t s

» » “Bakı erməniləri yanımıza qaçıb kömək istəyirlər” — Diaspora nümayəndəsindən ŞOK AÇIQLAMALAR

“Bakı erməniləri yanımıza qaçıb kömək istəyirlər” — Diaspora nümayəndəsindən ŞOK AÇIQLAMALAR

31-01-2018, 16:36 Yazar:  Məmməd Məmmədov Baxılıb: 129 Çap et
“Bakı erməniləri yanımıza qaçıb kömək istəyirlər” — Diaspora nümayəndəsindən ŞOK AÇIQLAMALAR“Odessada yaşayan ermənilər problemləri olan zaman öz həmvətənlərinə yox, bizə müraciət edirlər. Ermənilər hər zaman bizimlə hesablaşırlar”.
Bu fikirləri “Mediaxeberleri.az”-a açıqlamasında Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresinin Odessa vilayəti üzrə şöbə rəhbərinin birinci müavini Namiq Talıbov bildirib.

N.Talıbov deyib ki, Odessada yaşayan ermənilər Azərbaycana və azərbaycanlılara qarşı açıq-aşkar hər hansı addım atmağa cürət edə bilməzlər:
“Buradakı ermənilər Azərbaycana qarşı hər hansı iş görsələr belə, bunu gizlincə edirlər. Biz Ukraynada şəhərin mərkəzində Xocalı faciəsinin ildönümünü qeyd edərkən, ermənilər səslərini belə çıxartmağa cəhd etmədilər. Ermənilər tam bizim əlimizin altında olmasalar da, ancaq onlar qorxularından heç vaxt üzə çıxmırlar. Hətta, biz Ermənistan konsulluğu qarşısında aksiya keçirəndə belə, bir nəfər erməni ortaya çıxmadı. Əksinə, gedib bizdən polisə şikayət etmişdilər. Polis də təhlükəsizlik tədbirləri görülməsi üçün bizi nəzarətə götürmüşdü. Odessada yaşayan ermənilər azərbaycanlılardan qorxurlar. Burada Bakı erməniləri də yaşayır. Hər hansı problemləri olan zaman Bakı erməniləri bizim yanımıza qaçıb kömək istəyirlər. Çünki daşnak erməniləri Bakı ermənilərini qəbul etmirlər”.

Diaspora nümayəndəsi qeyd edib ki, Azərbaycanın Ukraynadakı səfirliyi Odessada yaşayan ermənilərlə normal münasibət yaradılmasını istəyir:
“Bəzən Azərbaycan səfirliyinin nümayəndələri gəlib bizə deyirlər ki, “xalq diplomatiyası”na uyğun olaraq Ukraynada yaşayan sıravi ermənilərlə münasibətləri pozmayın, sizə yaxınlaşan ermənilərə düşmən münasibəti göstərməyin, onlarla münasibətləri qoruyun, əlaqələr yaradın və sairə. Səbəb kimi də deyirlər ki, vaxtilə Qarabağda yaşamış hər bir azərbaycanlının erməni qonşusu olub. Ancaq bu gün bu mümkün olan iş deyil. Mən bunu hər zaman demişəm ki, biz ermənilərlə torpaqlarımız işğaldan azad ediləndən sonra yalnız qalib tərəf olaraq bir masa arxasında oturacağıq. Başqa cür mümkün deyil”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
13:18 Batının Türklüyü çökdürmək istəyi Türkel Araşdırma Qurumu təqdim edir Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün biz, ayrı-ayrı Azərbaycan aydınları Türkel Araşdırma Qurumu adına bir araya gəldik. İstəyimiz gündəmdə olan bir qonunu toplumumuza, insanlarımıza tanıtmaqdır, çatdırmaqdır. Qonumuz neçə
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az