t s

» » Qarovul rəisi müğənni Fədayə Laçınla üzləşdirildi - Vəkildən açıqlama

Qarovul rəisi müğənni Fədayə Laçınla üzləşdirildi - Vəkildən açıqlama

31-01-2018, 19:17 Yazar:  Gülnar Baxılıb: 212 Çap et
Qarovul rəisi müğənni Fədayə Laçınla üzləşdirildi - Vəkildən açıqlama
Vəkil xüsusi təyinatlı vaqondan qaçan məhbuslara görə saxlanılan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin qarovul rəisi Ceyhun Səmədovla görüşüb.

Mediaxeberleri.az
xəbər verir ki, Vəkil Vilayət Nadirov APA-ya açıqlamasında qeyd edib ki, C. Səmədovun səhhəti normaldır və saxlanılma şəraitindən narazı deyil. O bildirib ki, C. Səmədovla bağlı istintaq yaxın müddətdə yekunlaşdırılaraq məhkəməyə göndərilə bilər.

Vəkil onu da deyib ki, C. Səmədov əvvəllər aparılmış istintaq hərəkətləri ilə bağlı iş üzrə həbsdə olan müğənni Fədayə Laçınla üzləşdirilib.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə təqsirli bilinən C. Səmədov barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Xatırladaq ki, oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hal-hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.


Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq idarəsi tərəfindən Cinayət Məcəlləsinin 304.2-ci (azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma) və 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.


Qaçan məhbuslardan biri Əli Ağami həbs edilib, E. Məmmədov isə zərərsizləşdirilib.


Məhkumların qaçması ilə bağlı Penitensir Xidmətin qarovul rəisi Ceyhun Səmədov və bir neçə əməkdaş həbs olunub.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

20:33 Qaçan məhbuslara görə həbs edilən müğənnidən – XƏBƏR VAR İki nəfər məhbusun qaçmasında təqsirləndirilərək həbs olunan müğənni Fədayə Laçın vəkili ilə görüşüb. Mediaxeberleri.az-ın xəbərinə görə, bu barədə Trend-ə F.Laçının vəkili Türkel Süleymanlı deyib. Vəkil bildirib ki, müvəkkili özünü normal hiss edir və səhhətində problem yoxdur: "Saxlanma şəraiti
19:39 Fədayə Laçın həbsdən qaçırtdığı "Qoca"yla Gürcüstana qaçmaq istəyib, amma... - ŞOK TƏFƏRRÜAT Müğənni Fədayə Laçının həbsinin təfərrüatları məlum olub. Mediaxeberleri.az Musavat.com-a istinadən xəbər verir ki, müğənni qaçan məhbuslardan "Qoca" ləqəbli Etibar Məmmədovun yanında olub. Belə ki, "Qoca" ləqəbli kriminal avtoritet oktyabrın 23-də qatardan qaçdıqdan sonra Ağstafaya gedib. O,
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
23:10 İlham Əliyevin əfv sərəncamı sabah icra olunacaq+ SİYAHI Sərəncam sabah icra olunacaq. Azərbaycan Prezidenti İlham Əliyev bu gün əfv haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az dövlət başçısının saytına istinadən həmin sərəncamı və əfv olunan şəxslərin siyahısını təqdim edir: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az