t s

» » Rufiz Qonaqov: “Demək olar ki, artıq seçki kampaniyasına start verilib”

Rufiz Qonaqov: “Demək olar ki, artıq seçki kampaniyasına start verilib”

6-02-2018, 09:34 Yazar:  Məmməd Məmmədov Baxılıb: 343 Çap et
Rufiz Qonaqov: “Demək olar ki, artıq seçki kampaniyasına start verilib”
Aprelin 11-nə növbədənkənar prezident seçkilərinin təyin edilməsi ilə bağlı ölkə başçısının sərəncamını Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Rufiz Qonaqov şərh edib:


“Son Referendumdan sonra Azərbaycan Respublikasının Konstitusiyasında prezidentə növbədənkənar seçkiləri təyin etmək səlahiyyəti verilmişdi. Bu il ölkəmizdə çox vacib, böyük tədbirlər var. Prezident Azərbaycan Xalq Cünhuriyyətinin 100 illiyinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb. Bununla bağlı may ayında və sonra ölkə miqyasında böyük beynəlxalq tədbirlər keçiriləcək, Azərbaycana çoxsaylı qonaqların – dövlət başçıları, eyni zamanda nüfuzlu xadimlərin gəlməsi gözlənilir. Həmçinin bu il ümummilli lider Heydər Əliyevin də 95 illiyidir və bununla bağlı da ölkəmizdə çox böyük tədbirlərin keçirilməsi nəzərdə tutulub. Eləcə də, ölkədə bir çox beynəlxalq tədbirlər də keçiriləcək. Bu tədbirlərin miqyası elədir ki, onların keçirilməsi prezident seçkiləri ilə üst-üstə düşdüyü halda, qrafik baxımından müəyyən çətinlik yarada bilərdi”.


Rufiz Qonaqov əlavə edir ki, son Konstitusiya dəyişikliyində prezidentin səlahiyyət müddəti də 5 ildən 7 ilə qaldırılıb. “Buna görə də 2025-ci ildə prezident seçkiləri ilə parlament seçkilərinin üst-üstə düşməsi ehtimalı vardı. Sərəncamı zəruri edən amillərdən biri də bununla bağlıdır. Həmçinin çox böyük tədbir olan prezident seçkilərində bütün siyasi qüvvələrin, partiyaların daha mobil şəkildə iştirakını təmin etmək üçün artıq bir fürsət yarandı. Yəni prezidentin növbədənkənar seçkilərlə bağlı sərəncamından sonra gözləməyə ehtiyac qalmayacaq”.


R.Qonaqov bildirir ki, bu aylarda həm Rusiyada, həm də Ermənistanda seçkilər keçirilir və bu ölkələrin hər birində keçirilən seçkilər Dağlıq Qarabağ probleminin həlli ilə bağlı danışıqlar prosesini ləngidir. Seçkilərin bir neçə ay qabağa çəkilməsi isə bu prosesi də sürətləndirməsi ilə nəticələnəcək.


“Çox cəlbedicidir ki, bu seçkilərdə uzunmüddətli hazırlaşmağa ehtiyac yoxdur. Çünki hər bir siyasi qüvvə seçki ilində hazır olmalıdır. Bəzi partiyaların artıq namizədləri var və hətta seçki qərargahları da yaradılıb. Digər partiyalarda da kim özünü prezidentliyə namizəd hiss edirsə və namizəd bilirsə, buyursunlar, namizədini irəli sürsünlər. Sözsüz ki, YAP da öz namizədini irəli sürəcək. Bu gün də Hımkarlar İttifaqı Kpnfederasiyasının qurultayında canab prezidentin namizədliyi növbəti dəfə dəstəklənib, irəli sürülüb. Prezidentin köməkçisi Əli Həsənov artıq hamını prezident İlham Əliyevi dəstəkləməyə çağırıb və demək olar ki, artıq kampaniyaya start verilib. Rəsmən də yaxın günlərdə start veriləcək”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:12 "Biz Şura olaraq daima QHT-lərlə media orqanlarının daha sıx əlaqədə olmasına çalışırıq" - Elməddin Behbud Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası mətbuat xidmətinin rəhbəri Elməddin Behbud Azadinform-a müsahibə verib. Mediaxeberleri.az həmin müsahibəni təqdim edir: - Gələn il Ermənistan-Azərbaycan münaqişəsinin otuz illiyidir. Yeri gəlmişkən bu
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
21:18 MSK parlament seçkilərinə yekun vurdu - Siyahı açıqlandı 18 Noyabr 2015 [17:22] Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 1-də V çağırış Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib. APA-nın
17:53 Parlament seçkilərinə yekun vuruldu Deputat seçilənlərin siyahısı açıqlandı. Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 1-də V çağırış Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar
09:36 YAP kimlərin mandatını təhvil aldı - şok siyahı Hakim partiya namizədlərini açıqlandı, seçki başladı...; Noyabr seçkilərində iştirak edəcək şəxslər sırasında yeni adlar var; bir sıra biznesmen və tanınmış simalar iqtidarın siyahısından çıxarıldı; deputat olmaq istəyənlər rektorluq kürsüsü ilə vidalaşır... Sentyabrın 15-də Yeni Azərbaycan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az