t s

» » Səxavət İzzətinin "şeirləri"

Səxavət İzzətinin "şeirləri"

28-01-2018, 20:50 Yazar:  Gülnarə İsrafil Baxılıb: 190 Çap et
Səxavət İzzətinin "şeirləri"
Səxavət İzzəti - Əndəlib

Səxavət İzzəti Əbdüllah oğlu 1966-ci ildə Qaradağ mahalında doğulub. İki yaşında atasını itirib. 1977-ci ildə ailəsi Təbrizə köçüb bir il sonra əhərqaradaği mərkəzi əhər şəhrinə qayıdıb təhsilini əhər şəhərində bitirib.
Qaradağ mahalının başqa uşaqları kimi ədəbiyata marağı ananın beşik başında dediyi laylalarla , nağıllarla , dastanlarla başlanmışdır. Qaradağ mahalı İran Türklərinin ən güclü aşıq mərkəzidir.
On yeddi yaşında şeirdə birinci və bura qədər sonuncu ödülü almışdır.
iyirmi iki yaşında aşıq dastanlarından ibarət nəğməli dastanlar kitabını nəşr etdirmiş, bir il sonra məhəbbət dastanları kitabı çıxıb, bunun dalınca aşıqlardan işıqlar kitabını çıxartdırıb. Kitab, aşıq şeiri qalibləri və o günə qədər çap olunmamış aşıq şeirlərindən ibarətdir.
Bir çox şimaldakı (Azərbaycan) şairlərin şeirlərini istər kitab şəklində istər intirnet düşərgələrində nəşr etdirib.
İndiyə qədər çıxartdığı kitablar:

1-"Nəğməli dastanlar" Təbriz 1989
2-"Məhəbbət dastanları" Təbriz 1991
3-"Aşıqlardan işıqlar" Təbrız 2000
4-"Yaxşı ki sən varsan ay sədəfli saz" (Zəlimxan Yaqubun şeirləri) Təbriz 2005
5-"Hürəmt oldu, bir saz oldu, bir də mən" (Aşiq Qəmkeş Allahverdinin şeirləri) Təbriz 2008
6-"Peyğəmbər" (Zəlimxan Yaqub) Təbriz 2011
7-"Aşıq dastanları" Təbriz 2015
8-"On bir budaqlı ağac" (Qaradağ şeiri məcmüəsi) 2017


yeyirik

zəlinən içirik suyu,
yelinən qovud yeyirik.
yox xəbər yağlı yaxmacdan,
şorunan qurud yeyirik.

pay bölən, belə pay böldü,
bu payda dərdimiz boldu,
yemişlər meşənin oldu,
biz də kal armud yeyirik.

gələn dadımızı dadır,
əl ölçür söz fırıldadır,
nəsatir bizi aldadır,
bal alıb, yoğurt yeyirik.

gül dərən tikandı sərir,
gül sulur, tikan göyərir,
hər yetən vədələr verir,
söz içib ümid yeyirik.

salmayın bu qədər hayı,
bunları eşidən doyu,
neynirik çörəyi - suyu,
biz ki hər an dərd yeyirik.

könlümün sarı bülbülü

ilin günün harasıdır,
gözümdə yağış dolanır.
urıym yanır, yaxılır,
başımda qar - qış dolanır.

nə imiş dərdi fikrimin,
dərdi göyərdi fikrimin,
dağılıb yurdu fikrimin,
çöl gəzir, örüş dolanır.

dinir bir qız ürəyimdə,
gülür bir göz ürəyimdə,
gecə - gündüz ürəyimdə,
bir əziz görüş dolanır.

əndlibəm tutdu dolu,
itirdim çəməni gülü,
könlümün sarı bülbülü,
yerində bayquş dolanır.

yox

inanıb özün aldatma,
bu dünyanın tarısı yox.
bu miras elə mirasdı,
əbədi bir varisi yox.

evinin peyi dolmadı,
yükünə gücü qalmadı,
səadəti bir almadı,
yarısı var, yarısı yox,

gülünc günə qaldı deyin,
hər şey saxta oldu deyin,
balın ecəb aldı? deyin:
pətəyi yox , arısı yox

sənə şeir oxuyanda

şeiri yətəd alıram
sənə şeir oxuyanda
şeirin özü oluram
sənə şeir oxuyanda

sükut gəlir göylərə
gözəllik enir yerə
susur dağ susur dərə
sənə şeir oxuyanda

yaman söyünür ürək
öyüb öyünür ürək
nədən döyünür ürək
sənə şeir oxuyanda?

duyğum həddini aşır
ucalarda dolaşır
sevincim daşır daşır
sənə şeir oxuyanda

sözün səpir təsəlli
qana hopur təsəlli
ürək tapır təsəlli
sənə şeir oxuyanda

ürək boşalır dolur
duyğular yerin alır
bu dünya mənim olur
sənə şeir oxuyanda

bizi sıxır vaxtvədə
sıxıb yıxır vaxtvədə
yaddan çıxır vaxtvədə
sənə şeir oxuyanda

getmədi, getmədi

ömrümüzün zirvəsındən,
duman getmədi, getmədi,
xoş gün üçün başımızdan,
güman getmədi, getmədi.

bu nə höküm, nə fərmandı,
yaxşı günlər lǝhzǝ andı,
pis günlər də bərk dayandı,
zaman getmədi, getmədi.

siz məni dəli saymayın,
eşidin könlümün hayın,
yaxşılar getdi qoymayın,
yaman getmədi, getmədi.

« əndəlib » ağrılar dizdən,
nə istəyir fələk bizdən,
ömür getdi dilimizdən,
aman getmədi, getmədi.

qədərimlə şərik küçə

bu şəhərdə bir qocalmış küçə var,
məni görcək xumar - xumar danışır,
bir nağıl var bu küçənin yadında,
kərpic - kərpic, dıvar - dıvar danışır,

burdan nə çox qış ötüşüb, yaz gedib,
aşıq gedib, dastan gedib, saz gedib,
illərdi ki, bir çatmaqaş qız gedib,
arxasınca burdan əvar danışır.

bu eyvanda bir cüt alagöz qalıb,
o gözlərdən söhbət qalıb, söz qalıb,
bu qapıda bir öğürsüz iz qalıb,
şırım - şırım, damar - damar danışır.

bu küçəylə qədərimiz birdi - bir,
gəlişimiz, gedərimiz birdi - bir,
ay « əndəlib » kədərimiz birdi - bir,
ikimizdə bir ahuzar danışır.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az