t s

» » Sevdadan tənqidlərə cavab: Mağazada çörək satmışam, utanmıram

Sevdadan tənqidlərə cavab: Mağazada çörək satmışam, utanmıram

16-02-2018, 09:54 Yazar:  Məmməd Məmmədov Baxılıb: 182 Çap et
Sevdadan tənqidlərə cavab: Mağazada çörək satmışam, utanmıramMüğənni Sevda Yahyayeva dünən mətbuatda paylaşılan illər əvvəlki görüntüsünə lağ edən izləyicilərə cavab verib.

Mediaxeberleri.az xəbər verir ki, ifaçı “Instagram” hesabında onlara cavab verərək görüntüsündən utanmadığını deyib:

“Səhnəyə gəldiyim ilk gündən bəri kasıb ailədən olduğumu, atasız böyüdüyümü, mağazada çörək satdığımı heç kəsdən gizlətməmişəm. Hamı keçmişimi əzbər bilir.

On üç yaşımda Qobu qəsəbəsində keçirilən konsert proqramı zamanı lentə alınmış kasıbyana, zövqsüz və indi sizə gülməli gələn görüntülərimdən bu gün də utanmıram. Çünki yetərincə məşhuram, gözəl dost çevrəsinə malikəm.

Maddi və mənəvi azadlıq qazanmışam. Anama, ailəmə ürəyim istəyən kimi baxa bilirəm”.

Yahyayeva statusunda şöhrətin başını gicəlləndirmədiyini də qeyd edib:

“Qazandığım statusdan istifadə edərək heç kəsi acılamamışam, heç bir imkansıza yuxarıdan aşağı baxmamışam. Şöhrət və dövlət mənim xasiyyətimi dəyişməyib.

Həyatda irəliləməyi, ürəyi istəyən işlə məşğul olmağı və heç bir plastik əməliyyat keçirmədən boz sərçədən cazibədar bir ulduza çevrilməyi Allah heç kəsə nəsib etmir. Sağ əlim arzusunda olanların başına!”

Sevdanın bu paylaşımına mindən çox rəy yazılıb. Həmkarları ona dəstək olduqlarını bildirib.

Əməkdar artist Röya Ayxan isə Sevdaya dəstəyini “Instagram Story” bölməsindən edib. O, Yahyayevanın fotosunu paylaşaraq bu sözləri yazıb:

“Gözəlim, bunlara fikir vermə. Biri dəvə kimi arxasını görmür, biri qırx yaşında valideyn pulu yeyir, biri alverdədir, vicdanını satır. Amma danışdırsan, öz zəhməti ilə çalışan bir-iki nəfərdir. Onlardan da ikisi elə bizik. Bu arada, “pekarnı”ya çörəyi mən gətirirdim, tanımadın?”




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
09:40 Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Şölə Ayı, 37-ci ildə (miladla iyun, 2015) Mütləqə İnam Ocağı təbiət qoynunda “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Tonqal yörəsində Ocaq Yükümlüsü Soylu Atalı söz dedi: Bu ocaq Asif Atanın yaratdığı
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az