t s

» » Novruzun ilk çərşənbəsi - su çərşənbəsi fevralın 27-də qeyd ediləcək

Novruzun ilk çərşənbəsi - su çərşənbəsi fevralın 27-də qeyd ediləcək

20-02-2018, 17:09 Yazar:  Əsmər Baxılıb: 280 Çap et
Novruzun ilk çərşənbəsi - su çərşənbəsi fevralın 27-də qeyd ediləcək
Bu il Azərbaycanda baharın müjdəçisi olan ilk çərşənbə - su çərşənbəsi fevralın 27-də qeyd ediləcək.

Azərbaycan Milli Elmlər Akademiyasından AZƏRTAC-a bildirilib ki, su çərşənbəsi ilə Novruz bayramına hazırlıqlar başlanır. Deyirlər ki, Tanrı əvvəlcə suyu yaradıb. Buna görə su ilk çərşənbə kimi qeyd edilir. Su çərşənbəsində suyun müqəddəs mahiyyəti bir daha ifadə olunur. Bütün mifik mətnlərdə su həyat verən, dirildən, xoşbəxtlik gətirən müqəddəs bir inam obyekti kimi çıxış edir. Su çərşənbəsi boz ayın dörd müqəddəs çərşənbəsinin ilkidir. Xalq arasında o, “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “sular Novruzu”, “gül çərşənbə” kimi də tanınır. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Qorxulu yuxuların suya danışılması ilə insanı izləyən qəzaların dəf olunması inamı türk mifoloji mətnlərinin əsasını təşkil edir.

Qeyd edək ki, od çərşənbəsi martın 6-da, yel çərşənbəsi martın 13-də, ilaxır - torpaq çərşənbəsi isə martın 20-də qeyd olunacaq.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:26 Bahar bu gün Azərbaycana qədəm qoyur Bahar bu gün Azərbaycana qədəm qoyacaq. Bu, Bakı vaxtı ilə saat 14:28-də baş verəcək, gecə və gündüz bərabərləşəcək. Mediaxeberleri.az xəbər verir ki, Qafqazda, Mərkəzi Asiyada və Uzaq Şərqdə yaşayan bir çox xalqlar yazın gəlişini tarixən müəyyən ortaq bayramlarla qeyd ediblər. Novruz bu bayramlar
08:47 Novruz: Kosa və Keçəl haqda maraqlı həqiqətlər Mediaxeberleri.az filologiya üzrə elmlər doktoru, professor Kamil Hüseynoğlunun “Novruz ənənələri və onların mənaları” yazısını təqdim edir. Novruz dünyanın ən qədim bayramlarından biridir və onun kökləri zərdüştilik dini ilə bağlıdır. Novruz xristian erasından əvvəl VI əsrdən etibarən
08:01 Azərbaycanda Yel çərşənbəsi qeyd olunur Tonqallar qalanır, evlərdə südlü plov bişirilir. Bu gün Novruzun üçüncü çərşənbəsi – Yel çərşənbəsidir. Mediaxeberleri.az xəbər verir ki, Yel çərşənbəsi günündə əsən isti küləklər yazın gəlişindən xəbər verir. Xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə” kimi tanınan Yel çərşənbəsi
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
20:30 Mart ayı üçün bürclər nə vəd edir? QOÇ BÜRCÜ Ayın birinci yarısı: Yeni əlaqələr yaratmaq, sədaqətli dostlar əldə etmək üçün bu ərəfə kifayət qədər uğurlu olacaq. Həmkarlarınızla xırda soyuqluğu da başınızdan çıxarmağa çalışın. Martın 3-dən 11-nə qədər təmasda olduğunuz şəxslər ovqatınızın yüksəlməsinə xidmət edəcəklər. Amma

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az