t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » “Azəriqaz”ın Ağstafa sakinlərinə qarşı etdiyi haqsızlığa dur deyən tapıldı - Məhkəmə əsassız saydı...

“Azəriqaz”ın Ağstafa sakinlərinə qarşı etdiyi haqsızlığa dur deyən tapıldı - Məhkəmə əsassız saydı...

2-02-2018, 18:51 Yazar:  Məmməd Məmmədov Baxılıb: 385 Çap et
“Azəriqaz”ın Ağstafa sakinlərinə qarşı etdiyi haqsızlığa dur deyən tapıldı - Məhkəmə əsassız saydı...
“Azəriqaz”da sayğac maxinasiyaları, abonentlərə sərf etmədikləri qaza görə borcların yazılması barədə hallar dayandırılmalıdır.

Mediaxeberleri.az
xəbər verir ki, Ağstafa rayonu, Qıraq Kəsəmən kəndinin 11 sakini “Azəriqaz”ı onlara əsassız cərimə və borc yazmaqda ittiham edərək məhkəməyə verilməsi barəsindəki hala dair Mirvari Qəhrəmanlı virtualaz.org-a danışarkən deyib. Məhkəmə abonentlərdən ikisinin iddiasını təmin edib. Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı onu da bildirib ki, həmin abonentlər iddianı Bakının Xətai Rayon Məhkəməsində qaldırıblar. Cavabdeh tərəf “Azəriqaz”ın Şəmkir Regional Qaz İstismar İdarəsinin Ağstafa texniki sahəsidir.

Bu iddia üzrə yanvarın 29 və 31-də məhkəmə prosesi keçirilib. Məhkəmənin qərarı ilə kənd sakinləri - Əbülfət Həsən oğlu Qurbanovun adına yazılmış 950.40 manat cərimə, 91.21 manat sayğac dəyəri, müharibə veteranı, mərhum Məcid Qurbanovun həyat yoldaşının adına yazılmış 475.20 manat cərimə, 91.21 manat sayğac dəyəri əsassız hesab edilib.

Azərbaycanda ilk dəfədir ki, məhkəmələr abonentlərin qaz operatoruna qarşı qaldırdığı iddianı təmin edir. “Çox maraqlıdır ki, “Azəriqaz” tərəfindən məhkəməyə təsir göstərmək cəhdləri olmadı, yəni cavabdeh tərəf də işə obyektiv baxılmasına çalışdı”-M.Qəhrəmanlı bildirib.

“Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev virtualaz.org saytının bu məhkəmə işi barədə sorğusuna “araşdırma aparandan sonra cavab verəcəyini” deyib.



Hüquq müdafiəçisi məsələ ilə bağlı “Azəriqaz”ın rəhbəri Əkbər Hacıyevə müraciət edib: “Əkbər Hacıyevdən soruşuram, qeyri-qanuni yollarla əhalinin cibinə girən balaca rəislər vəzifədən kənarlaşdırılacaq, yoxsa kiminsə qohumu olduqları üçün onlara toxunmayacaq? Bu yalnız bir kənddə baş verənlərdir. Bakı da daxil olmaqla bölgələrdə qaz idarələrindən hər gün şikayətlər daxil olur, kommersiya obyektlərindən alınan qaz pulu mənimsənilir, əvəzində vətəndaşın cibinə girirlər. Sadəcə, araşdırma aparmalıdır, düzgün araşdırılma aparılsa bizim dediklərimiz sübut olunacaq”.

Mirvari Qəhrəmanlı əlavə edir ki, abonentlər arasında maarifləndirmə aparılmasına ehtiyac var, çünki əksəriyyət məlumatsızlıqdan aldadılır. Onun sözlərinə görə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə onların özləri daşıyırlar.

“İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi, yenisi ilə əvəz edilməsi və quraşdırılması operator şirkət tərəfindən həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir”, -Qəhrəmanlı əlavə edib.

Xatırladaq ki, ötən il virtualaz.org “Ernst and Young” beynəlxalq audit şirkətinin SOCAR-ın sifarişi ilə “Azəriqaz” İstehsalat Birliyində apardığı auditin nəticələrinə dair 511 səhifəlik sənədi əldə etmişdi.

Həmin sənəddə “Azəriqaz” İB-də hökm sürən korrupsiya, intizamsızlıq və təsərrüfatsızlıq, ildə 700 milyon kubmetr qazın itkiyə getməsi və satınalmalar zamanı qiymətlərin şişirdilməsi, bir-birini təkrarlayan vəzifələrin və ştatların mövcudluğu, təmir-tikinti işləri zamanı keyfiyyətsiz materiallardan istifadə və xidmət haqlarının dəfələrlə şişirdilməsi kimi olduqca ciddi pozuntulardan bəhs edirdi.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:39 Azəriqaz İB-ın vətəndaşlara qarşı əsassız yazılan cərimələri ləğv edilir - Xətai Məhkəməsində Azəriqaz İB-nin Şəmkir Regional Qaz İstismar İdarəsinin Ağstafa Texniki Sahəsi tərəfindən kasıb və məzlum kənd sakinlərinə qarşı irəli sürülən absurd, əsassız borc tələbindən məlum olur ki, bu rayonda nəğd hesablaşma qaydasında ödənilən, o cümlədən kommersiya strukturlarına satılan maye qazın
22:25 Ağstafada müharibə veteranının ailəsinə absurd, 475.20 manat məbləğində əsassız borc tələbi - Ödəniş etməmisiniz... Ağstafa rayonunda maye qazın verilməsinə dair daha bir şikayət. Borclanan, belə demək mümkünsə kasıb və məzlum bir kənd sakininə qarşı irəli sürülən absurd tələbi oxuduqda belə məlum olur ki,bu rayonda nəğd hesablaşma qaydasında ödənilən,o cümlədən kommersiya strukturlarına satılan maye qazın
10:07 Xəzər rayon Məhkəməsi hakimindən görünməmiş qanunsuzluq - ETİRAZ «Təzadlar» qəzeti redaksiyasına Xəzər rayonunun Buzovna qəsəbə sakinləri- Əliyev Ağasadıx İbrahim oğlu, Şücai Qızxanım Nadir qızı, 1-ci qrup əlil Quliyeva Firəngiz Hüseyn qızı və Zeynalova Azadə Xudaverdi qızı tərəfindən yazılmış və Azərbaycan ədliyyə naziri cənab Fikrət Məmmədova (surəti

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az