t s

» » İslamda siğə varmı ? İlahiyyatçı cavab verir

İslamda siğə varmı ? İlahiyyatçı cavab verir

27-01-2018, 17:33 Yazar:  memmed memmedov Baxılıb: 440 Çap et
İslamda siğə, müvəqqəti evlilik varmı? Bu məsələ islam ümməti arasında uzun əsrlərdir müzakirə və mübahisə mövzusu olub, indi də davam etməkdədir. Bu mövzu haqqında kifayət qədər fikirlər səsləndirilib, hətta kitablar yazılıb, inkar və təsdiq edənlər tərəfindən dəlillər-sübutlar gətirilib. Ona görə də məsələyə əsrlərdir deyilmişləri təkrarlamaq fikrindən uzaq duraraq bu mövzuda olan (istər siğəni halal, istər haram buyuran, şübhəsiz ki, çoxu da uydurma olan) hədisləri, səhabə fikirlərini, alim sözlərini sitat gətirmədən, fərqli bir yöndən yanaşmaq istəyirəm.

Siğə və ya mutə deyilən nikah növü islamda faktiki mövcud olub, bunu həm sünni, həm də şiə tarixçiləri, alimləri, hətta hər iki xətlə nəql olunan hədislər təsdiq edir. Bunu inkar edənlər savadı olmayanlardır. Müvəqqəti nikahın Peyğəmbər dövründə mövcud olması qətidir. Sadəcə, burada ixtilaf bu nikahın sonralar kim tərəfindənsə qadağan olunub -olunmamasındadır.
İslamda siğə varmı ? İlahiyyatçı cavab verir


Öncə qeyd edim ki, mutə nikahına dəlil olaraq “Nisa” surəsinin 24 -cü ayəsini və oradakı (..."istifadə etdiyiniz qadınların qarşılığını verin" şəklindəki cümlədir) "istimtatum" -mutə etdiyiniz qadınlar sözüdür. Əksər islam tarixçiləri Peyğəmbərin Fələstin istiqamətindəki savaşında üç şeyi halal buyurduğunu qeyd ediblər. Bunlar eşşək əti, çəyirtkə ovu və mutə nikahıdır. Ancaq sonra bəzi alimlər nəql ediblər ki, guya Peyğəmbər “Sizə əvvəllər şəraitlə bağlı üç şeyi mübah buyurmuşdum, indi həmin zərurət ortadan qalxdığına görə siğəni haram, eşşək ətini məkruh, çəyirtkə ovunu isə halal edirəm”,- deyə buyurub.



Ancaq bu gün əhli sünnə məzhəbləri bu nikahı haram və zina hesab edir. Şiə məzhəbləri isə siğni halal, hətta savab bir əməl kimi qəbul edirlər.

Öncə qeyd etdim ki, siğənin Peyğəmbər dövründə mövcudluğu ümum tərəfindən inkar olunmur, sadəcə sonradan qadağası mübahisəlidir. Əhli sünnə üləması etiqad edir ki, bu nikah zərurət ortaya çıxdığı, islam əsgərləri yerlərindən, arvadlarından uzaq düşdüyü, üstəlik də döyüş zamanı çoxlu sayda qadın əsirlər əldə edildiyi üçün, qoşunda zina halları olmasın və qadınlarından uzaq düşmüş kişilər təhrik olmasın deyə müvafiq dul qadınlarla müvəqqəti nikaha müvəqqəti olaraq izn vermiş, üç gündən sonra isə onu yasaqlamışdır. Bunu da qeyd edək ki, bütün müsəlman dünyasında, hətta sünni aləmində belə, qeyri-ənənəvi nikah növündən istifadə edilir. Əhli-sünnənin bəzi təəssübkeş ideoloqları bir yandan şiələri mütə etməklə zinakarlıqda təqsirləndirir, bir yandan isə demək olar ki, mütə ilə eyni olan misyar nikahına icazə verirlər. Misyar – əsasən, ərəb ölkələrində gənclər arasında get-gedə intişar tapmaqda olan nikah növüdür. Onun ənənəvi daimi nikahdan fərqi budur ki, kəbin zamanı tərəflər vaxt məhdudiyyətini şərt kimi qoymurlar. Amma müəyyən zaman çərçivəsində birgə yaşamağı niyyət edirlər; yəni niyyət edirlər ki, müəyyən vaxtdan sonra ayrılsınlar. Misyar nikahın mütədən əsas fərqi budur ki, burada tərəflər mütləq talaqla ayrılırlar. Misyar nikahından əvvəl tərəflər şərtləşə bilərlər ki, kişi qadına yaşayış xərci verməyəcək, onun cinsi tələbatını ödəmək vəzifəsini daşımayacq və tərəflər bir-birindən irs aparmayacaqlar. Misyar evliliyi zamanı qadın öz evində (hətta atasının evində) yaşaya və istədiyi zaman əri ilə görüşə bilər. Göründüyü kimi, bütün bu şərtlər mütədəki ilə eynidir. Bundan əlavə, ərəb dünyasında uzaq səfərə çıxan kişinin həmin diyarda evlənməsi (buna misfar, yəni səfər nikahı deyilir), yaz mövsümündə yaylağa köçən kişinin oradakı qadınla evlənməsi (buna misyaf, yəni yaz evliliyi deyilir) kimi müvəqqəti nikah növləri də yayılıb. Əhli şiə, İmamiyyə üləması isə qeyd edir ki, bu nikah “Quran”ın “Nisa” surəsinin 24 cü ayəsi vasitəsi ilə əmr edilmiş, Peyğəmbər, 1- ci xəlifə Həzrət Əbu Bəkr dövründə də icra edilmiş, sadəcə 2- ci xəlifə Həzrət Ömər tərəfindən bir neçə başqa hökmlər kimi bu da yasaqlanmışdır. Hətta İmam Əli Əleyhissəlamdan hədis də nəql edilir. O demişdir: “Əgər Ömər mutəni qadağan etməsəydi, nadanlardan başqa zina edən olmazdı...”

Qeyd edim ki, siğə deyilən mutə nikahı da daimi nikah kimidir, sadəcə cüzi fərqlər var. İndi bu nikaha haram deyənlər Peyğəmbərin lap üç gün də olsa, buna izn verməsini görməzdən gəlirlər. Onda belə çıxır ki, (haşa, nəuzu billah) Peyğəmbər üç günlük haramamı izn vermişdir?! Əsla bu, belə deyildir. Ancaq cəmiyyət arasında bu gün zina kimi qəbul etdirilmək istənilən bu nikah heç də üç günlük-beş günlük, üç saatlı-beş saatlıq əxlaqsızlıq da deyil.

Daimi evliliyə imkanı olmayan müsəlman hətta kitab əhli olan qadınlarla mutə nikahı edə bilər. Ancaq bu nikahın çox çətin şərtləri var. Tutaq ki, öz ailəsindən uzaq ölkələrə səfərə, ticarətə gedən bir şəxsin orada mutə etməsi, daimi nikah yasaq olan kitab əhli dul qadınlarla aralarında şərtlərşmə və razılığa görə edilən evlilk kimidir. Necə ki, əksər soydaşlarımız Rusiyada xaçlı xanımlarla "mövsüm evliliyi" icra edirlər. Siğə bu kimi işlərin qanuniləşmiş, hüquqiləşmiş və hüdudları göstərilmiş rəsmi formasıdır.

Ərəb ölkələrinin birində təhsil aldığım illərdə bir dəstə müəllim və tələbənin toplanaraq mutə mövzusunu qızğın mübahisə etdiyinin şahidi olmuşam. Mövzu o qədər qızışmışdı ki, siğəni haram bilənlərdən biri halal bilənlərdən birinə dedi:

-Kim razı olar ki, onun yaxını ilə kimsə siğə etsin?

Və o şəxsə belə cavab verildi:

-Kim siğəni normal evliliyin, islam qanunlarının bir parçası kimi qəbul edirsə. əlbəttə, hamının yaxını ərə gedir, nikaha daxil olur və bunu hər kəs normal qarşılayır. Ancaq kim ki, bu nikahı zina kimi qəbul edirsə, onda bu müqayisəni aparmaq olmaz. Mutə, son zamanlar bəzlərinin bu nikahı adiləşdirməsi, yanlış təqdim etməsi, düzgün istifadə etməməsi və sui-istifadə etməsinə görə mənfi qarşılanır. Ancaq bu nikahı lənətləyənlərin çoxu onun şərtlərini, qaydasını, dəlil və əsaslarını bilmir və bilmək də istəmirlər. Çünki öz istəklərinə uyğun davranırlar. Digər yandan, bu işi zina formasında adiləşdirən, öz şəhvətlərinə alət edənlər də ilahi bir hökmü hörmətdən salıblar.

Hər bir ehtiyacın çıxış yolunu İslam göstərib. Sosial və digər problemlər üzündən evlənə bilməyən qadın və kişilər cinsi xətəliklərə düçür olurlar. Qapalı və qadağaları zənginləşdirdikdə insan daha da azğınlaşır, qadağan edilən şeyə həris olur. Necə ki, Cənnətdə minlərlə meyvə olduğu halda Adəmlə Həvva qadağan olunmuş almaya tamah saldılar. Ona görə də Allah hər şeyin çıxış yolunu göstərir. İnsanın hislərini boğanda, təbii ehtiyaclarını ödəməkdən məhrum edəndə, musiqdən uzaqlaşdıranda, o azğınlaşır, İŞİDləşir, azyaşlı qızlara tamah salır və küfrə yuvarlanır.

Mutəni haram sayaq, zina onsuz da haramdır. Bəs nə olsun? Mən burada Freydin fəsləfəsinə haqq qazandırmaq fikrində deyiləm, ancaq insanın ehtiraslarının, ehtiyaclarının ödənməsini də vacib sayıram.

Təkrar edirəm, mutə zina deyildir. Mutə sadəcə olaraq daimi nikahdan iki şeyə görə fərqlənir: Müvəqqəti olması və müsəlmanla yanaşı, kitab əhli qadınlarla da edilə bilməsi ilə. Mutə edilmiş qadın kişinin arvadı, namusu sayılır. Ona görə də kişinin mutə etdiyi qadın namusu saya biləcəyi qadın olmalıdır. Yüngül əxlaqlı qadınlarla və ancaq ehtiras məqsədi ilə bu nikah icra edilmir. Burada bəzi əqdləşmə məsələsində ola bilər ki, yaxınlığın olmamasını şərt qoysunlar. Qadını ancaq məişət işlərini görməsi, ev işlərini icra etməsi məqsədi ilə mutə etmək kimi.

Bir sözlə, bu evlilik İslamda və Peyğəmbər zamanında mövcud olub. Qadağan edilməsi sübuta yetməyib. Zaman və dünyanın inkişafı onu göstərir ki, müvəqqəti nikah caizdir.

Tural İrfan

İlahiyyatçı




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:51 İslamın gizli qalmış həqiqətləri: Peyğəmbərin qızını kim öldürdü ? Tarixi təhlillər : Nifaq salmaq üçün İslamın ən həssas yeri olan Payğəmbərin qızı haqda rəvayətlər meydana gətirilmişdir. Təbərsi, İbn Quteybə və bir neçə tarixçi, ənənəvi və o dövrün hakim dairələrinin təsir dairəsində olan tarixçilərdən, məsələn, Təbəridən, İbn Əsirdən və.s. fərqli olaraq
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
14:20 Tural Əhmədov: "İbadət qul ilə məbud arasındakı qulluq bağıdır" İSLAMDA İBADƏT Bildiyimiz kimi İslam dinində ibadətin xüsusi bir yeri vardır. Quran-ı Kərimdə də ifadə olunduğu kimi insanlar və cinlər ibadət etmək üçün yaradılmışdır. İbadət qul ilə məbud arasındakı qulluq bağıdır. Bu mənəvi hal, namazda tam zirvəsinə çatmalıdır ki, Allah Elçisi (s. a. a),
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az