t s

» » Futbol üzrə dünya çempionu Bakıya gəlir

Futbol üzrə dünya çempionu Bakıya gəlir

7-02-2018, 16:00 Yazar:  Gülnar Baxılıb: 143 Çap et
Futbol üzrə dünya çempionu Bakıya gəlirFransa millisinin tanınmış futbolçularından olmuş Kristyan Karanbö yenidən Bakıya gəlir.

Mediaxeberleri.az-a verilən xəbərə görə, o, fevralın 9-da futbol üzrə dünya kubokunun Bakıya gətirilməsi ilə əlaqədar olaraq Bakıda olacaq.

Karanbönün iştirakı ilə fevralın 9-u, saat 11:00-da “Hilton” hotelində mətbuat konfransı keçiriləcək. Həmin konfransda AFFA-dan nümayəndə iştirak edəcək.

Qeyd edək ki, FIFA-nın səfirlərindən biri olan Karanbö ikinci dəfə Bakıya gəlir. Veteran futbolçu ilk dəfə 2015-ci ilin martında I Avropa Oyunlarına daxil edilmiş çimərlik futbolunun püşkatması üçün ölkəmizə təşrif buyurmuşdu.

Xatırladaq ki, Kristyan Karanbö 1998-ci ildə Fransa ilə dünya, iki il sonra ilə Avropa çempionu olub.

Konfederasiyalar Kubokunu da qazanmış Karanbönün “Nant”la Fransa çempionluğu, “Real”la Çempionlar Liqası (iki dəfə), “Olimpiakos”la Yunanıstan çempionluğu (iki dəfə) titulları da var.

Fransaya məxsus Yeni Kaledoniyadan olduğu üçün iki dəfə (1995, 1998) Okeaniyada ilin futbolçusu seçilib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

10:27 DÇ-2018: Kimin şansı nə qədərdir? 2018-ci il dünya çempionatının final mərhələsi üçün atılan püşkün nəticəsi balanslı qruplar ortaya çıxarıb. Report-un məlumatına görə, bu, FİFA-nın püşkatma üçün səbətlərin müəyyənləşdirilmə qaydasını dəyişdirməsindən sonra baş verib. Əvvəllər FİFA ən yaxşı komandaları birinci, Avropanın qalan
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
17:36 CEMPİONLUGA LAYIQ OLAN KOMANDA – NEFTCALA FC MEDİAXEBERLERİ.AZ XƏBƏR VERİR Kİ, BU GÜN NEFTCALA FUTBOL KOMANDASININ BAŞ MƏŞQİCİSİ KAMAL QULİYEV BOYUKTURK.NET-in QONAGI OLUB. Kamal müəllim özünüz haqqinda ətrafli məlumat verərdiniz? Mən Kamal Quliyev Agaseyid oglu 1976-ildə Agsu rayonunda anadan olmuşam valideynlərimin ikisi də müəllim
23:10 İlham Əliyevin əfv sərəncamı sabah icra olunacaq+ SİYAHI Sərəncam sabah icra olunacaq. Azərbaycan Prezidenti İlham Əliyev bu gün əfv haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az dövlət başçısının saytına istinadən həmin sərəncamı və əfv olunan şəxslərin siyahısını təqdim edir: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az