t s

» » Maliyyə Nazirliyində üsyan- Azər Bayramov və Nadir Qarayev Samir Şərifova qarşı

Maliyyə Nazirliyində üsyan- Azər Bayramov və Nadir Qarayev Samir Şərifova qarşı

12-02-2018, 15:56 Yazar:  Gülnar Baxılıb: 111 Çap et
Maliyyə Nazirliyində üsyan- Azər Bayramov və Nadir Qarayev Samir Şərifova qarşı
İdarə rəisi birinci müavinlə əlbir olub nazir əleyhinə kompromatlar hazırlayır-İDDİA

Bu ilin aprelində keçiriləcək prezident seçkisindən sonra hakim komandada radikal dəyişikliklərin olacağına dair xəbərlər var. Mediada yer alan məlumatlara görə, hakimiyyətin yaxa qurtarmağa çalışdığı bir neçə mühüm post sahibi var və prezident seçkisindən dərhal sonra onların adları prezidentin yeni komandasının siyahısında olmayacaq. Belə ki, vurulacağı deyilən şəxslərin əksəriyyətinin iqtisadi blokda təmsil olunan məmurlar olacağı gözlənilir.

Mediaxeberleri.az xəbər verir ki, hakimiyyət üçün arzuolunmaz sayılan kadrlar arasında maliyyə naziri Samir Şərifovun, eyni zamanda Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun adı çəkilir. Ölkənin maliyyə və bank sektorundakı vəziyyətdən sorumlu olan bu şəxslər neftin dünya bazar qiymətinin düşdüyü dövrdə qeyri-peşəkar yanaşmalarıyla iqtisadiyyatda böyük problemlərin yaranmasına rəvac veriblər. Belə ki, böhranın başlandığı ilkin dövrdə yerli və xarici ekspertlərin təkidli çağırışlarına rəğmən Azərbaycanda manatın məzənnəsi sərbəst buraxılmadı. Maliyyə-bank sektorunun başbilənləri Mərkəzi Bankın vəsaitləri hesabına manatın məzənnəsini süni surətdə saxlamağa cəhd göstərdilər. Nəticədə, qısa bir müddətdə Mərkəzi Bankın 18 milyard dollar təşkil edən valyuta ehtiyatları 4 milyard dollara düşdü. Manatın devalvasiyalarından sonra məlum oldu ki, manatın məzənnəsinin böyük zərər hesabına saxlanması heç də səbəbsiz deyilmiş: müəyyən qüvvələr Azərbaycanda dolların ucuz olmasından istifadə edərək milyardlarla dollar qazanc əldə ediblər. Dövlət başçısı səviyyəsində açıqlanan məlumatlardan aydın oldu ki, bu qüvvələr gündə yüz milyonlarla dollar əldə etməyi bacarıblar. Bu haqda bir neçə gün əvvəl “Yeni Müsavat” qəzeti yazıb.

“Eyni zamanda aydın məsələdir ki, uzun illər Mərkəzi Banka rəhbərlik etməklə ölkənin bank sektorunu əlinin içi kimi tanıyan E.Rüstəmov, maliyyə sisteminə rəhbərlik edən S.Şərifov proseslərin belə xarakter alacağını görməmiş deyildilər. Bu halda onların hansı maraqlardan çıxış edərək dolları ucuz saxlamağa çalışdıqları sıravi vətəndaşlardan tutmuş, ölkə rəhbərliyinə qədər hamını düşündürəcək sualdır.
Baş bankirlə baş maliyyəçinin mütləq və mütləq görməli olduqları digər cinayət, əlbəttə ki, Beynəlxalq Bankdan oğurlanan on milyardlarla manat dövlət vəsaitidir. Biri bank sektorunun, digəri isə maliyyə sisteminin tənzimləyicisi, biri banklardan verilən kreditlərə, digəri birbaşa Beynəlxalq Bankdan verilən kreditlərə nəzarət edən iki məmurun gözləri önündəcə dövlətin pulu talan edilirsə və onlar bunu görmürlərsə, demək ki, ya tutduqları vəzifəyə uyğun bilik-bacarıqları yoxdur, ya da baş verənlərdə hansısa maraqları və iştirakları olub. Bu, sübuta ehtiyacı olmayan aksiomdur” – deyə qəzetin yazdığı məqalədə bildirilir.

Samir Şərifovun yeni komandada yer almayacağını Maliyyə Nazirliyindəki mənbə də bildirir. AFN-ə danışan həmsöhbətimizin sözlərinə görə, artıq nazirlikdə onun yerinə hazırlaşanlar da var: “Maliyyə nazirinin birinci müavini Azər Bayramov və 1 saylı Xəzinədarlıq idarəsinin rəisi Nadir Qarayev birincinin nazir postuna gətirilməsi uğrunda fəaliyyətə başlayıblar. Yaxın günlərdə Samir Şərifov haqda mediaya kompromatların ötürülməsi planlaşdırılır. Artıq bunun əlamətləri görünməkdədir. Belə ki, hər iki şəxs, özləri haqda mediada yüngül tənqidi yazılar yazdırmağa başlayıblar. Belə təəssürat yaratmağa çalışırlar ki, guya onlar rəhbərliyin tələbi ilə qanundankənar işlər görməyə məcbur edilirlər. Bu barədə hər iki məmur yaxın ətrafları vasitəsilə də məlumat yayır. Azər Bayramov maliyyə idarələrinin əksəriyyətinə öz adamlarını yerləşdirib. Onlar da Samir Şərifovun adından yerlərdə qanunsuz işlər görür, idarələrə işi düşən adamları incidirlər. Bütün fəaliyyət hazırkı naziri gözdən salmağa, onun haqqında mənfi rəy yaratmağa yönəlib. Düzdür, Samir Şərifov da təmiz adam deyil, o da bilərəkdən, yaxud bilməyərəkdən yaxşı rəhbərlik edə bilməyib maliyyə sahəsinə. Amma Azər Bayramovun etdiyi arxadan zərbədir. Onun isə bütün bu işlərdə bir nömrəli əlaltısı Nadir Qarayevdir. Onlar yaxın qohumdurlar, səhv etmirəmsə qudadırlar. Azər Bayramov qohumunu Dövlət Xəzinədarlıq Agentliyinə baş direktor gətirmək istəsə də, bacarmadı. Bunun əvəzində isə Nadir Qarayev məclislərin birində demişdi ki, “Azərin (Azər Bayramov nəzərdə tutulur-red.) canı sağ olsun, o nazir olanda mənin vəzifəm agentlik rəhbərliyindən də yüksək olacaq”.
Qeyd edək ki, N.Qarayevin DXA-ya baş direktor gətirilməməsinin səbəbləri haqda bir neçə gün əvvəl mediada məlumat gedib. Bildirilir ki, N.Qarayev “MTN işi” ilə bağlı təqsirləndirilən tərəf olaraq istintaqda dindirildiyi üçün Samir Şərifovun yanında etimadını itirib və bu səbəbdən də vəzifədə irəli gedə bilməyib.
N.Qarayev haqda yayılan məlumatlarda daha sonra qeyd edilir ki, o, tikinti işinə girişib və hazırda Bakıda tanınmış iş adamı ilə birgə çoxmərtəbəli bina tikdirir.
Bu günlərdə AFN-də də dərc edilən daha bir yazıda qeyd edilirdi ki, rabitə Rabitə və Texnologiyalar Nazirliyinin keçmiş aparat rəhbəri, hazırda isə dövlət əmlakının mənimsənilməsinə görə həbs edilən Vidadi Zeynalov Nadir Qarayevlə yaxın dost olub. Elə Nadir Qarayevi Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovla əməkdaşlığa cəlb edən də məhz Vidadi Zeynalovun olduğu qeyd olunur. Bildirilir ki, Akif Çovdarov böyük maliyyə maxinasiyalarına görə Nadir Qarayevi həbs edib. Bundan sonra isə dövriyyəyə Vidadi Zeynalov girib. Dostunu Akif Çovdarovun caynaqlarından qurtaran Vidadi Zeynalov onu Akif Çovdarovla əməkdaşlığa da sövq edib.

Məlumatı verəb mənbə həmçinin onu da iddia edir ki, Nadir Qarayev MTN-ə Maliyyə Nazirliyi və nazir Samir Şərifovla bağlı çoxlu sayda faktlar ötürüb. Həmin məlumatlar sayəsində isə MTN-də Maliyyə Nazirliyində bəzi şəxsləri qısa müddətdə həbs edərək onlardan külli miqdarda pul alıblar. Məlumatda qeyd edilir ki, 1 saylı Xəzinadarlıq İdarəsi rəisinin bu xəyanəti barədə Samir Şərifovu məlumatlandırıblar və bundan sonra nazir onun üstündən xətt çəkib. Nazirin bu qərarına etiraz etdikdən isə Nadir Qarayevə qarşı yoxlama təşkil edilib və çox ciddi maliyyə yeyintiləri ortaya çıxıb. Ancaq nazir müavini, N.Qarayevin yaxın qohumu Azər Bayramovun məsələyə müdaxiləsi nəticəsində Nadir Qarayevin cinayəti qabardılmayıb və o öz vəzifəsini qoruyub saxlaya bilib.

1 saylı Xəzinədarlıq İdarəsi rəisinin macəraları bununla da bitmir. Bəzi məlumatlara görə, N.Qarayev indi də bütün fəaliyyətini Dövlət Xəzinədarlıq Agentliyinin baş direktoru Elman Piriyevə qarşı yönəldib. Onun hər addımda baş direktor haqda mənfi rəy yaratmağa çalışması haqda məlumatlar da yayılıb.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
13:32 Prezidentin nitqinin stenoqramı: “Gücümüz buna çatır...” Xəbər verildiyi kim prezident İlham Əliyev dünən yanvarın 18-də ölkədəki iqtisadi-sosial vəziyyətə dair hökumətin iqtisadi blokuna daxil olan nazirlərlə və bu sahəyə məsul digər rəsmilərlə müşavirə keçirib. Həmin müşavirədə prezident iqtisadi siyasətdə bir sıra radikal dəyişikliklərin anonsunu
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az