t s

» » "Azəriqaz”ın abonentlərə qurama borc yazdığı üzə çıxdı, məhkəmə hökm verdi

"Azəriqaz”ın abonentlərə qurama borc yazdığı üzə çıxdı, məhkəmə hökm verdi

2-02-2018, 12:00 Yazar:  Məmməd Məmmədov Baxılıb: 297 Çap et
"Azəriqaz”ın abonentlərə qurama borc yazdığı üzə çıxdı, məhkəmə hökm verdi
Ağstafa rayonu, Qıraq Kəsəmən kəndinin 11 sakini “Azəriqaz”ı onlara əsassız cərimə və borc yazmaqda ittiham edərək məhkəməyə verib. Məhkəmə abonentlərdən ikisinin iddiasını təmin edib. Bu barədə virtualaz.org saytına Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı məlumat verib.

Hüquq müdafiəçisi deyib ki, həmin abonentlər iddianı Bakının Xətai Rayon Məhkəməsində qaldırıblar. Cavabdeh tərəf “Azəriqaz”ın Şəmkir Regional Qaz İstismar İdarəsinin Ağstafa texniki sahəsidir.

Bu iddia üzrə yanvarın 29 və 31-də məhkəmə prosesi keçirilib. Məhkəmənin qərarı ilə kənd sakinləri - Əbülfət Həsən oğlu Qurbanovun adına yazılmış 950.40 manat cərimə, 91.21 manat sayğac dəyəri, müharibə veteranı, mərhum Məcid Qurbanovun həyat yoldaşının adına yazılmış 475.20 manat cərimə, 91.21 manat sayğac dəyəri əsassız hesab edilib.

Azərbaycanda ilk dəfədir ki, məhkəmələr abonentlərin qaz operatoruna qarşı qaldırdığı iddianı təmin edir. “Çox maraqlıdır ki, “Azəriqaz” tərəfindən məhkəməyə təsir göstərmək cəhdləri olmadı, yəni cavabdeh tərəf də işə obyektiv baxılmasına çalışdı”-M.Qəhrəmanlı bildirib.

"Azəriqaz”ın abonentlərə qurama borc yazdığı üzə çıxdı, məhkəmə hökm verdi


“Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev virtualaz.org saytının bu məhkəmə işi barədə sorğusuna “araşdırma aparandan sonra cavab verəcəyini” deyib.

Qəhrəmanlı hesab edir ki, yalnız bir kənddə bu qədər sakinin aldadılması digər bölgələrdə də abonentlərə saxta borc və cərimələr yazılmasından şübhələnməyə əsas verir. Ona görə də bu cür iddialar, “Azəriqaz”da sayğac maxinasiyaları, abonentlərə sərf etmədikləri qaza görə borcların yazılması barədə məlumatlar yoxlanılmalıdır.

Hüquq müdafiəçisi məsələ ilə bağlı “Azəriqaz”ın rəhbəri Əkbər Hacıyevə müraciət edib: “Əkbər Hacıyevdən soruşuram, qeyri-qanuni yollarla əhalinin cibinə girən balaca rəislər vəzifədən kənarlaşdırılacaq, yoxsa kiminsə qohumu olduqları üçün onlara toxunmayacaq? Bu yalnız bir kənddə baş verənlərdir. Bakı da daxil olmaqla bölgələrdə qaz idarələrindən hər gün şikayətlər daxil olur, kommersiya obyektlərindən alınan qaz pulu mənimsənilir, əvəzində vətəndaşın cibinə girirlər. Sadəcə, araşdırma aparmalıdır, düzgün araşdırılma aparılsa bizim dediklərimiz sübut olunacaq”.


"Azəriqaz”ın abonentlərə qurama borc yazdığı üzə çıxdı, məhkəmə hökm verdi


Mirvari Qəhrəmanlı əlavə edir ki, abonentlər arasında maarifləndirmə aparılmasına ehtiyac var, çünki əksəriyyət məlumatsızlıqdan aldadılır. Onun sözlərinə görə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə onların özləri daşıyırlar.

“İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi, yenisi ilə əvəz edilməsi və quraşdırılması operator şirkət tərəfindən həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir”, -Qəhrəmanlı əlavə edib.

"Azəriqaz”ın abonentlərə qurama borc yazdığı üzə çıxdı, məhkəmə hökm verdi


Xatırladaq ki, ötən il virtualaz.org “Ernst and Young” beynəlxalq audit şirkətinin SOCAR-ın sifarişi ilə “Azəriqaz” İstehsalat Birliyində apardığı auditin nəticələrinə dair 511 səhifəlik sənədi əldə etmişdi.

Həmin sənəddə “Azəriqaz” İB-də hökm sürən korrupsiya, intizamsızlıq və təsərrüfatsızlıq, ildə 700 milyon kubmetr qazın itkiyə getməsi və satınalmalar zamanı qiymətlərin şişirdilməsi, bir-birini təkrarlayan vəzifələrin və ştatların mövcudluğu, təmir-tikinti işləri zamanı keyfiyyətsiz materiallardan istifadə və xidmət haqlarının dəfələrlə şişirdilməsi kimi olduqca ciddi pozuntulardan bəhs edirdi.

Ülviyyə Xudiyeva

Virtualaz.org





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:51 “Azəriqaz”ın Ağstafa sakinlərinə qarşı etdiyi haqsızlığa dur deyən tapıldı - Məhkəmə əsassız saydı... “Azəriqaz”da sayğac maxinasiyaları, abonentlərə sərf etmədikləri qaza görə borcların yazılması barədə hallar dayandırılmalıdır. Mediaxeberleri.az xəbər verir ki, Ağstafa rayonu, Qıraq Kəsəmən kəndinin 11 sakini “Azəriqaz”ı onlara əsassız cərimə və borc yazmaqda ittiham edərək məhkəməyə verilməsi
21:39 Azəriqaz İB-ın vətəndaşlara qarşı əsassız yazılan cərimələri ləğv edilir - Xətai Məhkəməsində Azəriqaz İB-nin Şəmkir Regional Qaz İstismar İdarəsinin Ağstafa Texniki Sahəsi tərəfindən kasıb və məzlum kənd sakinlərinə qarşı irəli sürülən absurd, əsassız borc tələbindən məlum olur ki, bu rayonda nəğd hesablaşma qaydasında ödənilən, o cümlədən kommersiya strukturlarına satılan maye qazın
22:25 Ağstafada müharibə veteranının ailəsinə absurd, 475.20 manat məbləğində əsassız borc tələbi - Ödəniş etməmisiniz... Ağstafa rayonunda maye qazın verilməsinə dair daha bir şikayət. Borclanan, belə demək mümkünsə kasıb və məzlum bir kənd sakininə qarşı irəli sürülən absurd tələbi oxuduqda belə məlum olur ki,bu rayonda nəğd hesablaşma qaydasında ödənilən,o cümlədən kommersiya strukturlarına satılan maye qazın
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az