t s

» » Ağstafa rayonu Kolayır kəndi istiqamətində yeni yol çəkilir – FOTO

Ağstafa rayonu Kolayır kəndi istiqamətində yeni yol çəkilir – FOTO

7-02-2018, 01:03 Yazar:  Gülnar Baxılıb: 267 Çap et
Ağstafa rayonu Kolayır kəndi istiqamətində yeni yol çəkilir – FOTO
Ağstafa rayonunda 10 mindən çox əhalinin yaşadığı 5 kəndin yolu yenidən qurulur.


Mediaxeberleri.az-a verilən məluamta görə, 10 km uzunluğunda Kolayır- Düzqışlaq-Mollacəfərli-Xılxına-Qarahəsənli kəndlərarası yeni avtomobil yolu çəkilir


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq Ağstafa rayonunun bütün sahələri kimi yol-nəqliyyat infarstrukturu da kompleks şəkildə tamamilə yenidən qurulur.

Belə ki, son illər rayonda ümumilikdə 144 km uzunluğunda yeni avtomobil yolu çəkilmişdir. Hazırda isə Kolayır-Düzqışlaq- Mollacəfərli-Xılxına-Qarahəsənli avtomobil yolunda işlər sürətlə davam etdirilir. “Azəravtoyol” ASC-nin sifarişi əsasında həyata keçirilən işlər çərçivəsində yeni yol yatağı inşa olunur. Torpaq işləri zamanı zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, elektrik, rabitə və qaz xəttlərinin bərpası işlərinə hazırlıq gedir. Avtomobil yolunun yenidən qurulması “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun, texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılır. 3-cü texniki dərəcəyə uyğun tikilən Kolayır kənd avtomobil yoluna asfalt-beton örtüyünün iki qatı salınıb və üst qat asfalt örtüyünün qoyulması işləri aparılır. Paralel olaraq Qarahəsənli kəndində asfalt örtüyünün salınması üçün hazırlıq işlərinə başlanmışdır.Hazırda Düzqışlaq, Mollacəfərli, Xılxına kəndlərində asfalt örtüyünün salınması üçün yol kənarlarında və yollarda torpaq işləri görülür.

Ağstafa rayonu İcra hakmiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonun bir sıra məsul şəxsləri ilə birlikdə yolda aparılan işlərlə yaxından tanış oldu, aidiyyatı üzrə müvafiq tapşırıqlarını verdi.

İşlərin yaxın zamanlarda təhvil veriləcəyi nəzərdə tutulub.

Ağstafa rayonu Kolayır kəndi istiqamətində yeni yol çəkilir – FOTO




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

22:42 Ağstafada növbəti səyyar görüş Kolayır kəndində keçirilmişdir Prezident İlham Əliyevin idarəçiliklə əlaqədar tövsiyə etdiyi prinsiplərə uyğun olaraq əhalinin problemlərinin yerində öyrənilməsi və həlli yollarının araşdırılması məqsədi ilə Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev növbəti səyyar görüşü rayonun Kolayır kəndində keçirmişdir.
16:35 Məhərrəm Quliyev: “Rayona dövlət başçımızın qayğısı və köməyi olmasaydı, belə yüksək nəticə əldə edə bilməzdik” Bir il də arxada qaldı. Amma necə qaldı? Bax bu sual təkcə rayon rəhbərliyini deyil, sıravi ağstafalıların hamısını düşündürür. Çünki ağstafalı istəyir ki, evində həmişə isti çayı, yeməyi olsun, suyu həyətdəki krandan daim axsın, rahat asfalt yolla gedib-gələ bilsin, əkib-becərmək üçün şərait
01:04 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları müzakirə edildi - AĞSTAFADA 2016-cı ilin yanvar-sentyabr aylarında rayonun sosial-iqtisadi inkişafının yekunlarına dair Ağstafa rayonu İcra hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirildi. Mediaxeberleri.az xəbər verir ki, tədbirdən əvvəl toplantı iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az