t s

» » Sayğacların yenisi ilə əvəzlənməsinin pulunu kim ödəməlidir? - VİDEO

Sayğacların yenisi ilə əvəzlənməsinin pulunu kim ödəməlidir? - VİDEO

10-02-2018, 00:34 Yazar:  Idrak Camalbəyli Baxılıb: 184 Çap et
Sayğacların yenisi ilə əvəzlənməsinin pulunu kim ödəməlidir? - VİDEO
Bir sıra hallarda işıq, qaz və elektrik sayğacları quraşdırılandan sonra yararsız hala düşdükdə vətəndaşlarla əlaqədar qurumlar arasında mübahisələr yaranır.

Xezerxeber.az-ın məlumatına görə, mübahisəli məqamlarda vətəndaşlar sayağacın dövlət qurumları, aidiyyati qurumlar isə vətəndaş tərəfindən alınıb, qoyulmalı olduğunu bildirirlər.


Məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev bildirir ki, əhalinin istifadə etdiyi qaz sayğaclarına kimin müdaxilə etməsindən asılı olmayaraq, yararsız hala düşərsə onun ödənişini vətəndaşlar etməlidir.


Yalnız polis və ya digər dövlət qurumları tərəfindən sayğacın başqa şəxslər tərəfindən qırılmasına dair sənəd olarsa, "Azəriqaz" sayğacı öz hesabına dəyişdirə bilər.


Sayğaclarla bağlı mübahisələrə toxunan "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirir ki, əhali üçün sayğacların ilkin quraşdırması tam pulsuz olsa da, müdaxilə hallarında bu məsuliyyət vətəndaşın üzərində qalır. Ancaq texniki nasazlıq istisna olmaqla.

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti də məsələyə aydınlıq gətirib. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayılov bildirir ki, əhali üçün su sayğacları bütün yerlərə dövlət vəsaiti hesabına qoyulur. Ancaq sayğaclara müdaxilə olunub-olunmamasından asılı olaraq, yenidən sayğac quraşdırılmasına münasibət də fərqli olur.

Qaz, işıq və su sayğaclarının sahibkarlıq obyektlərində quraşdırılması ilə bağlı hər 3 dövlət qurumunun mövqeyi eynidir. Sayğacların bu obyektlərdə quraşdırılması da, dəyişdirilməsi də tamamilə sahibkarların öz hesabına icra edilir. Onu da qeyd edək ki, hər 3 qurumdan bildirirlər ki, qeyd olunan məqamlardan əlavə hansısa şəxs vətəndaşlardan sayğacın quraşdırılması üçün əlavə vəsait tələb edərsə, onlardan bu qurumların "qaynar xətlər"inə zəng edərək məlumat vermələri xahiş olunur.


Mediaxeberleri.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
12:06 “Azərsu”da cibə su kimi axan korrupsiya pulları ASC prezidenti Qorxmaz Hüseynovun 2 milyardlıq su-kanalizasiya “əməliyyatı” və 20 milyonluq çirkli pul oyunları haqda sensasion araşdırma: Qurum rəhbəri pulları qohumları hesabına ölkədən çıxarır, Miriyevlərin «Hidro-İnşaat Servis» MMC şirkəti dövləti talayır Ölkənin korrupsiya bataqlığına
08:40 Milyonların su kimi axdığı, kef məclislərinə çevrilmiş dövlət qurumu – AZƏRSU Ölkədə ən çox yeyinti olan qurumlardan birinin “Azərsu” ASC-i olduğu hər kəsə bəllidir. Dəfələrlə bu idarədə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan yoxlamanın nəticəsində ciddi yeyintilər, qanunun pozuntuları, külli miqdarda rüşvət, dövlətin ayırdığı
22:33 "Azərsu"nun strukturu dəyişdi - yeni idarə yaradıldı Ekologiya İdarəsi yaradılıb, üç məhdud məsuliyyətli cəmiyyət birləşdirilib, İstehsalat-Texniki Komplektləşdirmə İdarəsinin hüquqi şəxs statusu ləğv olunub. Nazirlər Kabineti «Azərsu» Açıq Səhmdar Cəmiyyətinin (ASC) strukturu ilə bağlı bəzi məsələlər barədə qərar verib. Qərara əsasən «Azərsu» Açıq
10:57 "Azərsu" şefinə qarşı şok faktlar - Qorxmaz Hüseynovun ətrafı ləngər vurur Bəzi yüksək rütbəli məmurların tamahlarına sipər çəkməsi mümkünsüzləşib. Bu problemdən ilk növbədə əziyyət çəkənlər təbii ki, orta vəziyyətdə yaşayan geniş əhali təbəqəsidir. Son illər dövlət səviyyəsində korrupsiya və rüşvətxorluğa qarşı geniş mübarizə tədbirlərinin aparılmasına baxmayaraq, bəzi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az