t s

» » Ağstafa şəhər nümayəndəliyi hesabat verir

Ağstafa şəhər nümayəndəliyi hesabat verir

29-01-2018, 09:00 Yazar:  Gülnar Baxılıb: 163 Çap et
Ağstafa şəhər nümayəndəliyi hesabat verir
Ağstafada RİH başçısının İƏD üzrə nümayəndələrinin 2017-ci ilin yekunlarına dair hesabat yığıncaqlarının keçirilməsi davam etdirilir.

Mediaxeberleri.az
xəbər verir ki, bu gün Ağstafa şəhər İƏD üzrə nümayəndəsinin də ötən ildə görülən işlərə dair geniş hesabat yığıncağı keçirildi.

Ağstafa rayon Mədəniyyət Mərkəzində keçirilən yığıncaqda rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, rayonun hüququ-mühafizə orqanlarının, idarə müəssisə və təşkilatlarının rəhbərləri, eləcə də Ağstafa şəhər ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan İcra başçısı ölkəmizin sürətli sosial-iqtisadi inkişafından, mövcud siyasi sabitliyindən, eləcə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin konkret tapşırıqarına uyğun olaraq Ağstafada həyata keçirilən irimiqyaslı sosial infrastruktur layihələrdən, həayata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işlərindən geniş söz açdı. Qeyd olundu ki, tam əminliklə deyə bilərik ki, 2017-ci il də Ağstafa rayonu üçün olduqca uğurlu bir il oldu. Belə ki, yola saldığımız ildə Ağstafanın yol-nəqliyyat sistemi kompleks şəkildə yeniləndi, yeni körpülər inşa olundu, Ağstafa şəhər küçələrinin yenidən qurulması, çoxmənzilli yaşayış binalarının, eləcə də rayonun təhsil, səhiyyə ocaqlarının yenidən qurulması istiqamətində tədbirlər uğurla icra olunaraq bir sıra sosial obyektlər sakinlərin istifadəsinə verildi. Ağstafada inşa olunan yeni-yeni sənaye və emal müəssisələri, zavod və fabriklər əhalinin məşğulluğunun təmin olunması ilə yanaşı həmçinin Ağstafanın sənaye rayonuna çevrilməsinə zəmin yaradır. Bu istiqamətdə işlər cari ildə də sürətlə davam etdiriləcəkdir. Qeyd olunan bütün bunlar ölkə rəhbərliyinin Ağstafaya və ağstafalılara göstərdiyi yüksək və diqqətin nəticəsidir.

Sonra Ağstafa rayon İcra hakimiyyəti başçısının Ağstafa şəhər İƏD üzrə nümayəndəsi Etibar Hacıyev ilin yekunlarına dair geniş məruzə ilə çıxış etdi. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf strategiyası onun layiqli davamçısı ölkə prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizin iqtisadi qüdrəti günbəgün yüksəlir. Rayon mərkəzində 12801 nəfər əhali yaşamaqla, Ağstafa şəhərinin ərazisi 421 ha təşkil edir. Şəhərin sosial infrastrukturunun işlək vəziyyətdə saxlanması, nəqliyyat, xidmət və ticarət sahələrində mədəni münasibətin və qanunçuluğun gözlənilməsi istiqamətində gündəlik qayğılarımızın olması ilə yanaşı şəhərimizin daha gözəl və sakinlərinə daha rahat yaşayış şəraitinin yaradılması əsas vəzifəmizdir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rayonumuza uğurlu səfərindən sonra Ağstafa şəhər 3 saylı tam orta məktəbin qəzalı vəziyyətdə olması nəzərə alınaraq məktəbin əsaslı təmir olunması ilə bağlı müvafiq sərəncam imzalanmışdır. Sərəncama uyğun olaraq 3 saylı tam orta məktəb yüksək keyfiyyətlə əsaslı təmir olunmuş və istifadəyə verilmişdir.Hesabat ilində “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Ağstafa toxuculuq filialında tikinti işiləri, doğum şöbəsinin təmiri başa çatmışdır. 2 saylı körpələr evi - uşaq bağçasının təmiri işləri davam etdirilir. 2017-ci ildə şəhərin Cəfər Cabbarlı və Nizami Gəncəvi küçələrinə yeni asfalt örtüyü çəkilmiş, yeni işıqlandırma sistemi ilə təmin edilib əhalinin istifadəsinə verilmişdir.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 8 yanvar 2018-ci il tarixli 7 saylı sərəncamına əsasən rayon İcra hakimiyyətinə 60 ədəd kiçik tutumlu konteyner ayrılmış və yaxın günlərdə həmin konteynerlərin birlik tərəfindən gətirilməsi təmin ediləcəkdir. Birliyin işi şəhər icra nümayəndəliyinin fəaliyyəti ilə uzlaşdırılır, çoxmənzilli yaşayış binaları, ictimai binalar və fərdi evlərlə bağlı ortaya çıxan bütün məsələlər birgə həll olunur. Ağstafa şəhərində 68 ədəd çoxmənzilli bina vardır. Bu binalarda 2667 sakin yaşamaqla şəhər əhalisinin 21%-ni təşkil edir. Sakinlərin qaz, işıq, içməli su ilə təminatı və kanalizasiya xidmətləri ilə əhatə olunması gündəlik qarşıya qoyulmuş məsələdir. Ağstafa şəhərində hesabat ilində 9 binanın dam örtüyü tamamilə yenilənmiş, giriş qapıları və pilləkən qəfəsələrində təmir işləri aparılmışdır. Hesabat ilində Ağstafa rayon İcra hakimiyyətinin başçısının dəfələrlə şəhər sakinləri ilə görüşü keçirilmişdir. Ağstafa rayonunun 2014-2018-ci illərdə sosial- iqtisadi inkişafı proqramına uyğun olaraq şəhərin küçələrinin yenidən qurulması və çoxmənzilli yaşayış binalarının dam örtüyünün, giriş qapılarının və pəncərələrinin dəyişdirilməsi, pilləkən qəfəsələrinin təmiri işləri, daxili kanalizasiya və su şəbəkələrinin cari və əsaslı təmir edilməsi həyata keçirilmişdir. Məhəmməd Əmin Rəsulzadə küçəsi 92, Şıxəli Qurbanov küçəsi 23, 24, Hüseyn Arif küçəsi 1, 4, 6 ünvanında yerləşən çoxmənzilli yaşayış binalarının tüstü və havalanma bacaları təftiş edilmiş və təmizlənmişdir. Şıxəli Qurbanov küçəsi 23, 24, Cəfər Cabbarlı küçəsi 19, 38, Heydər Əliyev prospekti 36 ünvanındakı çoxmənzilli yaşayış binalarının dam örtükləri yenisi ilə əvəz edilmiş, fasadlarında və pilləkən qəfəsələrində təmir işləri aparılmış, giriş qapıları quraşdırılmış, pəncərə blokları dəyişdirilmiş, həyətlərdə abadlıq işləri aparılmış və hazırda bu işlər davam etdirilir. Hüseyn Arif küçəsindəki 33 mənzilli yaşayış binası istilik sisteminin çəkilişi başa çatmışdır. Şəhərin Cəfər Cabbarlı küçəsində qaz xətlərinin nizamlanması, şəhərin yeni məhəlləsinə qaz xəttinin çəkilməsi məsələləri həll edilmişdir. 2017-ci ildə Ağstafa şəhərində Ağstafa “Sukanal” idarəsi ilə birgə əməkdaşlığımızla xeyli işlər görülmüşdür. Ağstafa “Sukanal” idarəsi ilə qurulmuş əlaqəli işlər nəticəsində şəhərin içməli su və kanalizasiya xəttində baş verən qəzaların aradan qaldırılması, həmçinin sakinlərin fasiləsiz olaraq bu xidmətlə əhatə olunması təmin edilir. Ağamalıoğlu küçəsi 19,21 nömrəli yaşayış binalarının kanalizasiya sistemi yenilənmiş, həmin küçədən keçən diametri 200 mm-lik kanalizasiya xətti yuyulmuş və iki quyu arası məsafə yenilənmişdir. Mehti Mustafayev, Sarı Məmmədov, Aşıq Ələsgər və Nizami Gəncəvi küçələrində kanalizasiya xətləri şəbəkəyə qoşulmuşdur. Müseyib Allahverdiyev küçəsində diametri 160 mm-lik, Hüseyn Arif, 33-cü məhəllə, Cəfər Cabbarlı və 20 yanvar küçələrində diametri 90 və 110 mm-lik borular əsaslı təmir olunmuş, su itkisinin qarşısı alınaraq həmin küçələrdə əhalinin su təchizatı yaxşılaşdırılmışdır. Hüseyn Arif küçəsi 40,48 mənzilli yaşayış binalarının su nasosları təmir olunmuş və sakinlərin istifadəsinə verilmişdir. 25-ci və 33-cü məhəllələrdə 50-yə yaxın yeni evlərə su xətti çəkilmiş, smar kart tipli sayğaclar quraşdırılaraq qeydiyyata alınmışdır. Şəhər əhalisini içməli su ilə təmin edən su anbarı il ərzində mütəmadi olaraq yuyulmuş və dezinfeksiya edilmişdir.

Ağstafa Elektrik Şəbəkəsi tərəfindən hesabat ilində şəhər ərazisində 21 ədəd 10 kV-luq, 28 ədəd 0.4 kV-luq dayaqlar yeni beton dayaqlarla əvəz olunmuşdur. 3,4 km istismara yararsız naqil dəyişdirilmişdir. Yeni məhəllələrə 1,2 km uzunluğunda yeni SİP kabel xətləri çəkilmişdir. Şəhər ərazisində 30 ədəd dayaq rənglənmiş, şəhərdəki bütün transformatorlara yağ əlavə edilmiş, 0.4 kV-luq ayrıcılar quraşdırılmış və transformatorların giriş-çıxış kabelləri dəyişdirilmişdir. Cari ildə elektrik şəbəkəsi bu istiqamətdə öz işlərini davam etdirməlidir. Şəhərdə 5 körpələr evi-uşaq bağçası fəaliyyət göstərir. Uşaq bağçalarının 4-də təmir-tikinti işləri aparılaraq uşaqların istifadəsi üçün normal şərait yaradılmışdır. 5 saylı körpələr evi-uşaq bağçası üçün yeni binanın tikintisinə ehtiyac vardır. Ağstafa şəhərində 16 şəhid ailəsi, 18 Qarabağ əlili, 1 nəfər Böyük Vətən müharibəsi iştirakçısı, 4 nəfər Çernobıl əlili, 246 qaçqın və müvəqqəti məskunlaşmış 84 nəfər məcburi köçkün yaşayır.

Daha sonra Ağstafa şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinin baş direktoru Qabil Məmmədov, Ağstafa Bələdiyyəsinin sədri Nəsib Hacıyev öz məruzələrində ötən il ərzində gördükləri işlər barədə geniş arayış verdilər.

Hesabat yığıncağında çıxış edən Ağstafa şəhər ictimaiyyətinin nümayəndələri İndira Səmədova, İbrahim Əliyev, Misir Həsənov, Aidə Məmmədova, Nəsib Vəliyev rayon ağsaqqalı Yaqub İsmayılov 2017-ci il ərzində Ağstafa şəhərində həyata keçirilən təmir-tikinti, abadlıq-quruculuq işlərini yüksək qiymətləndirdilər. Ümumən Ağstafa rayonunda görülən işlərə görə rayon sakinləri adından ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə etdilər.

Hesabat yığıncağı işgüzar şəraitdə keçdi.

Ağstafa şəhər nümayəndəliyi hesabat verir
Ağstafa şəhər nümayəndəliyi hesabat verir
Ağstafa şəhər nümayəndəliyi hesabat verir
Ağstafa şəhər nümayəndəliyi hesabat verir
Ağstafa şəhər nümayəndəliyi hesabat verir




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:35 Məhərrəm Quliyev: “Rayona dövlət başçımızın qayğısı və köməyi olmasaydı, belə yüksək nəticə əldə edə bilməzdik” Bir il də arxada qaldı. Amma necə qaldı? Bax bu sual təkcə rayon rəhbərliyini deyil, sıravi ağstafalıların hamısını düşündürür. Çünki ağstafalı istəyir ki, evində həmişə isti çayı, yeməyi olsun, suyu həyətdəki krandan daim axsın, rahat asfalt yolla gedib-gələ bilsin, əkib-becərmək üçün şərait
01:04 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları müzakirə edildi - AĞSTAFADA 2016-cı ilin yanvar-sentyabr aylarında rayonun sosial-iqtisadi inkişafının yekunlarına dair Ağstafa rayonu İcra hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirildi. Mediaxeberleri.az xəbər verir ki, tədbirdən əvvəl toplantı iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
23:10 İlham Əliyevin əfv sərəncamı sabah icra olunacaq+ SİYAHI Sərəncam sabah icra olunacaq. Azərbaycan Prezidenti İlham Əliyev bu gün əfv haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az dövlət başçısının saytına istinadən həmin sərəncamı və əfv olunan şəxslərin siyahısını təqdim edir: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az