t s

» » Qazaxda əhalinin tibbi müayinəsinə başlanılıb

Qazaxda əhalinin tibbi müayinəsinə başlanılıb

13-02-2018, 09:51 Yazar:  Əsmər Baxılıb: 361 Çap et
Qazaxda əhalinin tibbi müayinəsinə başlanılıb
Son illər ölkəmizdə əhalinin sağlamlığının qorunması məqsədilə davamlı tədbirlər həyata keçirilir. “Azərbaycan Respublikası əhalisinin tibbi müayinələrdən keçirilməsi barədə” Ölkə Prezidenti İlham Əliyevin tapşırığına əsasən, hər il olduğu kimi, bu il də fevralın 12-dən may ayının 12-dək keçiriləcək əhalinin tibbi müayinəsi aksiyası da belə tədbirlərdəndir. Üç ay davam edəcək aksiya Qazax Müalicə Diaqnostika Mərkəzində həyata keçirilir.

Rayon Mərkəzi Xəstəxanasının baş həkim əvəzi Sevda Məmmədova GOYEZEN.AZ saytına məlumat verərək bildirib ki, aksiyanın keçirilməsində əsas məqsəd vətəndaşlarda yaranmış xəstəliklərin erkən aşkar edilməsi və qarşısının alınması üçün ilkin tibbi yardımların, profilaktik tədbirlərin görülməsidir. Eyni zamanda, xəstəlik aşkar edilmiş şəxslərin yerlərdə, zərurət yarandığı hallarda isə Bakı şəhərində və bölgələrdə fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb olunmalarını, digər sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsini təşkil etməkdir.

Aksiyanın həyata keçirildiyi Qazax Müalicə Diaqnostika Mərkəzinin baş həkimi Kamandar İbrahimov isə qeyd edib ki, bu aksiya ölkənin hər yerində olduğu kimi, Qazax rayonunda da sakinlər tərəfindən yüksək qiymətləndirilir. Rayon əhalisi insanların sağlamlığının qorunmasına yönələn bu xeyirxah aksiyada fəal iştirak edirlər. Müayinəni bütün rayon ərazisində yüksək səviyyədə təşkil etmək üçün mərkəzdə hər cür şərait yaradılıb.

Məlumat üçün qeyd edək ki, bu gündən start götürən müayinələr zamanı təxminən 90 nəfərə yaxın rayon sakini tibbi aksiyanın xidmətlərindən yararlanıb. Müayinələr əsasən terapevt, stomatoloq, oftalmoloq, kardioloq və ginekoloq həkimlər tərəfindən aparılıb. Müvafiq olaraq qan analizləri və digər tibbi xidmətlər də həyata keçirilib.

Qazaxda əhalinin tibbi müayinəsinə başlanılıb
Qazaxda əhalinin tibbi müayinəsinə başlanılıb
Qazaxda əhalinin tibbi müayinəsinə başlanılıb
Qazaxda əhalinin tibbi müayinəsinə başlanılıb




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:55 Qazaxda ilin yekunlarına dair hesabat yığıncağı keçirildi– FOTO Qazax rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əlibaba Əliyev, Milli Məclisin deputatları Kamran Nəbizadə və Ülviyyə Ağayeva
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
10:06 Kamal Abdulla: “Azərbaycanda radikal və ekstremist cərəyanların fəaliyyəti xeyli məhdudlaşıb” - MÜSAHİBƏ Yeni mədrəsələrin açılmasına hazırlıq işləri görülür” Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullanın APA-ya müsahibəsi - “Multikulturalizm ili” çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində hansı işlər
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az