t s

» » MEK Beynəlxalq Ana dili gününü 11 saylı internat məktəbinin şagirdləri ilə qeyd edib

MEK Beynəlxalq Ana dili gününü 11 saylı internat məktəbinin şagirdləri ilə qeyd edib

20-02-2018, 16:53 Yazar:  Əsmər Baxılıb: 139 Çap et
MEK Beynəlxalq Ana dili gününü 11 saylı internat məktəbinin şagirdləri ilə qeyd edib
AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) əməkdaşları 21 fevral Beynəlxalq Ana dili gününü Bilgəh qəsəbəsində yerləşən 11 saylı İnteqrasiya təlimli internat məktəbi ilə birlikdə qeyd edib. Məktəbin direktoru Gülnarə Abdullayeva qonaqları müəssisə ilə tanış edib, xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə interqasiyası məqsədilə sinif otaqlarında, ixtisaslaşdırılmış emalatxanalarda və incəsənət guşələrində təhsil və əmək reabilitasiya imkanlarını nümayiş etdirib.

Sonra MEK əməkdaşları məktəbdə Beynəlxalq Ana dili gününə həsr olunmuş tədbirdə iştirak ediblər. Tədbirin Azərbaycanın dövlət himni ilə başlayan bədii hissəsində ümummilli lider Heydər Əliyevin Azərbaycan dili haqqında fikirləri, şagirdlərin ifasında Azərbaycanın görkəmli ədib və şairlərinin Bəxtiyar Vahabzadənin, Xəlil Rza Ulutürkün, Tofiq Bayramın ana dilimizə həsr etdiyi şeirləri səsləndirilib, Məmməd Səid Ordubadinin “Ana dili”, Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsərlərindən tamaşalar göstərilib, mövzuya aid musiqilər ifa olunub.

Tədbirdə çıxış edən MEK direktoru L.İmanova 11 saylı internat məktəbinin nümunəsində Azərbaycanda təhsilə, milli dəyərlərin təbliğinə, yaradıcılığa verilən önəmi, şagirdlərin təhsil mütəxəssisləri tərəfindən böyük qayğı və diqqətlə əhatə olunmasını xüsusi vurğulayıb. Sonda MEK əməkdaşları tədbir iştirakçılarının hər birinə içərisində onların adı yazılmış dünya və Azərbaycan müasir və klassik ədəbiyyatından nümunələri hədiyyə ediblər.

Məlumat üçün bildirək ki, Mərkəzi Elmi Kitabxana mütaliənin təbliği və kitab almaq imkanı məhdud olan əhali qruplarına, eləcə də təhsil müəssisələrinə kitabların əlçatan edilməsi məqsədilə 2015-ci ildən başlayaraq müxtəlif formatda kitab hədiyyəsi və açıq kitabxana aksiyaları keçirir. Təkcə son bir ildə aksiya çərçivəsində 88 təşkilata və ayrı-ayrı şəxslərə 12 mindən artıq kitab hədiyyə edilib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

14:46 AMEA vitse-prezidenti: “Mərkəzi Elmi Kitabxana müstəqil elmi mərkəzə çevrilir” - Video AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) 2017-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirib. Hesabat yığıncağını AMEA-nın vitse-prezidenti, akademik, millət vəkili İsa Həbibbəyli açıb. Mediaxeberleri.az xəbər verir ki, akademik İsa Həbibbəyli kitabxana fəaliyyətinin geniş spektrdə təmsil
18:36 Yeni Azərbaycan Partiyası - 25: xalqa, dövlətə xidmət nümunəsi - Vüqar Rəhimzadə yazır... Əgər xalq öz hüquqlarını anlayır və qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar Azərbaycan müstəqillik tarixinin 26-cı ilini arxada qoydu. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, tarixi paralellər fonunda Azərbaycanın
20:07 "Xəlil Rza Ulutürkün doğum günü" Bu gün ( 21 Oktyabr ) saat 15:00-da bir qrup gənc yazarların təşkilatçılığı ilə Xalq şairi Xəlil Rza ULUTÜRKün doğum günü ilə əlaqədar olaraq bir sıra qələm sahibləri, ziyalılar Fəxri xiyabanda şairin məzarını ziyarət etmiş, mazarı başında tədbir düzənləyib, nitq söyləmişdir. Gənc şair Emil
13:09 Azərbaycanda bir sıra təhsil müəssisələrinin adları dəyişdirildi Əmrin icrasına nəzarət Aparat rəhbəri Mətin Eynullayevə həvalə olunub. Təhsil naziri Mikayıl Cabbarov təhsil müəssisələrinin adlarının dəyişdirilməsi barədə əmr imzalayıb. Mediaxeberleri.az xəbər verir ki, bu barədə APA-ya Təhsil Nazirliyindən bildirilib. Əmrə əsasən, Sumqayıt şəhər
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az