t s

» » Əhəd Abıyev Aprel qazisinə 20 min “atıb”: İcra başçısına şok ittiham

Əhəd Abıyev Aprel qazisinə 20 min “atıb”: İcra başçısına şok ittiham

12-02-2018, 09:33 Yazar:  Əsmər Baxılıb: 78 Çap et
Əhəd Abıyev Aprel qazisinə 20 min “atıb”: İcra başçısına şok ittiham
2016-cı ilin aprel döyüşlərində Lələtəpə uğrunda gedən döyüşlərdə top komandiri kimi iştirak edən Arzu Məmmədov çıxılmaz vəziyyətdə qalıb.

Aprelin 3-də ağır yaralanaraq, sağ qolunu itirən qazi dələduzluğun qurbanı olub. Bu barədə Arzu Məmmədovun özü məlumat verib. Müalicə almaq məqsədi ilə yaralandığı vaxtdan Bakıda ailəsiylə birlikdə kirayədə yaşadığını bildirən qazimizin ev problemi olduğu üçün doğulduğu Daşkəsən rayonun icra hakimiyyətinə müraciət edib.

Elə hər şey də bundan sonra başlayıb. Arzu Məmmədovun özünü dinləyək: “Əhəd Abıyevə ev problemi olduğumu dedim. Özü şəxsən mənə dedi ki, Daşkəsəndə bina tikilmir, torpaq sahəsi də yoxdur. Buna görə də məsləhət bildi ki, Gəncəyə qeydiyyata düşüm. Dedi, Gəncənin icra başçısı ilə danışacam ki, ordan sənə ev versin. Mən də uzaq qohumun evində qeydiyyata düşdüm. Bundan sonra icra hakimiyyətinin hüquq şöbəsinin müdiri İlhamə Bayramova yanıma gəldi. Qayıtdı ki, başçı deyir, 20 min pul verməlidir. Guya mənə qanunla 3 otaqlı ev düşür, 20 minə görə 4 otaqlı verəcəklər. Mən də bunlara inandım. 13 min manat kredit götürdüm, 7 min də sələmə pul aldım. “Bu gün-sabah” deyə-deyə, 2016-cı ilin yayından uzatdılar, fevralda da işin üstü açıldı. Çoxsaylı şikayətlərdən sonra İlhamə Bayramova barəsində cinayət işi qaldırıldı. Əhəd Abıyev də bunu tez işdən çıxartdı. Guya belə bir işçi tanımır. O adamı bir gün də “içəri” göndərmədilər. Çünki pulu icra başçısı ilə birlikdə “yeyib”. İlhamə Bayramova hamının üzünə durdu ki, heç birinizdən pul almamışam. 17-18 nəfər yalan danışır? Mənim faktlarım, sübutlarım da var. Yazışmalar da olduğu kimi qalır. Camaatdan 200 minə yaxın pul almışdı”.

“Əhəd Abıyev sizin Aprel qazisi olduğunuzun fərqində deyil” sualına isə Məmmədov belə cavab verdi: “Niyə bilmir ki? Cənab prezident İlham Əliyev 2016-cı il aprelin 5-də hospitalda bizimlə görüşəndə tapşırıq vermişdi ki, bütün yerli icra hakimiyyəti orqanları yaralılarla, şəhid ailələri ilə yaxından maraqlansın. 38 gün hospitalda yatdım, bu adam bir dəfə də olsun mənimlə maraqlanmadı. Nəinki o, nə müavinləri, nə də rayondakı təşkilat nümayəndələri yanıma gəlmədi. 38 gündən sonra hospitaldan çıxıb, şəhid olan əsgərimin 40 mərasiminə getdim. Yasdan çıxandan sonra birbaşa icra hakimiyyətinə yollandım. Dedim, niyə bir dəfə də olsun mənimlə maraqlanmadın? Niyə cənab prezidentin tapşırığına məhəl qoymursan? Qayıtdı ki, oğlum 7-ci mərtəbədən özünü atıb, beli qırılıb, həmin vaxt gözümə heç nə görünmürdü. Dedim, sənin başın qarışıq idisə, bəs müavinlərin harda idi? Əhəd Abıyevi hər kəs tanıyır. Onun necə “moşennik” olduğunu bilməyən yoxdur”.

Qeyd edək ki, Arzu Məmmədovun bədəninin bir çox yerində dərin qəlpə yaraları var. Qulaq pərdələri zədələndiyindən eşitməsində problem yaranıb. Eyni zamanda onda hipertoniya xəstəliyi baş qaldırıb. Artıq 1 il 10 aydır ki, hospitalda davamlı müalicə alır. Bu müddət ərzində 5 dəfə amputasiya olunan qolundan, 1 dəfə də ayağından əməliyyat olub. Ayağının əməliyyatı zamanı siniri zədələndiyi üçün hələ də reabilitasiya keçir. Qolu isə heç sağalmır. Ailəlidir, iki övladı var. Övladının biri görmə əngəllidir.

P.S. Məsələ ilə bağlı Əhəd Abıyevlə əlaqə saxlamağa çalışdıq. Aramsız zənglərə baxmayaraq, o telefonu açmadı.(yenicag.az)




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
09:40 Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Şölə Ayı, 37-ci ildə (miladla iyun, 2015) Mütləqə İnam Ocağı təbiət qoynunda “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Tonqal yörəsində Ocaq Yükümlüsü Soylu Atalı söz dedi: Bu ocaq Asif Atanın yaratdığı
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az