t s

» » Əhəd Abıyev özünümüdafiəyə keçdi: "Bu hücumların arxasında..."

Əhəd Abıyev özünümüdafiəyə keçdi: "Bu hücumların arxasında..."

13-02-2018, 09:03 Yazar:  Məmməd Məmmədov Baxılıb: 109 Çap et
Əhəd Abıyev özünümüdafiəyə keçdi: "Bu hücumların arxasında..."
Aprel qazisi Arzu Məmmədovun Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevlə bağlı şikayətindən (http://mediaxeberleri.az/index.php?newsid=21187) Daşkəsən RİH-dən AFN-ə mövqe yazısı daxil olub.

Qurumun Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Nağıyeva Aidə Nazim qızı tərəfindən ünvanlanan məktubda A.Məmmədovun haqsız olduğu, şikayətində göstərdiyi məsələlərin reallığı əks etdirmədiyi bildirilir (məktubun fotosu sonda əlavə ediləcək-red.). Daha maraqlı məqam ondan ibarətdir ki, RİH-in məmurunun iddiasına görə, Ə.Abıyevə hücumlar onun Daşkəsən rayonunun 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon hesabat yığıncağında Daşkəsən “Filizsaflaşdırma” ASC-nin özəlləşdirilməsinin gecikdirilməsini tənqid etməsindən sonra başlayıb. "Son günlər, yəni Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev Daşkəsən rayonun 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon hesabat yığıncağında Daşkəsən “Filizsaflaşdırma” ASC-nin özəlləşdirilməsinin gecikdirilməsini, bəzi şəxslərin kombinatda böhran yaratdığı üçün işçilərin əmək haqlarının verilməməyinin səbəblərini, müəssisədə ciddi maliyyə problemlərinin yaranması və külli miqdarda vəsaitin mənimsənildiyini çıxışında açıqladıqdan sonra, kombinatın özəlləşdirilməsinə maneçilik törətməyə çalışan bəzi şəxslərin maraqlarına toxunduğu üçün şəxsən Daşkəsən “Filizsaflaşdırma” ASC-nin 18 il işləmiş sabiq idarə heyətinin sədrinin və həmin bu maraqlı şəxslərin tapşırığı ilə Daşkəsən Rayon İcra Hakimiyyətinə qarşı müxalifət saytlarında, sosial şəbəkələrdə belə əsassız, qərəzli, böhtan xarakterli materiallar dərc etdirməyə başlayıblar"-deyə məktubda qeyd edilir.

Əhəd Abıyev özünümüdafiəyə keçdi: "Bu hücumların arxasında..."




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:55 Qazaxda ilin yekunlarına dair hesabat yığıncağı keçirildi– FOTO Qazax rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əlibaba Əliyev, Milli Məclisin deputatları Kamran Nəbizadə və Ülviyyə Ağayeva
21:44 Ağstafada ilin yekunlarına dair hesabat yığıncağı keçirildi– FOTO+VİDEO “Ağstafa rayonu İcra hakimiyyəti başçısının 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair” hesabat yığıncağı keçirildi. Mediaxeberleri.az-ın məlumatına görə, Ağstafa şəhəri Heydər Əliyev Mərkəzinin böyük zalında keçirilən tədbirdə Azərbaycan Respublikası
09:39 Ələddinin “sehirli” əməlləri - “Daşkəsən Filizsaflaşdırma”nı dağıdan əllər – reportaj Sözügedən müəssisənin fəhlələri “Yeni Müsavat”a ilginc faktlar açıqladılar; özəlləşmənin qarşısını alan səbəblər Zaqafqaziyada yeganə dəmir filizi dağ-zənginləndirici müəssisə “Daşkəsən Filizsaflaşdırma” özəlləşdiriləcəyi günü gözləyir. Ölkə prezidentinin 13 iyul 2016-cı il tarixli sərəncamı ilə
10:49 Azərbaycanlı hakerlər Ermənistanın 41 səfirliyinin saytını dağıtdı “Anti-armenia Team” adlı Azərbaycanlı hakerlər qrupu Ermənistanın bütün səfirliklərinin, beynəlxalq təşkilat nümayəndəliklərinin saytlarını dağıdıb. Mediaxeberleri.az xəbər verir ki, dağıdılan saytlardan 41-i səfirliklərə, 6-sı beynəlxalq təşkilat nümayəndəliklərinə aiddir. Dağıdılan saytlarda
20:01 Daşkəsənin icra başçısı Əhəd Abiyevə qarşı görünməmiş ittiham - VİDEOFAKT …Söhbətə ondan başlayaq ki, son bir ayda dolların kursunun kəskin dəyişməsi fonunda ölkəmizdə ərzaq məhsullarının qiyməti manat məzənnəsi ilə bahalaşıb. Və bahalaşma davam edir… Bu isə o deməkdir ki, manat infilyasiyaya uğramaqdadır… Nəticə isə belədir ki, Azərbaycan fermerlərinin məsuliyyəti

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az