Azəriqaz İB-nin Şəmkir Regional Qaz İstismar İdarəsinin Ağstafa Texniki Sahəsi tərəfindən kasıb və məzlum kənd sakinlərinə qarşı irəli sürülən absurd, əsassız borc tələbindən məlum olur ki, bu rayonda nəğd hesablaşma qaydasında ödənilən, o cümlədən kommersiya strukturlarına satılan maye qazın dəyəri mənimsənilir, sonda da abonentlərin "ayağına" yazılmaqla ört-basdır edilir.Bu sözləri
Mediaxeberleri.az-a Ağstafa rayon Qıraq Kəsəmən kənd sakini Qurbanov Əbülfət Həsən oğlu deyib.
Bu gün hakim Səadət Səlimovanın sədrliyi ilə Xətai rayon Məhkəməsi Azəriqaz İB-nin Şəmkir Regional Qaz İstismar İdarəsinin Ağstafa Texniki Sahəsi tərəfindən əsassız 950.40 manat məbləğində yazılan cəriməni və 91.21 manat sayğac dəyərini rədd etdi.
Mən Qurbanov Əbülfət Həsən oğlu, Ağstafa rayon Qıraq Kəsəmən kəndində yaşayıram. Bildirmək istəyirəm ki, bir Azərbaycan vətəndaşı kimi mən də evimdə mavi yanacaqdan istifadə edirəm. Onu da qeyd edim ki, evimiz kəndin giriş küçəsində yerləşir. Gün ərzində bu yoldan ağır, yüngül avtomobil və texnikalar istifadə edilir. İnsanların gediş-gəlişi bu küçədə çox olur. Sayğac evin arxasında, hasardan çölə tərəf, evə giriş qapısından 14-15 metr aralı, yer səthindən 1,20 metr yüksəklikdə, azyaşlı uşaqların əli çatacağı, bir başa günəş şüalarının və yağış suyunun təsirinə məruz qalan bir yerdə quraşdırılıb. Qaz sayğacının heç bir qoruyucu qutusu yoxdur. Sayğac quraşdırılan zaman bu hal nəzərə alınmayıb. Qoruyucu qutunun da kim tərəfindən alınıb quraşdırılması haqqında məlumatım yoxdur. Abonent olaraq bizimlə Azərqaz İB-yi arasında təbii qazdan istifadə, istismar və ödənişlə bağlı heç bir çətinliyimiz olmayıb. Nümunəvi abonentlərdən biri olmuşuq. Hal-hazırda evdə mənim ailəm yaşayır.Vaxtlı-vaxtında işlətdiyimiz mavi qazın dəyərini ödəyirik. komunal ödənişləri vaxtında ödəyirəm. Mən Azərbaycan Silahlı Qüvvələrinin zabitiyəm, xidmətdə olan zaman Azəriqaz İB-nin Agstafa XS-nin işçiləri ailəmə heç bir akt tərtib etmədən qaz verlişini dayandırırıq məlumatını veriblər.
Mənim iştirakım olmadan sayğacı qaynaq vasitəsilə xəttdən ayırıb və başqa sayğacla əvəzləyiblər. Səbəb gətiriblər ki, qaz saygacı deşilib müdaxilə olunub.Dəfələrlə Ağstafa Xidmət sahəsində olmuşuq.Sayğaca zərər biz tərəfindən edilmədiyini desəkdə heç bir faydası olmayıb.Elə deyirlər müdaxilə var. Sayğac Dövlət yoxlamasına göndəriləcək və nəticəsi barədə sizə məlumat veriləcək. Müvəqqəti sayğac qoyulub. Sayğacın Dövlət yoxlamasından cavabının gəlməsi ilə bağlı bizə heç bir rəsmi məlumat verilmədiyi üçün 16.11.2017 tarixində idarəyə getdim. Yoxlamanın cavabının gəldiyini və cərimə məbləğini dedilər. 91 Azn sayğacın dəyəri üstəlikdə 950.40 Azn cərimə hesablanıb.
İndi biz neynəməliyik. Sayğaca hər hansı bir zərər biz tərəfindən olmayıb.Necə müdaxilə olunub onuda bilmirəm. Bəlkə kənar şəxslər tərəfindən sayğaca zərər verilib onuda bilmirəm. Elə deyirlər sayğac deşilib. Mən Azərqaz İB-nin Ağstafa Texniki Sahəsinin satış üzrə şöbə müdirinin qəbulunda oldum. Bu barədə onunda məlumatı var. Mən Azərbaycan Silahlı Qüvvələrində zabit kimi xidmət edirəm. Ailəmin şərəfini , nüfuzunu yüksəkdə tutduğum kimi dövlətimizin də şərəf və nüfuzunu yüksəkdə tuturam.Maddi imkanım olsa belə Dövlətin bizə verdiyi mavi yanacağı qənaətlə istifadə edirəm.Məntiq hardadır ki, mənzildən kənarda yerləşən sayğacın harasınısa ev sahibi qəsdən zədələsin,sayğac işləsin və özüdə cərimə vermək üçün bu əməli törətsin.Bu cərimə əsassızdır, inanıram ki, bizə köməklik göstərəcəksiniz. Məndən cərimənin ödənməsini tələb edirlər. Halbuki sayğac dəyişilməyənəcən ona biz tərəfdən heç bir müdaxilə edilməyib. Əgər sayğaca müdaxilə olmuşdusa Qaz İstismarı İdarəsinin əməkdaşları bunu yerindəcə mənə bildirməli idilər. Ancaq onlar bunu mənə sayğac çıxarılıb aparılandan sonra deyiblər ki, bu da qanunsuzluqdur. Axı sayğac başqa yerə aparıldıqdan sonra mən ona heç cürə cavabdeh ola bilmərəm.
Hakim Səadət Səlimovanın sədrliyi ilə Xətai rayon Məhkəməsi Azəriqaz İB-nin Şəmkir Regional Qaz İstismar İdarəsinin Ağstafa Texniki Sahəsi tərəfindən əsassız 950.40 manat məbləğində yazılan cəriməni və 91.21 manat sayğac dəyərini əsassız sayaraq, aktların ləğv edilməsi barədə mənim xeyrinə qərar qəbul etdi.
Qeyd edək ki, bir müddət əvvəl Azəriqaz İB-nin Şəmkir Regional Qaz İstismar İdarəsinin Ağstafa Texniki Sahəsi tərəfindən əsassız 475.20 manat məbləğində yazılan cəriməni və 91.21 manat sayğac dəyərini ödəmək imkanı olmayan müharibə veteranı, mərhum Qurbanov Məcid Avdıl oğlunun həyat yoldaşına yaradılan problem Xətai rayon Məhkəməsi tərəfindən həllini tapdı.
Öz şərhini bildir: