t s

» » Qazaxda Milli Qəhrəmanın doğum günü qeyd edildi

Qazaxda Milli Qəhrəmanın doğum günü qeyd edildi

8-02-2018, 08:45 Yazar:  İlham Hacalı Baxılıb: 482 Çap et
Qazaxda Milli Qəhrəmanın doğum günü qeyd edildi
Qazaxa icra başçısı təyin edildiyi gündən rayonda sosial və iqtisadi sahələrdə göstərdiyi xidmətlərə görə sevilən,Qazaxın hər bir vətəndaşına böyük qayğı ilə yanaşan, onların bütün problemlərini öz problemi kimi hiss edən RİH-nin başçısı cənab Rəcəb Babaşov vətən uğrunda şəhid olanları da daim diqqət mərkəzində saxlayır.

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Firuddin İsa oğlu Şamoyevin doğum günü layiqincə qeyd edildi.

Öncə bildiririk ki, Millli Qəhrəman Firuddin Şamoyev1962-ci il 7 fevral tarixində Qazax şəhərində anadan olub. Orta təhsilini burada alıb. 1981-1983-cü illərdə hərbi xidmətə çağırılıb. Ermənilərin torpaqlarımıza təcavüzü, onlar tərəfindən törədilən vəhşiliklər onu bərk narahat edib. Firuddin 8 iyul 1991-ci ildə könüllülərdən ibarət dəstəyə yazılır."N" saylı hərbi hissəyə komandir təyin edilən Firuddin Qazax rayonunun Bağanis Ayrım, Məzəm, Quşçu Ayrım kəndlərinin müdafiəsində iştirak edib. O, düşəmənin xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv etmişdi. 1992-ci il 13 aprel Quşçu Ayrım kəndi ətrafında gedən döyüşlərdə Firuddin qəhrəmancasına şəhi olub. Ailəli idi, üç övladı yadigar qalıb. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 7 iyun tarixli 833 saylı fərmanı ilə Şamoyev Firudddin İsa oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. Qazax şəhərinin Şəhidlər xiyabanında dəfn edilib. Hazırda Qazax şəhərindəki 4 nömrəli məktəb qəhrəmanımızın adını daşıyır.

Milli Qəhrəmanla bağlı Qazax şəhərinin mərkəzində yerləşən Şəhidlər Xiyabanında tədbir keçirilib. Tədbirdə Qazax RİHB Aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, Milli Qəhrəmanın ailə üzvləri, Qarabağ müharibəsi əlilləri, Milli Qəhrəmanın adını daşıyan şəhər 4 saylı tam orta məktəbin müəllim və şagirdləri, KİV nümayəndələri iştirak edib.

Milli Qəhrəmanın ruhuna fatihə surəsi oxunduqdan sonra xiyabanda şəkli əks olunmuş lövhə önünə tər qərənfillər düzülüb, əziz xatirəsi yad olunub.
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirdə çıxış edərək ölkımizdə, eləcə də Qazax rayonunda şəhidlərə göstərilən hörmət və ehtiramdan danışıb. Bildirib ki, “bu gün cəbhə bölgəsində yerləşən Qazax rayonu 285 şəhid veribdir. Onlardan 7 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülübdür. Həmin qəhrəmanlardan biri də Firuddin Şamoyevdir. Onun əziz xatirəsini yad etmək bizim hər birimizin vətəndaşlıq borcudur. Biz şəhidlərimizin doğum günlərini qeyd etməklə həm onları yad etmiş oluruq, həm də Milli Qəhrəmanlarımızı gənc nəsillərə tanıdırıq. Çünki gənc nəsil vətənpərvər ruhda böyüməli, öz Vətəni uğrunda canından keçən bacı və qardaşlarını tanımalı, onlarla qürur duymalıdır”.

Milli Qəhrəmanın həyat yoldaşı Hamayıl Şamoyeva çıxış edərək, ailə üzvləri adından onlara göstərdiyi diqqət və qayğıya görə Respublika Prezidenti İlham Əliyevə öz dərin minnətdarlığını bildirib. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova bütün şəhidlərin, eləcə də həyat yoldaşı Firuddin Şamoyevin xatirəsini əziz tutduğuna görə öz təşəkkürlərini çatdırıb.

II qrup Qarabağ müharibəsi əlili Qurban Qurbanov çıxış edərək, Milli Qəhrəmanın keçdiyi döyüş yolunun gənc nəsillərə bir örnək olduğunu bildirib.
Milli Qəhrəmanın təhsil aldığı Qazax şəhər 4 saylı məktəbin direktoru Məhəmməd Aşurov söz alaraq, qəhrəmanların, o cümlədən Firuddin Şamoyevin heç vaxt unudulmayacağını, onun yaratdığı qəhrəmanlıq səlnaməsinin nəsillər boyu xatırlanacağını bildirib.

Sonra Milli Qəhrəmanın adını daşıyan məktəbin şagirdlərindən Xəqani Abışov, Ayxan Məmmədov, Nuray Məmmədova, Fatimə Əlizadə, Nigar Hüseynova Vətənə, şəhidlərimizə həsr olunmuş şeirlər söyləyiblər.


Qazaxda Milli Qəhrəmanın doğum günü qeyd edildi
Qazaxda Milli Qəhrəmanın doğum günü qeyd edildi
Qazaxda Milli Qəhrəmanın doğum günü qeyd edildi

İlham Hacalı




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
23:10 İlham Əliyevin əfv sərəncamı sabah icra olunacaq+ SİYAHI Sərəncam sabah icra olunacaq. Azərbaycan Prezidenti İlham Əliyev bu gün əfv haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az dövlət başçısının saytına istinadən həmin sərəncamı və əfv olunan şəxslərin siyahısını təqdim edir: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az