t s

» » Bıçaq məktəbə dirənəndə...

Bıçaq məktəbə dirənəndə...

5-02-2018, 09:44 Yazar:  Elşad MƏMMƏDLİ Baxılıb: 150 Çap et
Bıçaq məktəbə dirənəndə...
Son illərdə bıçaqla törədilən cinayətlərin sayı artıb. Hər gün iki-üç bıçaqlaşma ilə bağlı xəbərlər tirajlanır. Sanki müəyyən bir kəsimdə şüuraltı bir bıçaq “sevgisi” var. Səbəbi nədir, bilmirəm. Biriləri hətta ayağına toxunanda da cibindən bıçaq çıxarıb hücum edir. Bu yaxınlarda bir olayın şahidi oldum: Metronun “Qara Qarayev” stansiyası yaxınlığında – işıqforun yanında bir gənc maşınların hərəkət zolağına çıxıb saymazyana yolu keçirdi. Hansı ki, yol maşınların idi, onlar üçün yaşıl işıq yanmışdı. Maşın axınına mane olan gəncə sürücülərdən biri sıqnal verdi, onun bundan xoşu gəlmədi, yoldan çıxmaq əvəzinə dayandı ortada, qəsdən. Qarşıdakı maşınlardan birinin sürücüsü buna nəsə dedi, oğlan əlini atıb cibindən bıçaq çıxarıb cumdu sürücüyə. Sürücü də ağıllı adam idi, baş qoşmadı ona, sürdü çıxdı getdi. Oğlan isə əlində bıçaq, vurmağa adam axtarırdı yenə də...

Xatırlayıram, hələ sovetlər vaxtında da bıçaqla mübarizə hüquq-mühafizə orqanlarının xüsusi olaraq diqqətində idi. Cibdə bıçaq gəzdirmək məsuliyyət yaradırdı. Xüsusi ilə metroda yoxlanışlar keçirilirdi, cibdə gəzdirilən bıçaqlar birmənalı şəkildə müsadirə edilirdi. Məncə, hüquq-mühafizə orqanları bıçaq gəzdirənlərə qarşı sərt tədbirlər görməyə başlamalıdır. Çünki o tip adamlar bıçağı cibində elə-belə gəzdirmir, kimsə xoşuna gəlməsə soxacaq qarnına. Çox təəssüf ki, gənclərin bir çoxu kriminal meyllidir dövrümüzdə.

İndi dava etmək, döyüşməklə bağlı kişilər arasında etalonlar da fərqlənib. Ötənlərdə cavanlar arasında belə bir deyim vardı ki, bıçaq, ağac parçası ilə dava eləməzlər, hünərini yumruğunla göstər. Hərçənd ki, mənə görə insan addımbaşı heç yumruqlaşmamalıdır, təpikləşməməlidir də. Bütün məsələləri ağılla, yaxud hüquqi müstəvidə həll etmək daha faydalıdır.

Amma nə edək ki, bıçaq sindromu artıq məktəbə də gedib çıxıb.

Göyçay rayonunda orta məktəbdə bıçaqlanma hadisəsi olub.

Rayonun 7 saylı tam orta məktəbində hərbi hazırlıq müəllimi Elşən Süleymanov dərs vaxtı 9-cu sinif şagirdi N.B.-ni kobud davranışına görə danlayıb və onların arasında mübahisə yaranıb.

Bundan əsəbləşərək evə gedən N.B. cibinə bıçaq qoyaraq məktəbə qayıdıb. O, müəllimi Elşən Süleymanova yaxınlaşaraq qəflətən onu bıçaqlayıb. Yaxınlıqdakı müəllimlərin köməyi ilə bıçaq şagirdin əlindən alınıb. Hadisə zamanı Elşən Süleymanov qolundan bıçaq xəsarəti alıb.

Mənə görə şagirdin müəllimə bıçaq çəkməsi qiyamət əlaməti kimi dəhşətli hadisədir. Gənclik illərimdə - 2000-2001-ci illərdə doğulduğum rayonda müəllim işləmişəm. Bu hadisənin baş verdiyi 7 saylı məktəb Göyçayın ən nümunəvi məktəblərindən olub.

Rayon olimpiadalarında 7 saylı məktəb ən yüksək nəticələr göstərərdi, sərt təlim-tərbiyə metodları da vardı orda. Bıçaqlanan müəllim Elşən Süleymanov da uzun illərdir bu məktəbdə çalışır və nümunəvi müəllimlərdəndir. Məktəbdə əxlaq, təlim-tərbiyə mühitinə daim nəzarət edən pedaqoqlardan biridir.

Elşən müəllimə bıçaq çəkən uşağın tərbiyə aldığı mühitlə də maraqlandım. Təəssüf doğuran bir mühitdə yetişib. Tərbiyəsində ciddi problemlər var...

Keçmiş pedaqoq və bu gün övladlarımın tədrisi ilə bağlı məktəblə sıx təmasda olan, ailə üzvü məktəbdə çalışan, habelə gündəlik informasiya mühitinin içərisində olan adam kimi deyim, orta ümumtəhsil məktəblərində əxlaqında, davranışlarında ciddi problemlər olan yuxarı sinif şagirdləri çoxdur. Onlar bir sinfin, məktəbin təlim-tərbiyə işinə ciddi əngəllər törədirlər. Hətta özlərini orta məktəbdə “avtoritet” elan edən, müəllimləri hədələyən, aşağı sinif uşaqlarından pul tələb edən yuxarı sinif şagirdləri də var.

Oğlumun oxuduğu məktəbdə də belə biri vardı, direktordan bir neçə valideyn tələb etdik, uzaqlaşdırıldı məktəbdən. Pedaqoji metodların tələbinə görə belə çətin tərbiyə olunan və anormal uşaqların orta ümumtəhsil məktəbində oxuması yolverilməzdir.

Sovetlər dönəmində məktəb rəhbərliyi dərhal Təhsil Şöbəsinə və hüquq-mühafizə orqanlarına təqdimat yazar və belələrini ümumtəhsil məktəbindən ayırıb, uyğun olaraq çətin tərbiyə olunan uşaqlar üçün təhsil müəssisələrinə göndərirdilər. İndi də bu qaydaları tətbiq etmək lazımdır və zamanın tələbidir. Bunu bir təklif olaraq ictimaiyyət nümayəndəsi kimi məktubla Təhsil Nazirliyinə də göndərəcəm. Bununla həm əxlaqında, tərbiyəsində problem olan uşaqların törədəcəyi əməllərin qarşısı alınır və həm də sərt metod kimi, pozulmağa meylli olan digərlərinə də dərs olur. Bu, çox doğru bir metodologiyadır və tətbiq edilməlidir.

Əgər məktəblərdə sərt əxlaqi-tərbiyəvi metodlar tətbiq edilməsə, yəni kriminala meylli, anormal mühitdə tərbiyə alanlar uyğun müəssisəyə köçürülməzsə, məktəblərdəki durum daha da ağırlaşacaq.

Əgər məktəbdə bu metodlar tətbiq edilsə, bir qədər sonra bıçaq çıxaran gənclər ümumiyyətlə azalacaq.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az