t s

» » “Araşdırın, məmurlar Xəzərin sahilində bu villaları hansı pulla tikiblər...”- Baş prokuror

“Araşdırın, məmurlar Xəzərin sahilində bu villaları hansı pulla tikiblər...”- Baş prokuror

12-02-2018, 16:08 Yazar:  Əsmər Baxılıb: 94 Çap et
“Araşdırın, məmurlar Xəzərin sahilində bu villaları hansı pulla tikiblər...”- Baş prokuror
Dağıstanda korrupsioner məmurların həbsi davam edəcək. “Kommersant”a xəbər verir ki, bu barədə Mahaçqalada Rusiya baş prokuroru Yuri Çayka, İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin və Dağıstan rəhbəri Vladimir Vasilyevin iştirakı ilə keçirilən müşavirədə danışılıb.

Qəzet yazır ki, yaxın günlərdə Yol Təsərrüfatı üzrə Agentliyin, Mahaçqala Mənzil İstismar İdarəsinin, “Sifarişçi-inşaatçı vahid Direksiyası” dövlət kommersiya idarəsinin rəhbərlərinin həbsi gözlənilir. Onlar 3.8 milyard rubl həcmində müqavilələri tender keçirmədən imzalayıblar.

Dağıstanda ətraf mühitin mühafizəsi sahəsində də ciddi maliyyə pozuntuları aşkarlanıb. Moskvadan göndərilən xüsusi komissiya Mahaçqaladan Xəzərə çirkab sularının təmizlənmədən axıdıldığı 6 kanalizasiya borusu ilə bağlı məsələni də araşdırır. Habelə Xəzər sahilində, sumühafizə zolağında tikilmiş çoxsaylı villalar aşkarlanıb.

“Belə məlum olur ki, respublikada ən iri evlər vəzifəli şəxslərə məxsusdur. Üstəlik onlar Xəzərin sahilində, sumühafizə zolağında yerləşir. Araşdırın, məmurlar bu evləri hansı pulla tikinlər”-baş prokuror Çayka müşavirədə bildirib.

Bildirilir ki, Moskvadan göndərilən xüsusi istintaq qrupu Dağıstanda kadr siyasətinin, habelə dövlət satınalmalarının ailə və klan prinsiplərinə əsaslandığını müəyyən edib.

Baş prokuror aqrar sənaye kompleksinə ayrılan dövlət subsidiyalarının və qrantların mənimsənilməsinin qarşısını sərt şəkildə almağı da tapşırıb. Habelə bildirilib ki, torpaq sahələrinin qanunsuz zəbt edilməsinin, qanunsuz tikintilərin qarşısı alınmalıdır. Yoxlama Mahaçqalada qəzalı binaların sakinlərinin köçürülməsi proqramına ayrılan pulların da mənimsənildiyini müəyyən edib.

Federal Pristavlar Xidmətinin yerli idarəsində, Əmək Müfəttişliyində, Təhsil və Elm Nazirliyndə, “Rospotrebnazdzor”un idarəsində, “Qazprom mejregionqaz Mahaçqala”, “Spesqazstroyservis” şirkətində də ciddi pozuntular aşkarlanıb.

Xatırladaq ki, ötən həftə Moskvadan göndərilən xüsusi istintaq komissiyası Dağıstan hökumətinin başçısı Abdusamid Həmidov da daxil olmaqla bir qrup yüksək vəzifəli məmuru həbs edib.(Virtualaz)




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:54 Onun öz hesabı-kitabı var ki... - Reallıqla daban-dabana ziddir «Təzadlar» Azərbaycan hökumətinin aqrar sahəyə maliyyə dəstəyini və bu sahənin vəziyyətini Fransa, Ukrayna, Belorus, Türkiyə, Gürcüstan və Moldova ilə müqayisə etdi… (5-ci yazı) «Təzadlar»ın Araşdırma Qrupu bu dəfə Azərbaycan hökumətinin aqrar sahəyə maliyyə yatırımları ilə bu dəstəyin son
07:51 Aqrar sahənin gənc alimləri: “Bizə güvənə bilərsiz” – Konfrans + Fotolar Azərbaycan Respublikası Kənd Təsrrüfatı Nazirliyi Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi Gənc Alimlər Şurasının “Keçilmiş yol və yeni dövrün çağırışları” mövzusunda ümumrespublika konfransı keçirilib. Kənd Təsrrüfatı Nazirliyi yanında Baytarlıq Nəzarəti Xidmətinin akt zalında təşkil olunmuş
09:29 Tiflisin Bakıya qaz şantajına ABŞ-dan dəstək – şok gəlişmə Vaşinqton SOCAR-ın “Qazprom”la sıxışdırılmasını təqdir etdi; İran-Amerika münasibətlərinin ilıqlaşmağa üz tutması və Konqresdə Azərbaycan əleyhinə sənədin müzakirəsi ərəfəsində belə bir gediş təsadüfdürmü?.. Qonşu və strateji tərəfdaş saydığımız Gürcüstan qaz bazarının şaxələndirilməsi adı
01:21 Yardımlı – məmurların ucqarda qurduğu korrupsiya xanədanı Bölgələrdə ayrı-ayrı məmurların özbaşınalığı, korrupsioner fəaliyyəti nəticəsində formalaşan problemlər barəsində dəfələrlə həyəcan təbili çalınsa da, bir çoxları bundan nəticə çıxarmaq əvəzinə öz “ənənəvi” iş metodunu daha da genişləndirir. Son illərdə dövlət büdcəsindən regionların inkişafı
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az