t s

» » Avropa çempionatında Mədinə Sadıqova gənc karyerasının ilk gümüş medalını qazanıb

Avropa çempionatında Mədinə Sadıqova gənc karyerasının ilk gümüş medalını qazanıb

4-02-2018, 21:45 Yazar:  Ələddin Kəsəmənli Baxılıb: 321 Çap et
Avropa çempionatında Mədinə Sadıqova gənc karyerasının ilk gümüş medalını qazanıb
Azərbaycan karateçiləri Yeniyetmə və Gənclərin Avropa çempionatında medalların sayını 4-ə çatdırıblar.

Mediaxeberleri.az
Azərbaycan Milli Karate Federasiyasına istinadən xəbər verir ki, Rusiyanın Soçi şəhərində yarışın ikinci günü 16-18 yaşlı gənclər seçmə komandasının üzvü Hümmət Baxşəliyev (-61 kq) qızıl medal qazanıb. Yeniyetmələrdə avropa üçüncüsü, hazırkı yaş qrupunda isə dünya ikincisi olan H.Baxşəliyevdən başqa daha bir idmançımız çempionluğunu son saniyədə əldən verib. Rusiyalı idmançı ilə final görüşündə müəmmalı xal itkisi Mədinə Sadıqovaya gənc karyerasının ilk gümüş medalını qazandırıb.

Xatırladaq ki, Mədinə Sadıqova Ş.Abadov adına Ağstafa rayon Aşağı Kəsəmən kənd orta məktəbinin 10-cu sinif şagirdidir.


Hələlik ümumi nəticədə 3 qızıl və 1 gümüş medalla Azərbaycan mükafat qazana bilən 28 ölkə arasında 5-ci yeri tutub. Daha 8 idmançımız yarışın son günü, 4 fevralda mübarizəyə qatılacaq. 18-20 yaşlı gənclər arasında kumite yarışlarında Ülvi Qurbanov (-60 kq), Hüseyn Əliyev (-67 kq), Ruslan Əhmədov (-75 kq), Murad Balakişiyev (-84 kq), Murad Hacızadə (+84 kq), Asiya Məlikova (-50 kq), Aytac Əliyeva (-55 kq), Fəridə Əliyeva (+67 kq) tatamiyə çıxacaq.

Soçidə 14-18 yaşlı yeniyetmə və gənclərin 45-ci, 18-21 yaşlı gənclər arasında isə 10-cu qitə çempionatında 44 ölkədən 956 idmançı iştirak edir.

Avropa çempionatında Mədinə Sadıqova gənc karyerasının ilk gümüş medalını qazanıb
Avropa çempionatında Mədinə Sadıqova gənc karyerasının ilk gümüş medalını qazanıb
Avropa çempionatında Mədinə Sadıqova gənc karyerasının ilk gümüş medalını qazanıb




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

10:27 DÇ-2018: Kimin şansı nə qədərdir? 2018-ci il dünya çempionatının final mərhələsi üçün atılan püşkün nəticəsi balanslı qruplar ortaya çıxarıb. Report-un məlumatına görə, bu, FİFA-nın püşkatma üçün səbətlərin müəyyənləşdirilmə qaydasını dəyişdirməsindən sonra baş verib. Əvvəllər FİFA ən yaxşı komandaları birinci, Avropanın qalan
23:53 Azərbaycanda “İlin məşqçisi” məlum oldu! "Komanda" qəzeti fəaliyyət göstərdiyi müddətdə ilin məşqçisini də müəyyənləşdirirdi. Qəzetin beş il keçirdiyi sorğunu 2 ildi ki, "Komanda.az" saytı davam etdirir. Əvvəlki altı ildə jurnalistlər 5 dəfə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovu, 1 dəfə isə "Neftçi"nin sabiq baş məşqçisi Böyükağa
21:51 İstedadlı alim, böyük müəllim, xeyirxah insan - Hüseyin Çəndirli Biz keçmişimizi xatırlamasaq, gənclərimizə yaxşı nümunə olmarıq, üstəlik bizi də xatırlamazlar Həyatının və elmi-pedaqoji fəaliyyətinin bəzi məqamları ilə bağlı məlumatları hörmətli oxucularımızla paylaşdığımız fizika-riyaziyyat elmləri doktoru, professor Hüseyn İsgəndər oğlu Çəndirlinin anadan
09:12 Medalların sayına görə reytinq cədvəlində birinciyik Bakıda Birinci Avropa Oyunlarının üçüncü günü keçirildi. Ötən gün idmançılar səkkiz idman növü üzrə yarışlarda medallar uğrunda mübarizə apardı. Karate yarışlarında azərbaycanlı idmançı İrina Zaretska ispaniyalı Kristina Vizkainonu məğlub edərək Azərbaycanın medallar sırasına daha bir qızıl
14:17 Azərbaycanı "Bakı-2015" - də təmsil edəcək idmançıların adları açıqlanıb Azərbaycanı "Bakı-2015" I Avropa Oyunlarında təmsil edəcək idmançıların adları açıqlanıb. Heyətdə həm yerli, həm də legioner idmançılar var. Azərbaycan badminton, suya tullanma və sinxron üzgüçülükdə ən az sayda - 2 idmançı ilə təmsil olunacaq. Təmsilçilərin sayı baxımından ateltikada mübarizə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az