t s

» » "Mənim məhkumluğumdan sonra ailəmiz çox ağır durumdadır" - Məhbəs həyatı yaşayan məcburi köçkün Baş Prokurora müraciət etdi

"Mənim məhkumluğumdan sonra ailəmiz çox ağır durumdadır" - Məhbəs həyatı yaşayan məcburi köçkün Baş Prokurora müraciət etdi

13-02-2018, 11:19 Yazar:  Gülnar Baxılıb: 104 Çap et
"Mənim məhkumluğumdan sonra ailəmiz çox ağır durumdadır" - Məhbəs həyatı yaşayan məcburi köçkün Baş Prokurora müraciət etdiAzərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralov cənablarına müraciət edən Xətai rayon Məhkəməsinin 29.09.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilmiş, hazırda 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Behbudov Fuad Natiq oğlu dövlət başçısından əfv diləyir və bu işdə cənab Baş Prokurorun da yarıdm edəcəyinə emid edir. Mediaxeberleri.az bir gün əvvəl prezident İlham Əliyevə müraciət etmiş məcburi köçkün F.Behbudovun Zakir Qaralova müraciətini olduğu kimi təqdim edir:

"Hörmətli Zakir müəllim!
Məlumat üçün Sizə bildirirəm ki, mən 25 avqust 1985-ci ildə Ağdam rayonunun Xıdırlı kəndində anadan olmuşam.
Mən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə 9000 (doqquz min) manat cərimə cəzasına məhkum edilmişəm. Hazırda 16 saylı cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşayıram.
Mənə təyin edilən cəzanın əvvəli 24 iyul 2017-ci il tarixdən hesablanmaqla, cəzamın 6 aydan çoxunu çəkmişəm. Cəzaçəkmə müəssisəsində rejim qaydalarını gözləyirəm, haqqımda müdiriyyət tərəfindən tənbeh tədbiri tətbiq edilməmişdir.
Ailəmiz 1993-cü ildən Ağdam rayonundan qaçqın düşüb. Ailəmizin tək oğul övladıyam. Atam qaçqınlıqdan sonra vəfat edib. Ailəmizin yükü atamın ölümündən sonra mənim üzərimdədir. Anam və bacım mənim himayəmdə yaşayırlar. Anam uzun müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkir. İş qabiliyyəti yoxdur. Bacım da xəstə anama qulluq etdiyi üçün heç bir yerdə işləmir. Ailəmiz kirayədə yaşayır. Ailəmizin yeganə qazanc gətirəni mən idim. Mənim məhkumluğumdan sonra ailəmiz çox ağır durumdadır. Cəza çəkdiyim müddətdə törətdiyim cinayət və onun nəticələri haqqında çox düşünmüşəm və əməlimdən artıq dərəcədə peşmançılıq çəkirəm. Ailəmizdən ayrı düşməyim, xəstə anama və bacıma istər maddi, istərsə də mənəvi kömək göstərə bilmədiyim üçün məni çox narahat edir.
Gəncəm, subayam, əvvəllər məhkum olunmamışam, birinci məkumluğumdur.
Dəymiş zərəri tam ödəmişəm, barəmdə heç bir şikayət və tələb yoxdur və gələcəkdə də olmayacaq.
Hörmətli Zakir müəllim!
Sizdən artıq dərəcədə xahiş edirəm ki, mənim əfv olunmağım, yenidən köməksiz duruma düşmüş ailəmə qovuşmağım üçün köməklik edəsiniz.
Məhkumluqdan azad olunduqdan sonra Azərbaycan Respublikasının vətəndaşı adını yüksək tutacağıma, bir daha cinayət törətməyəcəyimə, faydalı əməklə məşğul olub, ailəmizi zəhmətimlə dolandıracağıma söz verirəm.
Göstərəcəyiniz köməkliyə görə Sizə əvvəlcədən öz minnətdarlığımı bildirirəm.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
09:42 Sayılmış ən böyük rəqəm Dünyanın ən böyük rəqəmi deyə bir şey yoxdur. Çünki rəqəmlər sonsuza qədər gedər ancaq sayılmış ən böyük rəqəmi sizlərlə paylaşmaq istədik. Aşağıda gördüyünüz rəqəm, bu günə qədər çatıla bilmiş ən böyük rəqəmdir. Yəni bir bir sayılmışdır, minlərlə maşın istifadə edilmişdir, kompüterlər 4 il boyunca
23:10 İlham Əliyevin əfv sərəncamı sabah icra olunacaq+ SİYAHI Sərəncam sabah icra olunacaq. Azərbaycan Prezidenti İlham Əliyev bu gün əfv haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az dövlət başçısının saytına istinadən həmin sərəncamı və əfv olunan şəxslərin siyahısını təqdim edir: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az