t s

» » Direktor Anar Ələkbərovun adından istifadə edib özbaşınalığa yol verir- İDDİA

Direktor Anar Ələkbərovun adından istifadə edib özbaşınalığa yol verir- İDDİA

20-02-2018, 16:23 Yazar:  Əsmər Baxılıb: 196 Çap et
Direktor Anar Ələkbərovun adından istifadə edib özbaşınalığa yol verir- İDDİA
Bakı şəhəri Nizami rayonu, 250 saylı tam orta məktəbin kollektivi adından AFN-in redaksiyasına şikayət məktubu daxil olub. Bildirilir ki, adıçəkilən məktəbdə 2017-ci ilin sentyabr ayından direktor vəzifəsi boşdur. Hazırda direktor vəzifəsini ibtidai siniflərə baxan direktor müavini Əfşan Əliyeva əvəz edir.

Məktubda qeyd edilir ki, Əfşan Əliyeva direktor əvəzi olandan sonra kollektiv yoldaşlarına qarşı haqsızlıqlar edir: “Müəllimləri bir-bir çağırır və bildirir ki, dərsiniz çoxdu. Ona görə də sizdən alıb başqasına verəcəm, elə də edir. Dərslərimizi alıb pul aldıqlarına paylayır. Həmin müəllimlərdən biri bu yaxınlarda Təhsil Nazirliyinə və Bakı Baş Təhsil İdarəsinə müraciət etdiyindən daxili nəzarətdən yoxlama gəldi müəyyən araşdırmalar apardı və getdi. Heç bir nəticəsi də hələ ki, yoxdu. Hələ əksinə olaraq, Əfşan Əliyeva bizi yığaraq bildirdi ki, mən bilirəm şıkayət edənlər hansı müəllimlərdir, ona görə də bütün kollektiv cərimələnir. Başladı bizdən pul yığmağa, dedi ki, yoxlama elə-belə getmədi, cibimdən onlara haqq-hesab vermişəm, ona görə siz də verməlisiniz. Hərçənd ki, biz əminik ki, hazırda Bakı Təhsil İdarəsində rüşvətin olması qeyri-mümkündür. Eyni zamanda onu da bidiririk ki, artıq 1 aydır ki, yoxlamanın nəticəsi yoxdur. Əfşan Əliyeva da hər dəfə bizi təhdid edərək ən çox işlətdiyi ifadəni işlədir və deyir ki, “Görürsünüz? Dəvədən böyük fil var. Mənə heç kim bata bilməz! Hələ bu yaxınlarda direktor təyinatımı da alacam. Siz kimsiniz ki, məni idarənin rəisi Məhəbbət Vəliyevaya şikayət edirsiniz?”
Şikayətçilər qeyd edirlər ki, Ə.Əliyeva özünə maksimumdan artıq dərs saatı yazıb, lakin dərslərə girmir: “Bilirsiniz ki, nazirin əmri ilə direktor və direktor müavinləri dərs deməməlidirlər. Ancaq Əfşan Əliyeva bu qanunsuzluqları da edir. Əgər özünə xeyli dərs yükü yazırsa niyə bəs başqa müəllimlərin əlindən dəsləri alır? Biz də qərara gəldik ki. bir halda ki, o bizim balalarımızın çörəyinə bais olur onda bizdə məktəbdə olan qanunsuz faktları bəyan edək. Əfşan Əliyeva 11-ci siniflərin 70-80 faizindən rüşvət alaraq onların dərsə gəlməməyinə şərait yaradır. Əgər istəsəniz, bir dərs günü xəbər vermədən gəlin məktəbə baxın. Özü də bu işi bilavasitə özü həll edir. Hətta yuxarı siniflərə baxan direktor müavininə ciddi tapşırıb ki, 11-ci siniflərin davamiyyət işinə qarışma və yoxlamağa getmə!”
Məktub müəllifləri iddia edirlər ki, direktor əvəzi məktəbdə xırda təmir adıyla müəllimlərdən pul yığır və tapşırıq verib ki, sinif rəhbərləri imkanlı valideyinlərin siyahısını tutsunlar, onlardan da pul yığılsın. Hətta yanvar ayında sinif rəhbərlərinə dediyi sözləri olduğu kimi yazırıq: “Siz c....r valideyinlərlə işiniz olmasın, bir də vəzifədə işləyənlərlə... Onlar ora-bura quşluyur. Qalan nə qədər imkanı yaxşı olanlar var onların siyahısını gətirin bir baxaq...” Əfşan Əliyeva sanki bilir ki, direktor əvəzliyi uzun çəkmiyəcək və ona görə də bütün vasitələrlə qısa zamanda varlanmaq eşqinə düşüb... Bizim müəllimlər bu fikri öz aralarında danışıblar və bu danışığı Əfşan Əliyeva eşitdiyinə görə müəllimləri yığdı və iclas keçirərək bildirdi ki, qulağınıza sırqa edin ki, mən hələ uzun müddət burada müdir olacam. Direktor da elə özümü qoyacaqlar. Məni Anar Ələkbərov tapşırıb...Ona görə də məni heç kəs çıxarda bilməz! Bildirdi ki, kim məndən şikayət etsə, özünə problem yaradacaq...”
Məktub müəllifləri qeyd edirlər ki, Ə.Əliyeva direktor əvəzi təyin edildikdən sonra həyat yoldaşı Ələddin Əliyev gəlib məktəbin işlərinə qarışırmış. Lakin yuxarıda qeyd edildiyi kimi, şikayət əsasında məktəbə yoxlama aparıldıqdan sonra o, məktəbə gəlmir: “Bizdə olan məlumata görə, Əfşan Əliyevanın həyat yoldaşı Ələddin vaxtı ilə məktəb direktoru işləyib və onu qanunsuz əməllərinə görə hələ xeyli əvvəl işdən çıxarıblar”.
Məktubda o da iddia edilir ki, Ə.Əliyeva həyat yoldaşı Ələddinin yerlisi, bilavasitə kəndlisi Bakı Təhsil İdarəsinin Daxili Nəzarət İdarəsinin məsul işçisi Rza adlı şəxsi məktəbə dəvət edərək onun vasitəsilə müəllimləri, xüsusilə qanunsuzluqlara imza atmayan müəllimləri təhdid etdirir: “Məktəbdə elə bir mühit yaradılıb ki, müəllimlər pozulan hüquqlarının bərpası üçün nə məktəbdə səslərini çıxara bilirlər, nə də yuxarı orqanlara şikayət edə bilirlər. Əfşan Əliyeva direktor olmaq üçün heç bir imtahalardan keçməmiş, hətta direktor müavini kimi olan müsahibələrdə daima çox aşağı ballar toplamışdır. Onu da qeyd edək ki, Əfşan Əliyeva ibtidai sinifə baxan direktor müavinidir. Ondan başqa 2 direktor müavini də var. Nəyə görə onları deyil, bunu direktor əvəzi qoyublar?!”
Adıçəkilən məktəbdən AFN-ə bildirildi ki, ƏşƏliyevayanın ünvanına deyilən fikirlər tamamilə yanlışdır: “Əfşan Əliyeva 26 ildir ki, ibtidai siniflər üzrə direktor müavini işləyir. İşlədiyi müddətdə öz işinə məsuliyyətlə yanaşmış, verilən tapşırıqları məsuliyyətlə yerinə yetirmişdir. Odur ki, Ə.Əliyevanın kollektivdə böyük nüfuzu var.
Ə.Əliyeva Pedaqoji Şurada qeyd edib ki, müəllimlərin müraciəti əsasında dərs bölgüsündə müəyyən düzəlişin aparılması ilə bağlı məsələyə baxılacaq. Heç bir müəllimin dərsi əlindən alınmayıb.
Ə.Əliyeva direktor əvəzi işlədiyi qısa müddət ərzində xeyli iş görüb.
Son zamanlar şagirdlərin dərsə gecikməsinin qarşısı alınıb, əvvəlki illərə nisbətən davamiyyət daha normal vəziyyətə düşüb”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
13:18 Batının Türklüyü çökdürmək istəyi Türkel Araşdırma Qurumu təqdim edir Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün biz, ayrı-ayrı Azərbaycan aydınları Türkel Araşdırma Qurumu adına bir araya gəldik. İstəyimiz gündəmdə olan bir qonunu toplumumuza, insanlarımıza tanıtmaqdır, çatdırmaqdır. Qonumuz neçə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az