t s

» » MEK-ə “Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Şuşa filialı” adlı kataloq daxil olub

MEK-ə “Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Şuşa filialı” adlı kataloq daxil olub

26-01-2018, 15:02 Yazar:  Gülnar Baxılıb: 99 Çap et
MEK-ə “Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Şuşa filialı” adlı kataloq daxil olub
AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan Xalça Muzeyi tərəfindən hazırlanmış “Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Şuşa filialı” adlı kataloq daxil olub. Kataloqda Qarabağ xanlığı, onun tarixi, Şuşanın Qarabağ xanlığının paytaxtı elan olunması, Qarabağ xanı Pənahəli xanın göstərişi ilə Şuşa qalasının tikilməsi, eləcə də xanlıqlar dövründə Qarabağ xanlığının vəziyyəti, orada baş verən hadisələr haqqında məlumat verilir. Albomda da eləcə də Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Şuşa filialının xilas edilmiş eksponatları haqqında da geniş məlumat verilir.

Qeyd edək ki, qədim tarixə malik Qarabağ xalçaçılıq sənəti ənənələrinin öyrənilməsi, qorunması və yaşadılması məqsədiləAzərbaycan SSR Mədəniyyət Nazirliyinin 26 sentyabr 1985-ci il tarixli 502 №-li əmrinə əsasən Azərbaycan Xalçası və Xalq-Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialının əsası qoyulmuşdur. Filial fəaliyyətinə 19 may 1987-ci il tarixindən general Səməd bəy Mehmandarova məxsus XVIII əsr abidəsi olan malikanədə başlamışdır. Şuşa filialında Azərbaycan Xalçası və Xalq-Tətbiqi Sənəti Dövlət Muzeyinin əsas fondundan seçilmiş xovlu və xovsuz xalçalar, xalça məmulatları, bədii tikmə, milli geyim, zərgərlik və bədii metal nümunələri nümayiş olunurdu.

Azərbaycan və Ermənistan arasında baş vermiş hərbi münaqişə 1992-ci ildə filialın öz fəaliyyətini dayandırmasına səbəb oldu. 1992-ci ilin 29 fevral tarixində Şuşa filialının 246 ədəd eksponatından 183-ü (80 ədəd xovlu xalça, 35 ədəd xovsuz xalça və xalça məmulatı, 29 ədəd bədii tikmə və milli geyim, 39 ədəd zərgərlik məmulatı) təxliyə edilərək muzeyin əsas fonduna təhvil verilmişdir.

Azərbaycanın işğal olunmuş ərazilərində erməni işğalçılarının özbaşınalığı, tarixi və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasına, “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyasına, “Arxeloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasına ziddir.

Şuşa Azərbaycan mədəniyyətinin beşiyi olub. Həm də Şuşa torpağının yetişdirdiyi yüzlərlə mədəniyyət, maarif və elm xadimləri Azəbaycan tarixində silinməz izlər qoyublar. Azərbaycan Xalça Muzeyinin dönə-dönə bu mövzuya toxunması Qarabağın, xüsusən də Şuşanın talan edilmiş tarixi incilərini, maddi-mədəniyyət abidələrini təqdim etməkdə məqsədi dünya ictimaiyyətinə bir daha həqiqəti, ermənilərin vandalizmini göstərməkdən ibarədir. Bu, həm də Qarabağın tarixinə qüssəli səyahətdir. Bu yola Şuşadan başlamaq daha doğru olardı...

Qeyd edək ki, MEK-ə Azərbaycan Xalça Muzeyindən “Azerbaijan Carpet Museum” - Азербайджанский Музей Ковра” və “Lətif Kərimov Azərbaycan Xalça Muzeyinin kolleksiyasından” kitabları da daxil olub.

İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com
(012) 537 19 82




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az