t s

» » Əmək pensiyaları artırıldı- SƏRƏNCAM

Əmək pensiyaları artırıldı- SƏRƏNCAM

9-02-2018, 22:50 Yazar:  Idrak Camalbəyli Baxılıb: 343 Çap et
Əmək pensiyaları artırıldı- SƏRƏNCAM
Prezident İlham Əliyev "Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” sərəncam imzalayıb.


Sərəncamla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, 2017-ci il üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq, 2018-ci ilin 1 yanvar tarixinə:

1.1. bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etsin;

1.2. fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:55 Qazaxda ilin yekunlarına dair hesabat yığıncağı keçirildi– FOTO Qazax rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əlibaba Əliyev, Milli Məclisin deputatları Kamran Nəbizadə və Ülviyyə Ağayeva
16:03 Pensiyaların yeni artım mexanizmi daha effektiv olacaq – TƏHLİL Yaxın günlərdə dövlət başçısının Sərəncamına uyğun olaraq, əmək pensiyalarının mövcud məbləğləri artırılacaq. Bu, əslində, hər il baş verir. Sadəcə, bu il indeksləşdirmə deyilən sözügedən artım tamamilə ayrı mexanizm əsasında həyata keçiriləcək. Belə ki, indiyədək pensiyaların yalnız sığorta
23:40 İlham Əliyev 7 sərəncam, 15 fərman imzaladı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının Babək rayonunda Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az xəbər verir ki, bu barədə Prezidentin
22:15 Dövlət başçısı İlham Əliyev 10 sərəncam imzaladı Prezident İlham Əliyev “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 1 fevral tarixli 121-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb. Axar.az xəbər verir ki, bu barədə Prezidentin
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az