t s

» » Qazaxda ilin yekunlarına dair hesabat yığıncağı keçirildi– FOTO

Qazaxda ilin yekunlarına dair hesabat yığıncağı keçirildi– FOTO

9-02-2018, 21:55 Yazar:  Idrak Camalbəyli Baxılıb: 396 Çap et
Qazaxda ilin yekunlarına dair hesabat yığıncağı keçirildi– FOTO
Qazax rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əlibaba Əliyev, Milli Məclisin deputatları Kamran Nəbizadə və Ülviyyə Ağayeva iştirak ediblər.

Mediaxeberleri.az-ın məlumatına görə, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, ümummilli liderin əziz xatirəsini ehtiramla yad ediblər.

Qazaxda ilin yekunlarına dair hesabat yığıncağı keçirildi– FOTO


Sonra qonaqlar Gənclər Mərkəzinin foyesində hazırlanmış sərgi ilə tanış olublar. Sərgidə Qazax rayonunda istehsal olunan kənd təsərrüfatı və sənaye məhsulları nümayiş olunub.

Qazaxda ilin yekunlarına dair hesabat yığıncağı keçirildi– FOTO


Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yığıncağı giriş sözü ilə açaraq qonaqları və tədbir iştirakçılarını salamlayıb.

Sonra 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2018-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat məruzəsi ilə çıxış edərək 2017-ci ildə rayonda görülmüş tikinti-quruculuq işləri barədə ətraflı məlumat verib.

Bildiyiniz kimi, 2017-ci ildə iqtisadi sahədə çox böyük uğurlar əldə edilmiş və 2017-ci il dərin iqtisadi islahatlar ili olmuşdur. Bu il ərzində qəbul edilmiş qərarlar, qanunlar, imzalanmış sərəncamlar iqtisadi islahatları daha da dərinləşdirir və bizə imkan verir ki, qeyri-neft sektorunu inkişaf etdirək.

Şimal-Cənub nəqliyyat dəhlizinin icrası istiqamətində önəmli addımlar atılmışdır. Azərbaycan öz üzərinə düşən vəzifələri icra edib, İran sərhədinə qədər dəmir yolunun tikintisi başa çatmışdır.

Ölkəmizdə yaradılmış gözəl sərmayə iqlimi hesabına 2017-ci ildə ölkə iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulmuşdur. Bu da onu göstərir ki, həm yerli və həm də xarici investorlar ölkəmizə vəsait qoymaqda maraqlıdırlar. Ölkəmiz buna nail olmuşdur. Ümumilikdə bütün sahələr üzrə görülmüş işləri cənab Prezident yüksək qiymətləndirərək qeyd etmişdir ki, hər bir ölkə belə nəticələrlə fəxr edə bilər. Ölkəmiz də fəxr edir ki, 2017-ci ili belə gözəl nəticələrlə başa vurmuşuq.
2017-ci il rayonumuz üçün də uğurlu il olmuşdur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ və şəhid ailələri üçün 2014-cü ilin dekabr ayında tikintisinə başlanılmış 14 fərdi yaşayış evlərindən 8-i istifadəyə verilmiş, 6-da işlər yekunlaşmış, 2017-ci ildə isə daha 6 yaşayış evinin tikintisinə başlanılmışdır.

Hesabat dövrü ərzində əhalinin elektrik enerjisi və təbii qaz yanacağı ilə təmin olunması sahəsində də müəyyən işlər görülmüşdür.

Qazax Telekommunikasiya Qovşağı tərəfindən 2017-ci ilin yekununa görə 1.440.000 manat tarif gəliri proqnozuna qarşı 1.448.900 manat gəlir əldə edilərək proqnoz tapşırığa 100,6 faiz əməl olunmuşdur. 2016-cı il ilə müqayisədə 92.900 manat artıq vəsait yığılmışdır. İl ərzində 235 ədəd yeni telefon çəkilmiş, 32 ədəd telefon şəbəkəyə bərpa olunmuş, “Aztelekom” internet provayderində 784 ədəd montaj tutumu artırılaraq 6.024 porta, 1.047 nəfər istifadəçi artırılaraq 5.699 porta çatdırılmışdır. Daş Salahlı kəndində 100 nömrəlik, Çaylı kəndində isə 50 nömrəlik xətt təsərrüfatları tikilərək 150 abunəçiyə telefon xətti çəkilmişdir. Rayon ərazisində ümumilikdə 1.552 metr müxtəlif tipli kabellər yenisi ilə dəyişdirilmişdir. O cümlədən, hava rabitə xətlərinin təmiri və səliqəyə salınması məqsədilə 210 ədəd yeni dəmir dayaq, 30 ədəd isə ağac dayaq basdırılmış və 27 ədəd kabel qutusu qoyulmuşdur.

Hesabat dövründə Qazax Poçt filialı tərəfindən əhalidən enerji, qaz, su, telefon pulları, həmçinin vergi, DSMF, DİN-nin ödənişləri qəbul edilərək aidiyyəti təşkilatların bank hesablarına köçürülmüş, plan tapşırıqları 112 faiz yerinə yetirilmişdir, yəni 349.540 manata qarşı 390.618 manat yerinə yetirilmişdir. Filial tərəfindən nəğd ödənişlərlə yanaşı 38 ədəd idarə və təşkilatlara qeyri-nəğd xidmət göstərilərək yığılan vəsait aidiyyəti hesablara köçürülmüşdür. Poçt filialının şöbələri tərəfindən 5.430 ədəd bağlama qəbul edilmiş və 671 ədəd bağlama müxtəlif ünvanlara göndərilmişdir. Həmçinin, 9.652 məktub göndərilmiş, 15.621 ədəd məktub qəbul edilmişdir. Daş Salahlı və Nərimanov qəsəbəsi poçt şöbələrində təmir işləri aparılmışdır.

Azərbaycan Respublikası Prezidentinin “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 17 mart 2017-ci il tarixli 2754 saylı sərəncamı ilə rayonun Daş Salahlı, Aslanbəyli və Kəmərli kəndlərində içməli su xətti çəkilmişdir. Əlavə olaraq, Qaymaqlı kəndində də su çəkilişinə başlanılmışdır. 1 ədəd artezian quyusunun qazıntısı, 2 ədəd 50 tonluq çənin qoyulması və diametri 110 mm olan 1.344 metr boru vasitəsilə su çəkilişi nəzərdə tutulmuşdur.
2017-ci il ərzində Qazax Kommunal Müəssisələri Kombinatına 534.241 manat vəsait daxil olmuşdur. Daxil olmalardan şəhər icra nümayəndəliyi tərəfindən təmizlik və yaşıllıq işlərinin əməkhaqqı və sair xidmətlər üçün 192.000 manat, ictimai işlərə cəlb olunmuş təmizlik və abadlıq işlərinin əməkhaqqı və sair xərclərin ödənilməsi üçün 251.663 manat, əhalidən 16.853 manat, kommersiya obyektlərindən 20.910 manat, təşkilatlardan və sair xidmətlərdən 52.815 manat daxil olmuşdur. 2016-cı illə müqayisədə 183.872 manat çox vəsait daxil olmuşdur. Ölkə Prezidentinin tapşırığı əsasında işsizliyin aradan qaldırılması məqsədilə 2017-ci ilin yanvar ayından Kommunal Müəssisələri Kombinatının yaşıllaşma və təmizlik sahələrində 108 nəfər işlə təmin olunmuşdur. Rayon rəhbərliyinin diqqəti sayəsində kombinata bir ədəd yeni Man tipli zibil daşıyan avtomobil və zibil poliqonunda işləmək üçün bir ədəd DT-75 tipli traktor alınmışdır. 7 ədəd yeni konteyner düzəldilərək şəhərin müxtəlif ərazilərinə qoyulmuşdur.
Bundan əlavə, Qazax şəhərində 34 ədəd çoxmənzilli yaşayış binasında təmir işləri aparılmışdır. Bu işlərlə əlaqədar 103 nəfər işlə təmin olunmuşdur.
Qeyd etmək istəyirəm ki, 2018-ci ildə daha 16 çoxmənzilli binada təmir işlərinin aparılmasına başlanılmış və 50 nəfər işlə təmin olunmuşdur. Əlavə olaraq 1 mart 2018-ci il tarixdə 65 ədəd çoxmənzilli binada təmir işlərinə başlanacaqdır. Yekun olaraq bildirmək istərdim ki, vətəndaşların müraciətini nəzərə alaraq 2018-ci ildə 81 çoxmənzilli binada təmir işləri aparılacaqdır.

2017-ci il ərzində rayonun mədəniyyət, təhsil və səhiyyə müəssisələri tərəfindən də bir sıra işlər görülmüşdür.2017-ci ilin may ayının 15-də Qazax rayonu ilə Litva Respublikasının Trakay rayonu arasında əmakdaşlıq sazişi imzalanmışdır. Qazax rayonu ilə Litva Respublikasının Trakay rayonu arasında təhsil, mədəniyyət və tarix, idman, turizm, biznes, kənd təsərrüfatı və digər sahələrdə əlaqələrin genişləndirilməsi məqsədilə Qazax rayon İcra Hakimiyyəti başçısı 9 iyun 2017-ci il tarixli 9-21/57 nömrəli sərəncam imzalamışdır. 21 iyun tarixində Trakay rayon bələdiyyəsinin meri Edita Rudeline və nümayəndə Rudelis Henrikas Qazax rayonuna səfər etmişlər. Səfər zamanı qonaqlar Qazax rayonunun mədəniyyəti, tarixi abidələri və görməli yerləri ilə tanış olublar.

2017-ci ildə “Yaddan çıxmaz Qarabağ” mədəni-siyasi aksiyasının incəsənət həftəsinin keçirilməsi ilə əlaqədar Qazax Dövlət Rəsm Qalereyasında “Biz sülh istəyirik” rəsm sərgisi, Tarix-Diyarşunaslıq Muzeyində “Yaddan çıxmaz Qarabağ” adlı fotosərgi və başqa bir sıra tədbirlər təşkil olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə 2017-ci ildə bütün mədəniyyət müəssisələrində görkəmli şair, mütəfəkkir və ictimai-siyasi xadim M.P.Vaqifin 300 illik yubileyi və IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir.

Dekabr ayının 16-da Qazax rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ədəbiyyat Muzeyində Xalq şairi Osman Sarıvəllinin doğum gününə həsr olunmuş poeziya günü keçirilmişdir. Tədbirə rayon İcra Hakimiyyəti tərəfindən Xalq şairinin oğlu, Türkiyədə yaşayan professor Babək Qurbanov dəvət olunmuş və akademik Teymur Bünyadov, Milli Məclisin deputatları Nizami Cəfərov, Ülviyyə Ağayeva, “Qazax Xeyriyyə” İctimai Birliyinin sədri İlham Pirməmmədov, idarə, müəssisə, təşkilat rəhbərləri, ağsaqqallar, ziyalılar, şairlər, yazıçılar iştirak etmişlər. Tədbirdən əvvəl iştirakçılar İkinci Şıxlı kənd qəbiristanlığında Xalq şairi Osman Sarıvəllinin abadlıq işləri aparılmış və üstü götürülmüş qəbrini ziyarət etmiş, əziz xatirəsi böyük ehtiramla yad edilmişdir.

Tarix-Diyarşunaslıq Muzeyinin fondunda 2227 ədəd eksponat vardır. İl ərzində 15 tədbir keçirilmiş, muzeyə 6.040 nəfər baxış keçirmişdir.“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğuna 14.107 nəfər turist gəlmişdir ki, bunların da 67 nəfəri xarici vətəndaşlar olmuşdur.

Rayon Təhsil şöbəsinin tabeliyində olan 34 tam orta, o cümlədən 1 məktəb-lisey, 6 ümumi orta, 6 ibtidai məktəb və 5 məktəbdənkənar müəssisə fəaliyyət göstərir. Cari dərs ilində ümumtəhsil məktəblərində təhsil alan 11.786 nəfər şagirdin təlim-tərbiyəsi ilə 1.714 nəfər müəllim məşğul olur.2017-ci ilin yanvar ayında keçirilən fənn olimpiadalarının rayon turunda 309 nəfər şagird iştirak etmişdir. Zona mərhələsində yüksək yer tutmuş 1 nəfər şagird aprel ayında Bakı şəhərində keçirilmiş final mərhələsində iştirak edərək Nazirliyin Sertifikatını almışdır.

2017-ci ilin may ayında Qazax rayon müəllimləri Diaqnostik qiymətləndirmədə iştirak etmişlər. Qiymətləndirmədə 1392 nəfər müxtəlif fənn müəllimləri iştirak etmişdir. Onlardan yalnız 9 nəfəri 10-dan aşağı bal toplamışdır. 1029 müəllim 30 baldan, yəni 50 faizdən yuxarı bal toplamışdır. Bu iştirak edən müəllimlərin 73,9 faizini təşkil edir.

Respublika Prezidenti İlham Əliyevin sərəncamı ilə 2017-ci ilin oktyabr ayında Müəllim Günü münasibətilə Xanlıqlar kənd tam orta məktəbin biologiya müəllimi Xatın Hüseynxanova “Əməkdar müəllim”, məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Rahilə Əliyeva “Tərəqqi” medalı ilə təltif olunmuşlar. Təhsil Nazirinin əmri ilə 5 saylı tam orta məktəbin fizika müəllimi Yasəmən Qayayeva “Qabaqcıl Təhsil işçisi” fəxri adına, şəhər ümumi orta məktəbin direktoru Yeganə Göyüşlü Təhsil Nazirinin Fəxri Fərmanına layiq görülmüşdür.

Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiya müsabiqəsində Qrant layihədə rayonun 3 nəfər müəllimi - Qazax şəhər 3 saylı tam orta məktəbdən Tahirə Xasməmmədova, Şəlalə Məhərrəmova və Daş Salahlı kənd 1 saylı tam orta məktəbdən Söylü Xəlilova qalib gəlmişlər. “Elektron Təhsil” müsabiqəsinin respublika mərhələsində şəhər 3 saylı tam orta məktəbdən Tahirə Xasməmmədova qalib olmuşdur.

Bakı Dövlət Universitetinin Qazax filialında 13 ixtisas üzrə 689 tələbə təhsil alır. Onlardan 400 nəfəri birinci kurs tələbəsidir. Tələbələrdən 611-i əyani, 78-i qiyabi olmaqla respublikamızın 54 rayonunu təmsil edirlər. Filialın pedoqoji heyətinin 34 faizini elmi dərəcəli kadrlar təşkil edir. Filialın yeni tədris korpusunun-kampus tələbə şəhərciyinin tikilib istifadəyə verilməsi üçün 6 hektar torpaq sahəsi ayrılmış və müvafiq sənədləşmə işləri aparılmışdır. Yaxın müddətdə təməlqoyma mərasiminin keçirilməsi planlaşdırılır. İl ərzində universitetdə 16 ədəd mədəni kütləvi tədbir keçirilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 avqust 2002-ci il tarixli, 140 saylı əmrinə əsasən Qazax Kənd Təsərrüfatı Texnikomunun bazasında Qazax Dövlət Sosial-İqtisadi Kolleci yaradılmışdır. Hazırda kollecdə 13 ixtisas üzrə 741 nəfər tələbə təhsil alır. 2017-2018-ci tədris ilində 239 nəfər tələbə qəbul olmuşdur. Təhsil Nazirliyi tərəfindən kollecin binasında təmir işləri aparılmışdır. Hazırda kollecin binasına istilik sistemi çəkilməkdədir.

Rayonda 25 körpələr evi-uşaq bağçası fəaliyyət göstərir ki, bunlardan 6-sı şəhərdə, 19-u isə kəndlərdə yerləşir.Fəaliyyəti dayandırılmış Aşağı Əskipara kənd körpələr evi-uşaq bağçası 25 yanvar 2017-ci il tarixindən Qazaxbəyli kəndində məcburi köçkünlər üçün salınmış qəsəbədə yeni tikilmiş, müasir tələblərə cavab verən binada 3 qrupla yenidən fəaliyyətə başlamışdır.

Dövlət Proqramına uyğun olaraq Qazax şəhərində tikintisi nəzərdə tutulmuş 100 yerlik 1 saylı körpələr evi-uşaq bağçasının tikintisi başa çataraq istifadəyə verilmişdir. 2017-ci ilin oktyabr ayında əlavə 2 qrupun, 2018-ci ilin yanvar ayında isə əlavə 6 qrupun açılmasına nail olunmuşdur. Bundan əlavə, “HGC GROUP” MMC tərəfindən Daş Salahlı kəndində 2 və 3 saylı uşaq bağçalarında əsaslı təmir və yenidənqurma işləri aparılıraraq istifadəyə verilmişdir. Rayon İcra Hakimiyyəti tərəfindən Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar və Cəfərli kənd körpələr evi-uşaq bağçalarında əsaslı təmir işləri aparılmış, müasir tələblərə uyğun inventar və avadanlıqlarla təchiz olunaraq uşaqların istifadəsinə verilmişdir.

Qazax şəhərində 2, 3, 4 və 6 saylı körpələr evi-uşaq bağçalarında kombi sistemi quraşdırılaraq istiliklə təchiz edilmiş, bütün bağça işçiləri xüsusi geyimlə təmin olunmuşlar.
2018-ci ildə Çaylı, Ağköynək və Yuxarı Salahlı kəndlərində yeni körpələr evi-uşaq bağçalarının tikintisi üçün aidiyyəti qurumlar qarşısında məsələ qaldırılmışdır.
Qazax rayon Mərkəzi Xəstəxanasının nəzdində 30 çarpayılıq Uşaq xəstəxanası, 30 çarpayılıq Doğum evi, 1 Təcili Yardım Stansiyası, 3 Poliklinika, 100 çarpayılıq Ruhi xəstəxana, 2 kənd xəstəxanası, 16 kənd həkim məntəqəsi və 17 kənd tibb məntəqəsi fəaliyyət göstərir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2012-ci il tarixli 374s saylı sərəncamına uyğun olaraq köhnə Mərkəzi rayon Xəstəxanasının yerində yeni 145 çarpayılıq Mərkəzi rayon Xəstəxana Kompleksinin tikintisi sürətlə davam etdirilir.

Qazax Müalicə Diaqnostika Mərkəzinə il ərzində 22.189 ambulator gəliş olmuş, mərkəzdə 125.007 laboratoriya müayinələri olunmuş, 927 cərrahi əməliyyat aparılmış, 5923 çarpayı günü olmuşdur.
Ölkə Prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının bariz nümunəsi olaraq, Qazax güləş məktəbinin yetirməsi, “Şöhrət” ordenli və “Tərəqqi” medalı ilə təltif olunmuş [b]Umudov Firdovsi Qəminalı oğlu Azərbaycan Güləş Federasiyasının Birinci vitse-prezidenti
vəzifəsinə təyin olunmuşdur.


2017-ci il ərzində rayon üzrə əsas kapitala yönəldilən investisiyaların həcmi 16.416.000 manat, ümumi məhsul buraxılışının həcmi 157.537.000 manat olmuşdur ki, bu 2016-cı illə müqayisədə 2,5 faiz çoxdur. Sənaye məhsulunun ümumi həcmi 34.178.000 manat, keçən ilə nisbətən 1,8 dəfə çox, kənd təsərrüfatı məhsullarının həcmi 64.012.000 manat 2016-cı ilə nisbətən 8 faiz çox olmuşdur. Rayon üzrə adambaşına düşən məhsul buraxılışı 1.628 manat, orta aylıq əməkhaqqı 269,3 manat olmuşdur.

Tikinti-quraşdırma işlərinin həcmi 15.447.200 manat olmuşdur. Əhali tərəfindən ümumi dəyəri 4.449.000 manat olan 315 yaşayış evi tikilib istifadəyə verilmişdir.
“Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” ilə əlaqədar Qazax rayonunda davamlı surətdə yeni iş yerləri açılır. 2017-ci il ərzində 13 yeni müəssisə yaradılmış, 1.497-si daimi olmaqla 1.568 yeni iş yeri açılmışdır. Dövrün sonuna iqtisadi fəal əhalinin sayı 49.952 nəfər olmuşdur ki, bundan 49.371 nəfəri məşğul əhalidir. Onlardan daimi işlə 10 min 965 nəfər təmin olunmuşdur.

2017-ci il ərzində Qazax Məşğulluq Mərkəzinə 31 müəssisədən 502 boş iş yeri təqdim edilmişdir. Müraciət etmiş 2.789 nəfər vətəndaşdan 2.074 nəfəri iş axtaran kimi qeydiyyata alınmış, 575 nəfərə göndəriş verilmiş, 530 nəfər münasib işlə təmin olunmuşdur. 238 nəfərə işsizlik statusu verilmiş və 275 nəfərə müavinət təyinatı aparılmışdır. Qazax rayon Məşğulluq Mərkəzində üçtərəfli müqaviləyə əsasən 16 nəfər vətəndaş “Arıçı” peşə kursuna cəlb edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 07 aprel 2016-cı il tarixli “Əhalinin özünüməşğulluğunun təmin edilməsi” ilə bağlı sərəncamının icrası ilə əlaqədar rayonumuzda 14 ailə özünüməşğulluq lahiyəsinə cəlb edilmiş, 11 ailə mal-materiallarla təmin olunmuşdur.Respublika Prezidenti İlham Əliyevin tapşırığı əsasında “ASAN xidmət” mərkəzlərinin olmadığı regionlarda vətəndaşların dövlət xidmətləri ilə təmin edilməsi üçün müasir texniki avadanlıqla təchiz olunmuş “ASAN qatar” konsepsiyası reallaşdırılıb.

Rayonumuzda da “Azərbaycan Respublikası Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası uğurla həyata keçirilir. Məlum olduğu kimi, 29 yanvar 2018-ci il tarixində cənab Prezidentin rəhbərliyi ilə “2014-2018-ci illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfrans keçirilmişdir. Konfransda Dövlət Proqramının icrası, bütövlükdə Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının çox uğurla getdiyini, qarşımızda duran bütün vəzifələrin icra olunduğunu və bu proqramın Azərbaycanın regionlarında da dönüş yaratdığı qeyd edilmişdir. Ölkəmizdə köklü iqtisadi islahatlar və bölgələrdə infrastruktur layihələri icra edilməklə, həmin İnfrastruktur layihələri ölkəmizin ümumi inkişafına böyük təkan vermişdir.

Ölkə Başçısı son 14 il ərzində regional inkişaf proqramlarının icrasının nəticələrinin də göz qabağında olduğunu göstərməklə, elektrik təsərrüfatının, qazlaşdırmanın səviyyəsinin 51 faizdən 93 faizə çatdırılması, içməli su və kanalizasiya sistemlərinin qurulması, kənd təsərrüfatının inkişafı, avtomobil yollarının tikintisi, nəqliyyat sahəsinin və digər sahələrin də inkişafını qeyd etmişdir. Eyni zamanda, sosial infrastrukturla bağlı böyük işlər görüldüyünü, 3100-dən çox məktəb, 642 tibb müəssisəsi tikildiyini, yaxud təmir edildiyini qeyd etmişdir. 43 Olimpiya İdman Kompleksi inşa olunmuşdur. Bu ilin investisiya proqramına əsasən də kifayət qədər sosial layihələrin icra ediləcəyini vurğrlamışdır.

Proqramı əhatə edən dövr ərzində iqtisadi göstəricilərimiz də ümumi inkişafımızın uğurlu dinamikasını əyani şəkildə göstərir. İqtisadiyyatın 14 il ərzində 3,2 dəfə artdığı, qeyri-neft iqtisadiyyatımızın isə 2,8 dəfə artması qeyd edilmişdir. Bu, onu göstərir ki, bizim iqtisadi inkişafımız, sadəcə olaraq, neftin, qazın istehsalı ilə bağlı deyil. Bizim iqtisadi inkişafımız çoxşaxəlidir. Ona görə qeyri-neft sektorunun 2,8 dəfə artması aparılan islahatların nəticəsidir. Sənaye sahəsinin 2,6, kənd təsərrüfatının 1,7, qeyri-neft ixracımızın isə 4,1 dəfə artması qeyd edilmişdir.

Cənab Prezident bölgələrdə sərmayə qoyluşunun regional inkişaf proqramlarının icrası üçün çox önəmli olduğunu göstərmişdir. Ona görə yerli icra orqanları bu işlərdə daha fəal olmalıdırlar. Hər bir rayonda özəl sərmayəni cəlb etmək, sahibkarlara şərait yaratmaq üçün yerli icra orqanları fəal işləməlidir. Cənab prezident 2017-ci ildə cəlb edilmiş sərmayələrlə bağlı birinci yerlərdə olan rayonları qeyd etmişdir. Həm keçən il qoyulmuş sərmayənin, həm də bu il investisiya layihələrinin ümumi həcmi ilə bağlı. Beləliklə, keçən il sərmayə qoyuluşuna görə ilk onluqda olan rayonları qeyd edərkən rayonumuzun da yüksək göstəriciyə malik olduğunu qeyd etmişdir.

Bildirmək istəyirəm ki, cənab Prezidentin sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, o cümlədən fermerlərə güzəştli kreditlərin, subsidiyaların və investisiya təşviqi sənədlərinin verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi qayğısının nəticəsi olaraq, 2017-ci ildə rayonumuza investisiyanın cəlb olunması ilə bağlı işlər daha da genişləndirilmiş və iqtisadiyyatın müxtəlif sahələrinə ümumilikdə 43,8 milyon manat, o cümlədən sənayeyə 26,5 milyon manat və kənd təsərrüfatına 17,3 milyon manat özəl sərmayə qoyulmuşdur.

Rayonumuzda təmir-tikinti, abadlıq, bərpa, quruculuq işləri ötən illərdə olduğu kimi 2017-ci ildə də davam etdirilmişdir.
Səməd Vurğun adına parkda yenidənqurma işləri yekunlaşmış, parkın 1922 kv.m sahəsinə yeni tamet döşənmiş, 119 p/m uzunluğunda yeni bardürlər düzülmüş, yaşıllıqlar salınmış və yeni işıqlandırma sistemi quraşdırılmışdır.

Qazax şəhəri ərazisində hərbi şəhərcikdə şəhidlərin xatirəsinə 1 bulaq, Milli Qəhrəman Firuddin Şamoyevin xatirəsinə 1 bulaq tikilib istifadəyə verilmişdir. 6 bulaq yenidən qurularaq müasir görkəmə salınmışdır. Bu işlərin davamı olaraq rayonun Qazaxbəyli kəndində Milli Qəhrəman Alı Mustafayevin adına və Cümə məscidinin qabağında Vəfa Dəmirçioğlunun adına yeni bulaq kompleksi tikilərək istifadəyə verilmişdir.


Qızıl Hacılı kəndinin sakinləri üçün Nazirlər Kabinetinin 3 mart 2015-ci il tarixli, 77s saylı sərəncamı ilə 19,4 hektar torpaq sahəsinin təyinatı dəyişdirilmiş, 78 ailəyə fərdi yaşayış evlərinin bütün infrastrukturlarla birlikdə tikilməsi məqsədilə sənədləşmə işləri aparılır.
Qazax şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılacaqdır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən uzunluğu 2,5 km olan Qazax-Hüseynbəyli, uzunluğu 2,65 km olan Kommuna kəndini Qazax-Quşçu Ayrım avtomobil yolu ilə birləşdirən və uzunluğu 6,5 km olan Bakı-Tbilisi avtomobil yolunu Qazax–Əskipara yolu ilə birləşdirən, Çaylı kəndinin içərisindən keçən avtomobil yolları tikilərək istifadəyə verilmişdir. 2017-ci il ərzində cəmi 11,65 km avtomobil yolu tikilmişdir.

Hazırda uzunluğu 7 km olan strateji əhəmiyyətli Cəfərli kəndini Qazax-Uzuntala avtomobil yolu ilə birləşdirən yolun tikintisi sürətlə davam etdirilir.
Rayonun kənd yaşayış məntəqələrində 104 km uzunluğunda kənddaxili yollara qum-çınqıl döşənmiş, bu istiqamətdə işlər davam edir.
Məzəm və Quşçu Ayrım kənd sakinlərinin rayon mərkəzinə təhlükəsiz gediş və gəlişini təmin etmək məqsədilə Qazax-Quşçu Ayrım avtomobil yolunun Alpout kəndi ilə Quşçu Ayrım kəndini birləşdirən hissəsində alternativ olaraq ikinci yolun çəkilişi işləri davam edir.

Rayonun Quşçu Ayrım kəndində 4 ədəd, Fərəhli kəndində 3 ədəd, Məzəm və Abbasbəyli kəndlərinin hər birində 1 ədəd olmaqla, cəmi 9 ədəd sığınacaq tikilmişdir. Məzəm kəndində əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə 576 metr uzunluğunda istinad divarı tikilir.

Çaylı kəndindəki Şəhidlər Xiyabanında da əsaslı təmir işləri aparılmışıdır. Çaylı və Kommuna kəndlərindən olan şəhidlərin xatirəsinə Çaylı və Kommuna kəndlərini içməli su ilə təmin edən kəhriz quyularında “Qərb-Resurs” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi tərəfindən 13 tonluq hovuz tikilmişdir.
Daş Salahlı kəndinin abadlaşması istiqamətində genişmiqyaslı tikinti, quruculuq və abadlıq işlərinə başlanılmışdır. Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə tikilmiş abidə kompleksində əsaslı təmir işləri aparılmış və abidənin ətrafında yeni park salınmışdır. Əsas küçədə 1200 metr asfalt çəkilmişdir.
Rayonun Aslanbəyli, Abbasbəyli və Xanlıqlar kəndlərində nəzarət buraxılış məntəqələri tikilərək istifadəyə verilmişdir.
İllik istehsal gücü 50 min ton olan "Mətanət A" şirkəti tərəfindən Daş Salahlı kəndində Əhəng zavodunun tikintisi başa çatmışdır. Yaxın zamanlarda istifadəyə veriləcəkdir. Həmin zavodda 350 yeni iş yerinin açılması nəzərdə tutulmuşdur.

Kənd təsərrüfatı bitkilərini normal suvarma suyu ilə təmin etmək məqsədilə Qazax Suvarma Sistemləri İdarəsi və Melioservis İdarəsi tərəfindən 2017-ci il ərzində 468 min kubmetr həcmində kəndlərin təsərrüfatlar daxili suvarma şəbəkələrində mexanizmlərlə lildən və kol-kosdan təmizləmə işləri aparılmışdır. 2017-ci il ərzində 98.663 min kubmetr faktiki olaraq su götürülmüş və aidiyyəti üzrə su istehlakçılarına verilmişdir. 2018-ci təsərrüfat ilinə hazırlıq məqsədilə su təsərrüfatı sahələrində lildən və kol-kosdan təmizləmə, hidrotexniki qurğuların və hidropostların təmir işləri davam etdirilir. Rayonda 6 Sudan İstifadə Birlikləri fəaliyyət göstərir. Bu birliklərdə 42 nəfərdən ibarət işçi heyəti vardır və suvarma suyunun itkisiz və səmərəli istifadə olunmasına ciddi nəzarət olunur.

2017-ci ilin məhsulu üçün 2750,6 hektar arpa, 8289,2 hektar buğda olmaqla, cəmi 11039,8 hektar taxıl, 34 hektar vələmir, 52 hektar paxlalılar, 504,8 hektar qarğıdalı, 5,6 hektar darı, 3336,5 hektar yonca, 62,5 hektar günəbaxan, 50 hektar tütün, 809,1 hektar kartof, 31,4 hektar bostan, 522,97 hektar şəkər çuğunduru, 85,92 hektar sorqo, 483,8 hektar tərəvəz becərilmişdir. Ümumilikdə əkin sahəsi 2016-cı ilə nisbətən 2123,39 hektar çox olmuşdur.
2017-ci ildə cəmi 36.469 ton taxıl məhsulu əldə olunmuşdur ki, bunun da 29.840 tonu buğda, 6,629 tonu isə arpadır. Bir hektar sahədən 36,00 sentner buğda, 24,10 sentner arpa götürülmüşdür. Ümumi məhsuldarlıq 33,03 sentner olmuşdur. Keçən illə müqayisədə cəmi taxıl əkini 3219,8 hektar, götürülmüş məhsul isə 12660,8 ton, orta məhsuldarlıq isə 2,63 sentner çox olmuşdur. 2018-ci ilin məhsulu üçün 12351,7 hektar sahədə payızlıq taxıl səpilmişdir ki, bu da ötən il əkilmiş sahədən 1311,9 hektar çoxdur.

2017-ci ildə 47,8 hektar yeni fındıq bağı salınmış və cəmi fındıq bağları 222,83 hektar olmuşdur ki, bunun da 136 hektarı məhsuldar bağlardır. Bu il 460 ton fındıq məhsulu istehsal olunmuş, məhsuldarlıq hər hektara 33,8 sentner olmuşdur.
Hesabat dövründə bitkiçilik sahəsində olduğu kimi, heyvandarlıq sahəsində də uğurlar əldə olunmuşdur. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Yardım Fonduna vəsaitlərin toplanması ilə bağlı aparılmış məqsədyönlü işlərin nəticəsidir ki, 2017-ci ildə ümumilikdə 35610,47 manat vəsait köçürülmüşdür.

Prezident Administrasiyasının məsul işçisi Əlibaba Əliyev çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi altında respublikamızda həyata keçirilən genişmiqyaslı layihələrdən söz açıb. “Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın Qazax rayonunda uğurla həyata keçirildiyini qeyd edib.
Milli Məclisinin deputatları Ülviyyə Ağayeva və Kamran Nəbizadə öz çıxışlarında Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbərliyi altında görülmüş işləri yüksək qiymətləndiriblər.
Hesabat yığıncağında çıxış edən Aşağı Salahlı kənd sakini Ayvaz Osmanov, Çaylı kənd sakini Qəzənfər Qocayev, ağsaqqallardan Sabir Məhərrəmov, şəhər ümumi orta məktəbin direktoru Yeganə Göyüşlü çıxış edərək 2017-ci ildə Qazaxda həyata keçirilən tikinti-quruculuq işlərinə görə Ölkə Başçısına minnətdarlıq edib, Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova təşəkkürlərini çatdırıblar.
Sonra iclasın qərar layihəsi oxunub.
Yığıncaqda Prezident İlham Əliyevə tədbir iştirakçıları adından müraciət qəbul olunub.
Tədbirdə bütün iştirakçılara “Göyəzən” qəzetinin xüsusi buraxılışı olan “Qazax-2017 Dinamik inkişaf ili” adlı jurnal paylanılıb.
Qazaxda ilin yekunlarına dair hesabat yığıncağı keçirildi– FOTO
Qazaxda ilin yekunlarına dair hesabat yığıncağı keçirildi– FOTO
Qazaxda ilin yekunlarına dair hesabat yığıncağı keçirildi– FOTO
Qazaxda ilin yekunlarına dair hesabat yığıncağı keçirildi– FOTO
Qazaxda ilin yekunlarına dair hesabat yığıncağı keçirildi– FOTO




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:36 Yeni Azərbaycan Partiyası - 25: xalqa, dövlətə xidmət nümunəsi - Vüqar Rəhimzadə yazır... Əgər xalq öz hüquqlarını anlayır və qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar Azərbaycan müstəqillik tarixinin 26-cı ilini arxada qoydu. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, tarixi paralellər fonunda Azərbaycanın
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:04 Əli Həsənov: Azərbaycan müstəqillik, inkişaf və rifah yolu ilə gedir – MÜSAHİBƏ “2015-ci ildə Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunub”. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 2015-ci ilin yekunları ilə bağlı müsahibə verib. Mediaxeberleri.az müsahibəni təqdim edir: - Başa çatmaqda olan 2015-ci
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az