t s

» » Bakıda broyler toyuqları kənd toyuğu adı ilə satılır - VİDEO

Bakıda broyler toyuqları kənd toyuğu adı ilə satılır - VİDEO

10-02-2018, 00:52 Yazar:  Idrak Camalbəyli Baxılıb: 164 Çap et
Bakıda broyler toyuqları kənd toyuğu adı ilə satılır - VİDEO
Broyler toyuqları kənd toyuğu adı ilə vətəndaşlara satılır.

Həmin toyuğu alıb istifadə edən müştərilər isə sonradan məhsulun keyfiyyətində fərqliliyin şahidi olurlar.

Xezerxeber.az-ın məlumatına görə, paytaxtın Nizami rayonu ərazisindəki 8-ci kilometr bazarı yaxınlıgında yolun kənarında olan ticarət köşklərində toyuq məhsulları satılır. Köşklərdə vətəndaşlara həm broyler, həm də kənd toyuğu təklif edilir. Maraqlısı isə odur ki, kənd toyuğu ilə broyler toyuğunun qiyməti arasında elə də böyük fərq yoxdur.

Satılan toyuqların kənd toyuğu olmadığını elə alıcılar da təsdiq edir.

Satcılar iddia edirlər ki, satdıqları toyuqlar müxtəlif rayonlarda kənd şəraitində saxlanılaraq bəslənilir. Sonra isə kəsilərək bazara gətirib, vətəndaşlara satırlar.


Bakı şəhər Baytarlıq İdarəsinin müffətişlik şöbəsinin müdiri Zahid Nəsibli deyir ki, vətəndaşlar toyuq alarkən onun kənd və ya broyler toyuğu olduğunu asanlıqla seçə bilərlər. Bunun üçün isə bəzi nüanslara diqqət etmək lazımdır.


Diqqət etməli məqamlardan biri də qiymət fərqidir. Belə ki, hazırda bazarda kənd toyuğunun qiyməti 7-8 manat arasında dəyişir.

Hüquqşunaslar isə bildirir ki, belə vəziyyətdə isehlakçıların hüquqlarının pozulmazı vəziyyəti yaranır. Buna görə də, İnzibati Xətalar Məcəlləsinə görə, vətəndaşları aldadan fiziki şəxslər 350 manatdan 500 manata, hüquqi şəxslər isə 1500 manatdan 2000 manatadək cərimə oluna bilərlər.

Mediaxeberleri.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:08 Qızının cehizini satan ana, oğlu podpolkovnik olan zir-zibil alverçisi.. Mən həyatımda ilk dəfə idi ki, qızına aldığı cehizi öz əli ilə bazarda satan ana görürdüm. Yaylığı ilə üzünü örtməyə çalışsa da, ağlamaqdan şişmiş gözləri və yaylıqdan çıxmış ağ saçlarını gizlədə bilmirdi. Üzündə insan əzabının bütün əlamətləri var idi. Mənə elə gəldi ki, bir ananın öz qızına
14:32 Bu xəbərdən sonra broyler toyuqları yeməyəcəksiniz - VİDEO Bir neçə gündür sosial şəbəkələrdə yer alan video insanların müzakirə mərkəzinə çevrilib. Mediaxeberleri.az ANS PRESS-ə istinadən verdiyi məlumata görə, videoda broyler toyuğu məlum olmayan məhlula salınır və nəticədə toyuq köpüklü plastik kütləyə çevrilir. Videoda danışan şəxs bildirir ki, o,
14:55 Broyler toyuqları ilə bağlı yayılan video müzakirəyə səbəb oldu Bir neçə gündür sosial şəbəkələrdə yer alan video insanların müzakirə mərkəzinə çevrilib. Videoda broyler toyuğu məlum olmayan məhlula salınır və nəticədə toyuq köpüklü plastik kütləyə çevrilir. Videoda danışan şəxs bildirir ki, o, toyuğu ozonator aparatına salır və nəticədə əriyərək, rezinəbənzər
14:02 Qiymət ucuzluğu görmək mümkün olmadı - Bayram günü Artıq bayram günü də çatdı. Təəssüf ki, bayramın gəlişi heç çoxunu sevindirmədi. Bu isə sözsüz ki, ölkədə baş verən iqtisadi proseslərin nəticəsi kimi qiymətləndirilir. Demək olar ki, 2015-ci ilə qədəm qoyandan bəri iqtisadi problemlər günü-gündən artmağa başladı. Dolların bahalaşması ölkə
12:59 Avtomobil bazarında kəskin ucuzlaşma 100-105 min manata satılan “Lexus” hazırda 50-55 min manata satılır. Dünya bazarında neftin ucuzlaşması, Azərbaycanda gəlirlərin azalması və iqtisadi aktivliyin aşağı düşməsi özünü avtomobil bazarında da göstərib. Mediaxeberleri.az Fins.az-a istinadən xəbər verir ki, üstəlik belə vəziyyətin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az