t s

» » Bakıda doğranmış qadınla bağlı yeni xəbər - Prokurorluqdan özəl açıqlama

Bakıda doğranmış qadınla bağlı yeni xəbər - Prokurorluqdan özəl açıqlama

17-02-2018, 10:13 Yazar:  Əsmər Baxılıb: 286 Çap et
Bakıda doğranmış qadınla bağlı yeni xəbər - Prokurorluqdan özəl açıqlama
Bakıda zibil qutusunda doğranmış halda qadın meyitinin tapılması cinayətinin bəzi təfərrüatları məlum olub.

Suraxanı Rayon Prokurorluğundan BakuPost-a verilən məlumata görə, hadisənin Suraxanı rayonunda törədildiyi məlum olub. Qətlə yetirilən qadının rus milliyyətindən olduğu bildirilsə də, şəxsiyyəti hələlik açıqlanmır. Faktla əlaqədar bir nəfər saxlanılıb. Onun da rus milliyyətindən olduğu bildirilir. Qatillə mərhumun əlaqələri barədə məlumat yoxdur. Yalnız o məlumdur ki, qatil qadının meyitini doğrayıb və hissələrlə ərazidən uzaqlaşdırıb.

Xatırladaq ki, bu gün Bakıda doğranmış qadın meyiti tapılıb. Binəqədi rayonu, Azadlıq prospektində zibil qutularından birində insan əzalarının tapılması barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub. Məlumat əsasında hadisə yerinə Bakı şəhər prokurorluğunun və Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları çıxıb. Hadisə yerinə baxış keçirilərkən doğranmış meyitin qadın cinsinə aid olması müəyyən edilib. Qətlə yetirilən qadın təqribən 50-60 yaşlarındadır. Ərazidə qadının başı, ayaqları (pəncə hissəsi) və daxili orqanları aşkar edilib, bədənin qalan hissələri isə tapılmayıb. İstintaq ehtimal edir ki, meyitin tapılmayan hissələri şəhərin başqa ərazisinə atılıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:10 Ən əski türk soylarından biri – KOLANILAR Kolanılar ən əski türk boylarından biridir. Çox geniş ərazidə yayılmışlar. Bu gün təkcə quzey Azərbaycanda deyil, eləcə də güney Azərbaycanda, İraqda, Misirdə, Suriyada, Əfqanıstanda, Özbəkistanda, Türkiyədə, hətta Almaniyada və digər ölkələrdə ümumilikdə 100 minlərlə kolanı türkü yaşamaqdadır.
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
12:43 Lenin necə mumyalanıb: İyrənc siyasi oyunlar 1924-cü ilin 21 yanvar tarixində Vladimir İliç Lenin vəfat etdi. Lenin 1917-ci ildə hakimiyyəti ələ keçirən və amansız Vətəndaş müharibəsi illərində onu əlində saxlayan bolşeviklər partiyasının lideridir. Mediaxeberleri.az Ölkə.az-a istinadla Leninin ölümündən sonra baş verənlər barədə məlumatları
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az