t s

» » Aşağı Göycəli kənd İƏD üzrə nümayəndəsinin ötən ilin yekunlarına dair hesabat yığıncağı keçirilmişdir - Ağstafada

Aşağı Göycəli kənd İƏD üzrə nümayəndəsinin ötən ilin yekunlarına dair hesabat yığıncağı keçirilmişdir - Ağstafada

25-01-2018, 15:32 Yazar:  Gülnar Baxılıb: 435 Çap et
Aşağı Göycəli kənd İƏD üzrə nümayəndəsinin ötən ilin yekunlarına dair hesabat yığıncağı keçirilmişdir - Ağstafada
Bu gün Ağstafa rayon İcra Hakimiyyəti başçısı cənab Məhərrəm Quliyevin iştirakı ilə rayonun Aşağı Göycəli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 2017- ci ilin yekunlarına dair hesabat yığıncağı keçirilib.

Mediaxeberleri.az
xəbər verir ki, hesabat yığıncağında rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər. Hesabat iclasında çıxış edən Ağstafa rayon İcra Hakimiyyəti başçısı cənab Məhərrəm Quliyev əsası Ulu Öndər tərəfindən qoyulan və bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən bütün istiqamətlərdə həyata keçirilən siyasi, iqtisadi, sosial yüksəliş strategiyasından danışdı.

İcra başçısı bildirdi ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın regionun lider dövlətinə çevrilməsi, beynəlxalq birlikdəki yerini möhkəmləndirməsi, söz sahibinə çevrilməsi dünya miqyasında qəbuledilən reallıqdır. Heydər Əliyev siyasi kursunu qətiyyətlə davam etdirən, atdığı hər addımda Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə və milli maraqların müdafiəsinə yönələn bir siyasi kursun daşıyıcısı olduğunu təsdiqləyən cənab İlham Əliyevin bu ilin keçiriləcək növbəti prezident seçkilərində də xalqın etimadını qazanacağı şübhəsizdir:

”Prezident İlham Əliyevin ölkədə işsizliyin tamamilə aradan qaldırılması istiqamətində qarşıya qoyduğu vəzifələrə uyğun olaraq, iş yerlərinin açılması üçün mövcud imkanlardan maksimum istifadə olunub. Həmçinin Rayon İcra hakimiyyətinin başçısı ölkənin, onun regionlarının davamlı inkişafı prosesində Ağstafanın da bir çox uğurlara imza atdığını, rayonun ümumi sosial-iqtisadi inkişaf tempində öz mövqeyini qoruyub saxladığını diqqətə çatdırdı"

Son illərdə Ağstafa rayonunun sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş vermiş, əhalini narahat edən problemlərin həlli və infrastruktur layihələrinin yerinə yetirilməsi sahəsində mühüm tədbirlər həyata keçirilmiş, təhsil və digər sosial yönümlü obyektlər istifadəyə verilmiş, sənaye müəsisələri yaradılmış, yeni avtomobil yolları çəkilmiş, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.

Hesabat məruzəsi ilə çıxış edən Ağstafa rayon İcra Hakimiyyəti başçısının Aşağı Göycəli kənd İƏD üzrə nümayəndəsi E.İsmayılov hesabat dövründə görülən işlər haqqında ətraflı məlumat verdi. İl ərzində kənddə görülən işlərdən danışan E.İsmayılov bildirib ki, hazırda kənddə 623 şəxsi təsərrüfat vardır. Kənd əhalisinin sayı bu il 25 nəfər artaraq 2337 nəfər olmuşdur. Mütəmadi olaraq nümayəndəliyin ərazisinə qeydiyyata düşən və ərazidən qeydiyyatdan çıxan şəxslərə dair məlumatlar ev təsərrüfatlarının uçotu kitabına işlənilmiş, xarici ölkələrdə və respublikanın müxtəlif yerlərində yaşayan, hərbi xidmətdə olanların siyahıları dəqiqləşib.

Daha sonra kənd sakinlərini maraqlandıran məsələlərə aydınlıq gətirildi.

Cari ildə nümayəndəliyin qarşısında duran əsas vəzifələr müəyyən edildi.

Hesabat yığıncağı işgüzar şəraitdə keçdi.

Aşağı Göycəli kənd İƏD üzrə nümayəndəsinin ötən ilin yekunlarına dair hesabat yığıncağı keçirilmişdir - Ağstafada
Aşağı Göycəli kənd İƏD üzrə nümayəndəsinin ötən ilin yekunlarına dair hesabat yığıncağı keçirilmişdir - Ağstafada
Aşağı Göycəli kənd İƏD üzrə nümayəndəsinin ötən ilin yekunlarına dair hesabat yığıncağı keçirilmişdir - Ağstafada
Aşağı Göycəli kənd İƏD üzrə nümayəndəsinin ötən ilin yekunlarına dair hesabat yığıncağı keçirilmişdir - Ağstafada
Aşağı Göycəli kənd İƏD üzrə nümayəndəsinin ötən ilin yekunlarına dair hesabat yığıncağı keçirilmişdir - Ağstafada




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:36 Yeni Azərbaycan Partiyası - 25: xalqa, dövlətə xidmət nümunəsi - Vüqar Rəhimzadə yazır... Əgər xalq öz hüquqlarını anlayır və qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar Azərbaycan müstəqillik tarixinin 26-cı ilini arxada qoydu. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, tarixi paralellər fonunda Azərbaycanın
09:04 Əli Həsənov: Azərbaycan müstəqillik, inkişaf və rifah yolu ilə gedir – MÜSAHİBƏ “2015-ci ildə Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunub”. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 2015-ci ilin yekunları ilə bağlı müsahibə verib. Mediaxeberleri.az müsahibəni təqdim edir: - Başa çatmaqda olan 2015-ci
21:18 MSK parlament seçkilərinə yekun vurdu - Siyahı açıqlandı 18 Noyabr 2015 [17:22] Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 1-də V çağırış Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib. APA-nın
17:53 Parlament seçkilərinə yekun vuruldu Deputat seçilənlərin siyahısı açıqlandı. Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 1-də V çağırış Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar
07:26 Milli Məclisə seçkilərin ilkin nəticələri açıqlandı (SİYAHI) Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu Milli Məclisə gün keçirilən V çağırış seçkilərin ilkin nəticələrini açıqlayıb. APA-nın məlumatına görə, seçki dairələri üzrə lider namizədlər aşağıdakılardır: 1 saylı Şərur-Sədərək Seçki Dairəsi – Vasif Talıbov (YAP) – 89,4% 2 saylı

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az