t s

» » AŞPA-da Kəlbəcər girovları ilə bağlı məsələ qaldırıldı

AŞPA-da Kəlbəcər girovları ilə bağlı məsələ qaldırıldı

23-01-2018, 20:15 Yazar:  Gülnar Baxılıb: 135 Çap et
AŞPA-da Kəlbəcər girovları ilə bağlı məsələ qaldırıldı
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva qurumun Azad Demokratlar Qrupu toplantısında Ermənistanın qeyri-qanuni girov saxladığı azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələ qaldırıb.

Millət vəkili AŞPA-nın, Avropa İnsan Haqları Komissarının onların azad olunması üçün Ermənistana ciddi təzyiq göstərməməsinə etirazını bildirib, təşkilatı onların pozulan insan haqlarının müdafiəsində daha fəal olmağa çağırıb.

Q.Paşayeva Dilqəm Əsgərov və Şahbaz Quliyevə verilən əziyyətlər və ailələrinin yaşadığı böyük üzüntü barədə məlumatlar verib, təmsil olunduğu qrupu da bu məsələni xüsusi diqqətdə saxlamağa çağırıb:

“Bu məsələni Avropa İnsan Haqları üzrə Komissarı vəzifəsinə namizədlərin qrup üzvləri qarşısında çıxışı zamanı da xüsusi diqqət mərkəzində saxladıq. Onlara suallarımız zamanı bildirdik ki, hazırkı İnsan Haqları Komissarının bu məsələ ilə bağlı fəaliyyəti hiss olunmur və biz bundan çox narazıyıq və etirazımızı da hər zaman bildiririk. O, bir Komissar kimi Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması üçün heç bir ciddi addımlar atmadı. Və Avropa İnsan Haqları Komissarı vəzifəsinə seçkilərdə səs verməzdən öncə hansı namizədin bu məsələlərə xüsusi diqqət yetirəcəyini bilmək istəyirik və mövqeyimizdə də bu məsələ xüsusi rol oynayacaq. Çünki yeni seçiləcək İnsan Haqları Komissarından ikili standartlara yol vermədən Ermənistanın işğalçılığı üzündən evinə dönə bilməyən azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz evlərinə dönməsi haqlarının ciddi müdafiə olunmasını, azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması üçün ciddi səylər göstərməsini gözləyirik”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:41 Moskvada Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı tədbir keçirilib Rusiyanın Federasiyasının paytaxtı Moskva şəhərində azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı tədbir keçirilib Dəyirmi masanın iştirakçısı, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin icra katibi, “Birlik” jurnalının baş redaktoru İlqar İlkin bildirib
22:44 Fransada Dilqəm Əsgərov və Şahbaz Quliyevə görə tədbir keçirilib – FOTOLAR Fransanın paytaxtı Paris şəhərində 10 Dekabr – beynəlxalq insan hüquqları gününüə həsr olunmuş beynəlxalq tədbir keçirilib. Mediaxeberleri.az-a daxil olan məlumata görə, tədbirin keçirilməsində əsas məqsəd öz dədə-baba yurdlarını ziyarətə gedərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov
18:36 Qənirə Paşayeva Bağdadda İraq Türkman Cəbhəsini ziyarət edib Beynəlxalq Konfransda iştirak etmək üçün İraqda səfərdə olan millət vəkili, Azərbaycan-İraq Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva İraq Türkmən Cəbhəsini ziyarət edib və onun lideri, millət vəkili Ərşad Salihi və İraq türkmənlərini təmsil edən təşkilatların rəhbərləri ilə görüşüb.
18:36 Yeni Azərbaycan Partiyası - 25: xalqa, dövlətə xidmət nümunəsi - Vüqar Rəhimzadə yazır... Əgər xalq öz hüquqlarını anlayır və qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar Azərbaycan müstəqillik tarixinin 26-cı ilini arxada qoydu. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, tarixi paralellər fonunda Azərbaycanın
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az