarşı bu qədər ədalətsizliyi necə etmək olar? Müqəddəs Həcc ziyarətində olan "Avesta" Konserninin prezidenti İbrahim Nehrəmli müsahibələrində özünə çoxlu paltar aldığını,
15:06 Qazaxlı iş adamı güc strukturlarının reallıqlarını ifşa etdi - ARAŞDIRMA Hacı İbrahimin qurbanlarından biri olan iş adamı Elşad Məmmədov “Avesta” konserniinə daxil olan “Həsən - 96” MTK-nın tikdiyi çoxmərtəbəli binada ümumi dəyəri 355 min manat olan iki mənzil almasına baxmayaraq, mənzilinə sahib ola bilməyib. Məhkəmələrə müraciət edən iş adamı heç nəyə nail ola
19:17 Hacı İbrahim və Mavrodi Ölkədə böyük rezonansa səbəb olan, hələ də davam edən “oliqarxgeyt” qalmaqalında saxlanılnlardan biri də Hacı İbrahim Nehrəmli kimi tanınan məşhur oliqarx oldu. Mediaxeberleri.az xəbər verir ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (“Bandotdel”) əməkdaşları kredit
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az