t s

» » Qaçırılan qız intihara əl atdı (TƏFƏRRÜAT)

Qaçırılan qız intihara əl atdı (TƏFƏRRÜAT)

27-03-2015, 23:30 Yazar:  Aygün Baxılıb: 1469 Çap et
Qaçırılan qız intihara əl atdı (TƏFƏRRÜAT)Tovuz rayonunun Əyyublu qəsəbəsində seksual xarakterli hərəkətlərə məruz qalan 20 yaşlı tələbə qız G.K (Qızın qohumları adının açıqlamasını istəmədi) bu gecə özünü öldürmək istəyib.

Bu barədə qızın qohumları ANS PRESS-ə məlumat veriblər.

Verilən məlumata görə, səhər saat 5 radələrində tələbə qız haqqında yayılan şayiələrlə əlaqədar intihara cəhd edib. Qız dərman içib. Onu huşsuz halda tapan valideynləri dərhal həkim çağırıblar.

Qızı huşsuz vəziyyətdə xəstəxanaya aparıblar. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.

Qızın intihar etmək istəməsinə kənddə onun barəsində əxlaqsız olması barədə şayiələrin yayılması səbəb olub.

Belə ki, qıza qarşı zorakılıq və seksual hərəkətlər edənlər sonradan kənddə söz-söhbət yayıblar ki, guya o, yüngül əxlaqlıdır. Yayılmış şayiələrə görə, tələbə qız əxlaqsızdır və bir çox oğlanla görüşür.

Qızın qohumları bildiriblər ki, bu söz-söhbətlər əsassızdır. Çünki tələbə qız tibbi müayinədən keçib və onun bakirə olduğu məlum olub. Qızın qohumları hadisədən sonra şikayət edilməsinə baxmayaraq, hələ də günahkarların cəzasız qalmasından narahatdırlar.

Şikayətçilər bildiriblər ki, bu məsələ ilə əlaqədar rayon prokurorluğunda müstəntiqlərdən biri işə ədalətli baxılmasına mane olub. Qızın qohumları bildiriblər ki, həmin müstəntiq işə baxan həmkarı Tovuz rayon polis idarəsinin müstəntiqi Namiq Kazımova təzyiq göstərir.

Qızın qohumları bildiriblər ki, işə ədalətlə baxılmadığı üçün rayon Prokurorluğunun qarşısında etiraz aksiyası keçirəcəklər.

Məsələ ilə əlaqədar Tovuz rayon polis idarəsinin müstəntiqi Kazımov Namiq ANS PRESS-ə səslənən ittihamların doğru olmadığını bildirdi. Onun sözlərinə görə, bu məsələ hazırda araşdırılır.

“Qızın valideynləri narahatdırlar. Bu təbii haldır. Onlara elə gəlir ki, məsələ araşdırılmır. Hazırda istintaq gedir. Hadisəni törətməkdə günahlandırılanlar dindirilir. İstintaqın yekununda günahkarlar mütləq cəzasına çatacaq".

Müstəntiqin sözlərinə görə, faktla bağlı cinayət işi açlılıb.

Qeyd edək ki, Bakıda universitetdə təhsil alan 20 yaşlı qız tətillə əlaqədar evlərində olarkən dəhşət yaşayıb.

Qızın qohumlarının ANS PRESS-ə verdiyi məlumata görə, tələbə qız həmkəndliləri tərəfindən qaçırılaraq zorlanıb.

Qohumların sözlərinə görə, G.K həmyaşıdlarının şantajına uğrayıb. Qəsəbənin 4 gənc sakini qızı zorlanma ilə bağlı şəkilləri yaymaqla şantaj ediblər. Bir neçə dəfə qıza zəng edərək görüşə çağırıblar. Lakin G.K etiraz edib və qorxduğundan heç kimə də heç nə bildirməyib.

“Martin 22-də saat 12 radələrində Məmmədov Kamil Əbülfət oğlu, Niyazov Elməddin İskəndər oğlu ilə birgə G.K qaçırıb. Qızı möhkəm döyüb və ona qarşı seksual hərəkət ediblər. Daha sonra qızı nənəsigilə gətiriblər.

Bir neçe saat sonra qıza zəng edərək baş verənləri çəkdiklərini bildiriblər. Əgər küçəyə çıxmazsa fotoları yayacaqlarını bildiriblər. Qıza qarşı seksual hərəkət edənlər baş verən hadisəni dostları Kərimov Mürsəl Asif oğlu və Rzayev Nemət Həsrət oğluna danışıblar. Bu dəfə onları da özləri ilə gətiriblər. Qızın başına oyun açdıqdan sonra yenidən gətirib nənəsigilə qoyublar. Baş verənlər haqda kiməsə danışacağı halda qızı ölümlə hədələyiblər", - deyə zorlanan qızın yaxınları bildirib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

01:22 DƏHŞƏT: Tovuzda tələbə qız qaçırılaraq təcavüzə məruz qalıb Qızı fotolarla şantaj edərək iyrənc əməllərin davam etdiriblər Tovuz rayonunda dəhşətli hadisə baş verib. Belə ki, rayonun Əyyublu qəsəbə sakini 20 yaşlı tələbə qız G.K (Qızın qohumları adının açıqlamasını istəmədi) tətillə əlaqədar evlərində olarkən dəhşət yaşayıb. Qızın qohumlarının ANS
08:31 Bakıda mini geyinən qızın sevgi dramı Sevgilisi tərəfindən söyülən qız intihar etmək istəyib Ötən gün Bakıda gənc qız özünü öldürmək istəyib. ANS PRESS-in məlumatına görə, hadisə Nizami rayonunda baş verib. Rayon ərazisində yaşayan 23 yaşlı Q.Z. bayram axşamı kefsiz olub. Ailə üzvlərinə heç nə deməyib və otağına girib. Bir neçə
21:59 13 yaşlı qızı qaçırıb dəfələrlə zorladı (VİDEO) Qızın qaçırılmasında iştirak edən ata, ana və əmi də həbs edilib Türkiyədə 13 yaşlı qızı dəfələrlə zorlayan 25 yaşlı gənci polis yaxalayıb. ANS PRESS-in məlumatına görə, əməliyyat Adana polisi tərəfindən keçirilib. Əməliyyat qızın valideynlərinin şikayətindən sonra keçirilib. Valideynlər
20:11 Bakıda 19 yaşlı tələbə qızın faciəvi ölümü Nuranə İbadovanın Azərbaycan Kooperasiya Universitetinin tələbəsi olduğu bildirilib. Bakıda 19 yaşlı tələbə qız dəm qazından boğularaq ölüb. Mediaxeberleri.az xəbər verir ki, dəm qazı daha bir nəfərin həyatına son qoyub. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə,
21:19 17 yaşlı qızı zorlayan 48 yaşlı kişi tutuldu (YENİLƏNİB) Bakının Qaradağ rayonunda 17 yaşlı qız zorlanıb. Yeniyetməyə təcavüz edən isə onun qardaşının qayınatası olub. Qaradağ Rayon Polis İdarəsi 11-ci polis bölməsindən anspress-ə verilən məlumata görə, bu barədə qızın valideynləri şikayət ediblər. Edilən şikayətə əsasən, qız may ayının 1-də yaşadığı

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az