t s

» » Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçiriləcək

Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçiriləcək

12-02-2018, 15:51 Yazar:  Gülnar Baxılıb: 127 Çap et
Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçiriləcək
Ölkədə iqtisadi fəallığı gücləndirmək və özəl təşəbbüslərə dəstək vermək məqsədilə özəlləşdirilmənin sürətləndirilməsi prosesi dayanıqlığını qoruyub saxlayır. Bu istiqamətdə görülən işlərin dinamikliyini artıran hərracların keçirilməsi isə investorların marağını artırmaqla özəlləşdirilmə sahəsində maksimum operativliyi təmin edir. Dövlət əmlaklarının hərraclar vasitəsilə özəlləşdirilməsi, bu sahədə əlçatanlığın artmasına, iqtisadiyyatın inkişafına edilən effektiv təsir imkanlarının genişlənməsinə imkan verir.


Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac elan olunub. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 13 mart tarixində keçirilməsi nəzərdə tutulan hərraca ümumilikdə 90 dövlət əmlakı çıxarılıb. Bunlardan 18-i səhmdar cəmiyyəti, 29-u kiçik dövlət müəssisə və obyekti, 40-ı istifadəsiz qeyri-yaşayış sahəsi, 3-ü isə nəqliyyat vasitəsidir. Dövlət əmlaklarının çox çeşidli olması investorların həm iri həm də kiçik biznes layihələrinin reallaşdırılmasına imkan verir.

Hərraca çıxarılan əmlaklar haqqında ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək mümkündür:

http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=3596

Qeyd edək ki, hərrac barədə informasiyalar komitənin rəsmi internet səhifəsi, Özəlləşdirmə portalı (privatization.az) və facebook səhifəsində yerləşdirilib. Hərraca çıxarılan əmlaklara istənilən şəxs, investorlar sifariş verə bilər. Ziyarətçilər isə özəlləşdirmə portalında sifariş verdiyi əmlakla bağlı bütün məlumatlarla tanış ola bilərlər. Əmlakın adı, ünvanı, sahəsi, ilkin start qiyməti və digər informasiyalar portalda yerləşdirilib.

Hərracda əmlak sahibi olmaq istəyən vətəndaşın cəmi 2 sadə proseduru yerinə yetirməsi kifayətdir. Birinci komitənin elektron xidmətlər portalı vasitəsi ilə sifariş verilir, ikinci mərhələdə isə əmlakın satış qiymətinin 10%-i məbləğində behi ödənilməklə hərracda iştirakçı statusu qazanılır. Qeyd edilməlidir ki, sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.

Prosesə çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakı, Sumqayıt, Balakən, Qəbələ, Şəmkir, Goranboy və digər şəhər və rayonlarda yerləşir. Hərraca çıxarılan müəssisələr sırasında İmişlidə yerləşən Yardımçı təsərrüfat, Şəmkir Balıq zavodu, Maştağa avtodəstəsi, Qusar Kərpic sexi kimi iri dövlət əmlakları var.

Hərraca çıxarılan kiçik dövlət müəssisələrinin 15-ə yaxını iaşə, 10-dan çoxu xidmət, 2-i sənaye, qalanları isə digər sahələrə aiddir.

Prosesdə fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında Şəmkir Balıq Zavodu yeyinti sənayesini nümunə kimi göstərmək olar. Həmin obyekt investorlar üçün gəlirli obyektdir. Adı çəkilən əmlakın digər üstünlüyü torpaq sahəsi ilə birgə özəlləşdirilməsidir. Həmin obyektin ümumi faydalı sahəsi 350 kv.m-ə yaxın, torpaq sahəsi isə 4 min 500 kv.m-dən çoxdur.

Hərracda özəlləşdirilməsi nəzərdə tutulan istifadəsiz qeyri-yaşayış sahələrindən 35-i paytaxtda, qalanları isə Gəncə, Sumqayıt, Mingəçevir şəhərlərində, Abşeron rayonunda yerləşir. Özəlləşdirilməyə çıxarılan belə əmlakların sahəsi 10 kv.m ilə 447 kv.m arasında dəyişir. Bu isə vətəndaşlarda seçim imkanını artırır.

Özəlləşdiriləcək səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Belə iri müəssisələr sırasında “Azinterservis”, “Bərdə Kərpic”, “Oğuz Kəndkimya”, “Çatal Broyler”, “Azərmetalinvest”, “Kürdəmir Kəndkimya Təchizat”, “Kürdəmir Quşçuluq” kimi səhmdar cəmiyyətlər var. Qeyd edilməlidir ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.

Prosesə çıxarılan səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir. Bu kateqoriyaya aid edilənlər arasında səhmlərinin özəlləşdirməyə çıxarılan ilkin start qiyməti ən çox olan əmlak “Azinterservis” Açıq Səhmdar Cəmiyyətidir.

Hərraca çıxarılan nəqliyyat vasitələrinin markaları da müxtəlifidir. Həmin avtomobillərin buraxılış tarixləri 2006-2007-ci illəri əhatə edir.

Xatırladaq ki, istənilən şəxs və ya media üzvü hərrac günü gəlib hərracda iştirak edərək prosesi izləyə bilər. Eyni zamanda, hərrac zalındakı böyük monitorlar vasitəsilə respublikanın digər şəhər və rayonlarında keçirilən hərraclar da canlı izlənilir.

Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:55 Qazaxda ilin yekunlarına dair hesabat yığıncağı keçirildi– FOTO Qazax rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əlibaba Əliyev, Milli Məclisin deputatları Kamran Nəbizadə və Ülviyyə Ağayeva
23:11 Fevralın 27-i keçiriləcək hərraca 74 əmlak çıxarılıb Əmlak Məsələləri Dövlət Komitəsi investorlara növbəti dəfə əmlak sahibi olmaq imkanı yaradır. Belə ki, növbəti hərrac fevral ayının 27-də keçiriləcək. Hərraca investorları cəlb edə biləcək çoxçeşidli əmlaklar çıxarılıb. Özəlləşməyə çıxarılan 74 əmlakdan 23-ü səhmdar cəmiyyəti, 21-i kiçik dövlət
11:17 Gələn ay 88 dövlət əmlakı hərraca çıxarılacaq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 13 iyunda yeni hərrac keçiriləcək. Komitədən Mediaxeberleri.az-a verilən məlumata görə, hərraca ümumilikdə 88 əmlak çıxarılıb. Bunlardan 20-si səhmdar cəmiyyəti, 40-ı kiçik dövlət müəssisə və obyekti, 28-i istifadəsiz qeyri-yaşayış sahəsidir. Hərraca
17:59 84 dövlət əmlakı özəlləşdirməyə çıxarılıb – SİYAHI Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 20 dekabr tarixində keçirilməsi nəzərdə tutulan yeni hərrac elan olunub. Komitədən Mediaxeberleri.az-a verilən məlumata görə, bu hərraca ümumilikdə 84 dövlət əmlakı olmaqla 23 səhmdar cəmiyyəti, 26 kiçik dövlət müəssisə və obyekti, 32 istifadəsiz
17:54 Azərbaycanda 65 dövlət əmlakı özəlləşdirilməyə çıxarılıb Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və səmərəliliyinin artırılması sahəsində mühüm yeniliklərə başlanıb. Mediaxeberleri.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) “APA-Economics”ə verilən məlumata görə, komitənin qərarı ilə çoxsaylı dövlət

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az