t s

» » Rəqqasə yenə maşının üstündə oynadı - Polisin xəbərdarlığına məhəl qoymur - VİDEO

Rəqqasə yenə maşının üstündə oynadı - Polisin xəbərdarlığına məhəl qoymur - VİDEO

10-02-2018, 00:47 Yazar:  Məmməd Məmmədov Baxılıb: 202 Çap et
Rəqqasə yenə maşının üstündə oynadı - Polisin xəbərdarlığına məhəl qoymur - VİDEO
Yolda avtomobili saxlayıb rəqs edən qızın yeni videosu yayılıb. Oxşar kadrlar sosial şəbəkələrdə yayıldıqdan sonra xanım rəqqasə yol polisinə dəvət edilərək cərimə edilmişdi. Amma görünən odur ki, rəqqəsə bundan bir nəticə çıxarmayıb. O, yenə avtomobilin üstünə çıxaraq oynayıb.



Xezerxeber.az-ın məlumatına görə, bir neçə gün əvvəl paytaxtın Xətai rayonunda avtomobilin üstündə rəqs edən Simona Amirova bu təhlükəli hərəkətini yenindən təkrarlıyıb.


Simona Amirova bu dəfə Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsində yolun kənarında avtomobilin üstünə çıxaraq oynayıb.


İlk video yayıldqıdan sonra Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi rəqqasəni və onun üzərində rəqs etdiyi avtomobilin sahibini aşkar edərək inzibati qaydada cərimələyib. Amma görünür xəbərdarlıq kifayət etməyib. Görüntülərdən məlum olur ki, xanım bu rəqsi ilə digər hərəkət iştirakçılarına mane olur, onların diqqətini yayındırır. Simona avtomobil üzərində rəqs etməsindən zövq aldığını deyir.


Əməlindən peşman olmadığını bildirən gənc rəqqasə, bundan sonra avtomobilin üstündə rəqs etməyəcəyini deyir.


Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Bölmə rəisi Vaqif Əsədov isə ''Xəzər Xəbər''ə bildirdi ki, həmin xanım birinci fakta görə inzibati qaydada cərimələnib. Əgər o, bu rəqsini yenidən təkrar edibsə, deməli onun barəsində tətbiq edilən cərimədən və ictimayi qınaqdan nəticə çıxarmayıb.


Vaqif Əsədovun sözlərinə görə, xanım rəqqasə yenidən idarəyə çağırılaraq ciddi xəbərdarlıq edilməklə cərimə olunacaq.



Mediaxeberleri.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:43 Deputatın kürəkəni prezidentə qarşı: - “Kapitol” və hakimlər qaçqını çölə atıb Bakıda “Kapitol” adlı fəaliyyəti müəmmalı tikinti firmasının kapital maraqları bir qaçqın ailəsinin ikinci dəfə yurd-yuvasından didərgin düşməsi ilə nəticələnib. Zəngilandan olan məcburi köçkün Zərqələm Sadıqova Məhəmməd qızının yazmadığı yer, şikayət etmədiyi orqan, müraciət ünvanlamadığı
10:07 Xəzər rayon Məhkəməsi hakimindən görünməmiş qanunsuzluq - ETİRAZ «Təzadlar» qəzeti redaksiyasına Xəzər rayonunun Buzovna qəsəbə sakinləri- Əliyev Ağasadıx İbrahim oğlu, Şücai Qızxanım Nadir qızı, 1-ci qrup əlil Quliyeva Firəngiz Hüseyn qızı və Zeynalova Azadə Xudaverdi qızı tərəfindən yazılmış və Azərbaycan ədliyyə naziri cənab Fikrət Məmmədova (surəti
20:52 Şahidin cinayət təqibi orqanı tərəfindən ölkədən getmək hüququnun məhdudlaşdırılması hüquqidirmi?! Oxucularımızın diqqətinə "Azərbaycan vəkili" jurnalında işıq üzü görmüş vəkil Sadiq Əfəndiyevin hazırladığı maraqlı yazını təqdim edirik. Yazıda cinayət prosesində ölkədən getmək hüququnun məhdudlaşdırılmasının şahidə münasibətdə tətbiq edilməsinin hüquqi olub-olmaması və buradan doğan nəticələr,
10:58 Dünyanın 10 ən qeyri-adi avtomobili Bu cür unikal maşınları düzəldənlər bu üsulla öz mallarını reklam etmək, ya da Ginnesin rekordlar kitabına düşmək istəyirlər Dünyana bir çox maraqlı avtomobil mövcuddur. Onların əksəriyyəti – sadəcə maraqlı tyuninqdir və əksər hallarda əl işidir. Yalnız az bir miqdarı kiçik emalatxana və
19:41 XALIQ SƏFƏVI: XƏZƏR XANLIĞININ YARANMASI VƏ ILK DÖVRLƏRI Tarixdə bu dövlət Xəzər xaqanlığı, Xəzər imperiyası,Yəhudilər Türk-Musəvi imperiyası kimi göstərilir. İndiki Güney Rusiya ərazisində olan Xəzərlərin VI yüzildən əvvəlki tarixi qeyri-müəyyənlik içindədir. 550-630-cu illər arası Göytürk imperatorluğunun bir parçası idilər. 7-ci yüzilin ortasında

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az