t s

» » Ölkə vətəndaşlarının növbəti pulsuz tibbi müayinə aksiyasına start verilib - Ağstafada

Ölkə vətəndaşlarının növbəti pulsuz tibbi müayinə aksiyasına start verilib - Ağstafada

12-02-2018, 16:20 Yazar:  Ələddin Kəsəmənli Baxılıb: 360 Çap et
Ölkə vətəndaşlarının növbəti pulsuz tibbi müayinə aksiyasına start verilib - Ağstafada
Bu gündən ölkə əhalisinin tibbi müayinələrdən keçirilməsinə başlanılır.

Mediaxeberleri.az-ın xəbərinə görə, əhalinin tibbi müayinələrdən keçirilməsi mayın 12-dək davam edəcək.



Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkə vətəndaşlarının növbəti dəfə pulsuz tibbi müayinədən keçirilməsi barədə tapşırığının icrası ilə əlaqədar Ağstafa rayon əhalisinin tibbi müayinədən keçirilməsinə başlanılmışdır.

Mediaxeberleri.az xəbər verir ki, aksiyanın ilk günlərində Köçəsgər, Dağ Kəsəmən və Muğanlı kəndlərinin, həmçinin Ağstafa rayon sakinlərinin bir qismi tibbi müayinədən keçirilmişdir. Tibbi müayinədə səyyar həkim briqadası ilə birgə Ağstafa rayon İcra hakimiyyətinin məsul işçiləri də iştirak etmişdir.

Azərbaycan dövlətinin sosial yönümlü siyasətinə uyğun olaraq ölkədə səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması üzrə görülən işlərin əsas məqsədi əhaliyə zəmanətli tibbi xidmət göstərilməsi və xəstəliklərin profilaktikası yolu ilə əhalinin sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasıdır. Əhalinin reproduktiv sağlamlığının qorunması dövlətin sosial siyasətinin ən vacib sahələrindən biridir. Məhz bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkə vətəndaşlarının tibbi müayinədən keçirilməsi barədə tapşırıq vermişdir.

Sərəncamda xəstəlik aşkar edilmiş şəxslərin yerlərdə, zərurət yarandığı hallarda isə Bakı şəhərində və bölgələrdə fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb olunması, digər sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.


Ölkə vətəndaşlarının növbəti pulsuz tibbi müayinə aksiyasına start verilib - Ağstafada
Ölkə vətəndaşlarının növbəti pulsuz tibbi müayinə aksiyasına start verilib - Ağstafada
Ölkə vətəndaşlarının növbəti pulsuz tibbi müayinə aksiyasına start verilib - Ağstafada
Ölkə vətəndaşlarının növbəti pulsuz tibbi müayinə aksiyasına start verilib - Ağstafada




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:55 Qazaxda ilin yekunlarına dair hesabat yığıncağı keçirildi– FOTO Qazax rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əlibaba Əliyev, Milli Məclisin deputatları Kamran Nəbizadə və Ülviyyə Ağayeva
21:44 Ağstafada ilin yekunlarına dair hesabat yığıncağı keçirildi– FOTO+VİDEO “Ağstafa rayonu İcra hakimiyyəti başçısının 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair” hesabat yığıncağı keçirildi. Mediaxeberleri.az-ın məlumatına görə, Ağstafa şəhəri Heydər Əliyev Mərkəzinin böyük zalında keçirilən tədbirdə Azərbaycan Respublikası
22:42 Ağstafada növbəti səyyar görüş Kolayır kəndində keçirilmişdir Prezident İlham Əliyevin idarəçiliklə əlaqədar tövsiyə etdiyi prinsiplərə uyğun olaraq əhalinin problemlərinin yerində öyrənilməsi və həlli yollarının araşdırılması məqsədi ilə Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev növbəti səyyar görüşü rayonun Kolayır kəndində keçirmişdir.
18:36 Yeni Azərbaycan Partiyası - 25: xalqa, dövlətə xidmət nümunəsi - Vüqar Rəhimzadə yazır... Əgər xalq öz hüquqlarını anlayır və qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar Azərbaycan müstəqillik tarixinin 26-cı ilini arxada qoydu. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, tarixi paralellər fonunda Azərbaycanın
01:04 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları müzakirə edildi - AĞSTAFADA 2016-cı ilin yanvar-sentyabr aylarında rayonun sosial-iqtisadi inkişafının yekunlarına dair Ağstafa rayonu İcra hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirildi. Mediaxeberleri.az xəbər verir ki, tədbirdən əvvəl toplantı iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az