t s

» » Məkkə ilə bağlı təklif Səudiyyə Ərəbistanını hiddətləndirib

Məkkə ilə bağlı təklif Səudiyyə Ərəbistanını hiddətləndirib

7-02-2018, 10:30 Yazar:  Gülnar Baxılıb: 115 Çap et
Məkkə ilə bağlı təklif Səudiyyə Ərəbistanını hiddətləndiribSəudiyyə Ərəbistanı Məkkə və Mədinə şəhərlərində olan müqəddəs məkanların beynəlxalq nəzarətə götürülməsi haqqında təkliflərin müharibə elanına bərabər olduğunu hesab edir.

Mediaxeberleri.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı xarici işlər naziri Adil əl Cübeyr bəyanat verib.

Bundan əvvəl “Əl-Cəzirə” telekanalının reportajında krallığın bir sıra ərəb dövlətləri ilə Qətərə qarşı tətbiq etdiyi blokada ucbatından bu ölkədən olan zəvvarların Məkkə və Mədinəyə “kiçik həcc” adlandırılan ümrə ziyarəti edə bilmədiyi bildirilirdi.

Telekanal müsəlman zəvvarların sərbəst hərəkəti məqsədilə Məkkə və Mədinədə olan müqəddəs ziyarətgahların idarəçiliyinin İslam dövlətlərindən ibarət beynəlxalq qrupun nəzarətinə verilməsini məqsədəuyğun sayır.

“Səudiyyə Ərəbistanı Krallığı müqəddəs ziyarətgahların beynəlxalq qrup tərəfindən idarə olunması ilə bağlı tələbləri düşməncəsinə addım və krallığa qarşı müharibə elanı kimi qəbul edir və bu tələblərə layiqli cavab vermək hüququnu qoruyub saxlayır”, - deyə əl-Cübeyr bildirib.

Ötən ilin iyun ayında Səudiyyə Ərəbistanı, B.Ə.Ə., Bəhreyn və Misir Qətərlə diplomatik münasibətləri dayandırıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

13:38 Moskvada futbol üzrə dünya çempionatının püşkü atılıb - DÇ-2018 TƏQVİM Mundial iyunun 14-də Rusiya və Səudiyyə Ərəbistanı komandaları arasında keçiriləcək görüş ilə start götürəcək. Oxu.Az turnirin qrup mərhələsinin təqvimini təqdim edir: A QRUPU 14 iyun. Moskva. “Lujniki”. Rusiya – Səudiyyə Ərəbistanı 15 iyun. Yekaterinburq. Misir – Uruqvay 19 iyun.
16:55 Xarici valyuta ilə krediti olanlar, bu xəbəri oxuyun! Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası əqdin predmetini pulun özü təşkil etdiyi hallara şamil olunmur və bu maddə Konstitusiyanın 19-cu maddəsinin III hissəsində təsbit olunmuş Azərbaycan
21:10 Ən əski türk soylarından biri – KOLANILAR Kolanılar ən əski türk boylarından biridir. Çox geniş ərazidə yayılmışlar. Bu gün təkcə quzey Azərbaycanda deyil, eləcə də güney Azərbaycanda, İraqda, Misirdə, Suriyada, Əfqanıstanda, Özbəkistanda, Türkiyədə, hətta Almaniyada və digər ölkələrdə ümumilikdə 100 minlərlə kolanı türkü yaşamaqdadır.
21:25 Əli Həsənov: Azərbaycan 2017-ci ildə İslam dünyasının diqqət mərkəzində olacaq Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Səudiyyə Ərəbistanı Krallığına səfəri çərçivəsində Ər-Riyadda Səudiyyə Jurnalistləri Assosiasiyasının idarə heyətinin sədri, Körfəz Ölkələri Jurnalistlər Birliyinin sədri, “Əl-Cəzirə” qəzetinin baş redaktoru
20:52 Şahidin cinayət təqibi orqanı tərəfindən ölkədən getmək hüququnun məhdudlaşdırılması hüquqidirmi?! Oxucularımızın diqqətinə "Azərbaycan vəkili" jurnalında işıq üzü görmüş vəkil Sadiq Əfəndiyevin hazırladığı maraqlı yazını təqdim edirik. Yazıda cinayət prosesində ölkədən getmək hüququnun məhdudlaşdırılmasının şahidə münasibətdə tətbiq edilməsinin hüquqi olub-olmaması və buradan doğan nəticələr,

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az