t s

» » Nəsimini təhqir edən aktyora Tural İrfandan sərt reaksiya:Məscidin ağzı açıqdır, gərək itin də həyası ola...

Nəsimini təhqir edən aktyora Tural İrfandan sərt reaksiya:Məscidin ağzı açıqdır, gərək itin də həyası ola...

2-02-2018, 19:08 Yazar:  memmed memmedov Baxılıb: 126 Çap et
Mediaxeberleri.az xəbər verir ki, "Bu şəhərdə"nin "2 canlı" adlı konsertinin ssenarisində ilginc bir məqam üzə çıxıb. "İki milyoner"in dialoqu üzərində cərəyan edən həmin səhnədə Rafael İsgəndərovun "pencək" söhbəti gözlənilməz məqamı ilə diqqət çəkib.

Rafael ssenariyə uyğun olaraq, pencəyini qiymətli olduğu üçün çıxartdığı zaman əzilməsin deyə yanındakı gəncin "çiyninə atıb":

"Asta ol ha. Elə-belə pencək deyil ha, bu"

Rafaelin bu ifadəsindən sonra məsələyə müdaxilə edən Coşqun: "Timsah dərisidir, qaqa?" deyə sual verib.

Rafael bu məqamda: "Yox ə... Nəsiminin dərisidir", cavabını verir.


Azərbaycan Yazıçılar Birliyini üzvü, tanınmış ilahiyyatçı Tural İrfan aktyorun bu hərəkətinə öz feysbuk səhifəsində kəskin etiraz bildirib. Həmin yazını sizə təqdim edirik:

"Aktyor Rafailin İmadəddin Nəsimini təhqir etməsi bağışlanmazdır. O qədər sırtıqlaşıb, həyasızlaşıb, gönü qalınlaşıb ki, müqəddəslərə dil uzadıb.
Xalqın dahiləri elə düdəmələr üçün ən azı öz dədələri qədər ehtirama malik olsaydı dədələrinə qoyduqları hörməti xalqın şəxsiyyətlərinə də qoyardılar.

Nəsimi bu xalq üçün peyğəmbər qədər müqəddəs bir simadır.
Nəsimini təhqir edən aktyora Tural İrfandan sərt reaksiya:Məscidin ağzı açıqdır, gərək itin də həyası ola...
Maddi imkanları, populyarlıqları gözlərini örtüb, indi də yüngül və şit təlxəkliklərinə Nəsiminin dərisini alət edirlər?!
Rafailə və Coşquna heç zaman baxmamışam. Ət tökən, şit, Qərb dialekti ilə desək " diydıx, qloyşa, naxıs " şəbehlərinə heç zaman vaxtımı sərf etməmişəm. Hərdən uzaq yol gedəndə avtobusda sürücü onların lentini qoşsa da dərhal dayandırmışam. Çünki onların sırtıq və şit oyunlarına baxanda xalqımızı və özümü təhqir olunmuş hesab etmişəm.

Çox bayağı, düşük, biədəb, əxlaqsız və ölkə mədəniyyətinə xələl gətirəcək tamaşaları var.
"Utanmasan oynamağa nə var ki?" misalının meyarı ilə ölçsək də, hərçənd onların təlxəkliklərinə artıq öyrəşib vərdiş etmiş təbəqə formalaşsa da onların ölkə mədəniyyətinə ziyandan başqa verdikləri töhfə yoxdur.
Nəsimi mənim üçün atam-babam qədər əziz və ehtirama layiq simadır. Nəsimi və nəsimilər bu xalqın mənəvi atasıdır. Xalqın mənəvi atalarını təhqir edənlərin özləri ən ağır təhqirə layiqdirlər. Səhvindən peşman olmayıbsa ar olsun Rafailə !"

mediaxeberleri.az




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

07:45 Dövlət müşavirindən məscidin sökülməsinə - Reaksiya Yasamal rayonu, Abdulla Şaiq küçəsi, 79 ünvanında yerləşən Hacı Cavad məscidinin sökülməsi ilə bağlı yaranmış vəziyyətlə əlaqədar Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri akademik Kamal Abdullayev Azərtac-a müsahibə verib. Mediaxeberleri.az
00:22 Milyarder icra başçısı: Xaləddin İsgəndərovun sərvəti və hakimiyyəti Binəqədinin icra başçısının sərvəti və davranışları ərəb şeyxlərinin sərvəti və davranışlarından geri qalmır Məsələyə Azərbaycan reallıqları prizmasından yanaşarsaq, o zaman Xaləddin İsgənrərovun vəzifədə və ayaqda qalması möcüzə kimi görünür. Bu mösüzənin təfərrüfatları ilə bağlı gələcək
09:17 Sumqayıtın üsyan mənbəyi olan oliqarx: Nizami İsgəndərov Son vaxtlar Sumqayıt şəhərində “Karvan” və “Cavid” ticarət mərkəzində sahibkarlar bir neçə dəfə etiraz aksiyası keçirib. Aksiyalara səbəb ticarət mərkəzində icarə haqlarının çox olması olub. Ümumiyyətlə, son vaxtlar ölkənin bir çox bölgələrindən aksiya xəbərləri yayılır. Bu baxımdan Sumqayıt
21:01 "Ermənini yenəcəyəm" deyib, Azərbaycanı dünyaya tanıtdı - VİDEO Azərbaycanda karate deyiləndə onun adı yada düşür. Uşaqlar məşqlərə gedəndə o nümunə göstərilir, onun kimi idmançı olmaq üçün çalışmaları tövsiyə edilir. Söhbətin 4 qat dünya, 10 qat Avropa çempionu, onlarla müxtəlif beynəlxalq və daxili birinciliklərin qalibi Rafael Ağayevdən gedir. Hamımızın
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az