t s

» » Oğuz Qocatürk - Qürur mənbəyim (hekayə)

Oğuz Qocatürk - Qürur mənbəyim (hekayə)

22-01-2018, 20:01 Yazar:  Oğuz Qocatürk Baxılıb: 170 Çap et
Oğuz Qocatürk - Qürur mənbəyim (hekayə)
Toğrul həmişə oğlu Ayxanla qürur duyurdu. Tərbiyəsi, mədəniyyəti hər kəsə nümunə idi. Onu məktəbdə də sevirdilər. Həm yaxşı oxuyur, həm də məktəbin bütün tədbirlərində fəallıq göstərirdi. Bir sözlə Ayxan nə iş görürdüsə ailəsinin sevincinə səbəb olurdu. Ayxan ailəsinin tək övladı idi. Təklikdən darıxırdı. Ya qardaşının, ya da bacısının olmasını arzulayırdı. Ona görə də bütün sinif yoldaşlarına hörmət edirdi. Onlarla çox səmimi münasibətdə idi. Bir birinə dərslərində kömək edir, bir yerdə deyib-gülüb şənlənirdilər. Sinif yoldaşları, ən yaxın dostu Azər də onun xətrini çox istəyirdi.
Hər gün məktəbə sevinə-sevinə gedən Ayxan bir gün dərsdən evə qayıdanda pis xəbər eşitdi. Valideynləri məktəbini dəyişmək istəyirdi. Daha doğrusu artıq yeni məktəbi ilə danışmışdılar. Məktəbin daha böyük, daha gözəl olması ailəsinin bu qərarı verməsinə səbəb olmuşdu. Ata-anası bu addımı ilə bir şeyi unutmuşdular. Onlar Ayxanın dostlarından, doğma məktəbindən, sevimli müəllimlərindən ayrılanda keçirəcəyi hissləri nəzərə almamışdılar.
Yeni məktəbi doğrudan da gözəl idi, böyük idi. Müəllimləri, sinif yoldaşları da ona münasibətdə pis deyildi. Ayxanı isti qarşılamışdılar. Amma ilk məktəbini, ilk müəllimini, ilk dostunu unuda bilmirdi. Yad bir yerdə qonaq kimi idi. Hər gün dərsə könülsüz gedirdi. Artıq dərslərinə əvvəlki tək yaxşı hazırlaşmırdı. Düşdüyü bu vəziyyət Ayxanı üzürdü. Bir gün hirslənərək atasına dedi:
- Məni öz məktəbimdən niyə ayırdınız? Niyə sinif yoldaşlarımdan, müəllimlərimdən ayırdınız? Axı, mən öz məktəbimi, müəllimlərimi, yoldaşlarımı sevirdim. Onlar mənə doğma idilər. Siz məni dostlarımdan, sevdiyim insanlardan ayırdınız. İnsan sevmədiyi yerdə necə qala bilər. Mən öz məktəbimdə qalmaq, məni sevən müəllimlərimlə, sinif yoldaşlarımla bir yerdə olmaq istəyirdim.
Atası dedi:
- Bunu mən istəmədim, anan istədi.
Bunu eşidən Ayxan varlığı ilə qürur duyduğu anasından kədərlə xəbər aldı:
- Mənə bu pisliyi niyə etdin, ana?! Axı sən məni çox sevirdin. Mənə gözümün ağı-qarası, tək balam deyirdin. İndi sən məni həyatda da tək-tənha qoydun.
Ayxanın səsindəki kədəri, qəmi hiss edən anası sarsıldı. Elə bil ki, ürəyindən bir tel qırıldı. Amma üzə vurmadı. Gec də olsa, səhvini anlamışdı.
- Ayxan, sənin daha gözəl, daha böyük məktəbdə oxumağını, çoxlu xarici dil bilməyini istəyirdim. Sən bizim tək balamızsan. Hər şeyimiz sənindir. Daha yaxşı məktəblərdə, universitetlərdə oxumağını, xaricdə təhsil almağını arzu edirəm.
Anasından eşitdiyi sözlər Ayxanın qəlbinə ox kimi sancıldı. Ürəyinə toxundu. Hirslə qapını çırpıb evdən çıxdı. Ata-anasını görmək istəmirdi. O gündən evlərində hər şey dəyişdi.Ayxan daha əvvəlki uşaq deyildi. Artıq pis mühitdə, yeni uşaqların əhatəsində idi. O qədər də yaxşı oxumurdu. Geyim-keçimi də dəyişmişdi. Saçını başqa cür darayırdı. Günün çoxunu mobil telefonla keçirirdi. İllər keçdikcə doğmalarından daha çox uzaqlaşırdı. Atasını qürur duyduğu oğlu pis insana çevrilmişdi. Davranışı da dəyişmişdi. Dikbaş olmuşdu. Böyük-kiçik bilmirdi. Bütün günü həyətdə olurdu. Yeni-yeni dostları ilə top oynayır, əylənir, vaxtını boş-boşuna keçirirdi. Evə gec gəlirdi. Elə bil ailəsi onun yadından çıxmışdı. Sanki ailəsini cəzalandırırdı. Ayxanın dostlarının yaxşı olmadığını, onu uçuruma apardığını görən atası Ayxana dedi:
- Əvvəllər qürur duyduğum oğlum hardadır? O uşaqlar səni pis insana çevirdilər. Dərslərini daha yaxşı oxumursan. Davranışın, ailənə, qonşulara, məktəbinə münasibətin də çox pisdir. Sənə nə olub, oğlum? Axı sən bizim tək övladımızsan. Sən bizim hər şeyimizsən. Biz səni daha ağıllı, tərbiyəli, savadlı, daha mədəni, alicənab görmək istəyirdik. Bəlkə səni əvvəlki məktəbinə qaytaraq.
Atasının sonuncu sözü onu möhkəm tutdu. Üç il bundan əvvəlki kədərli, həm də kinayəli səslə dedi:
- Ata, anamın əvvəlki oğlu, tərbiyəli övladı olmasa da, gözəl, böyük məktəbi var. Mən indi böyük, vəzifəli, varlı adamların uşaqları ilə bir yerdə oxuyuram. İngilis dilində dərs alıram. Artıq gecdir, ata...
Ayxan bunu deyib hönkür-hönkür ağlayaraq evlərinin qapısını çırpıb çıxdı. Həyətlərindəki böyük çinarın kölgəsində oturub öz-özünə pıçıldadı: “Atamgil niyə anlamır ki, uşaqlar böyük məktəblərdə, xarici universitetlərdə oxuyanda böyük olmur. Bu çinar ağacı kimi öz kökünə bağlananda, torpağın dərinliyinə kök atanda başı uca olur. Tez böyüyür, qol-qanad atır”. Heyif ki, Ayxanın qəlbindən keçənləri ondan başqa kimsə eşitmirdi.
Oğlunun hönkürtü ilə dediyi sözlər atasını möhkəm silkələmişdi. Vücudu titrəyir, əlləri əsirdi. Ayxanın əvvəlki məktəb direktoru Sona xanımın yanına gedib vəziyyəti ona danışdı. Ayxanın öz məktəbinə qaytarılması üçün xahiş etdi. Söhbəti eşidən Sona xanım söylədi:
- Toğrul müəllim, üç il əvvəl siz Ayxanın məktəbini dəyişəndə sizə demişdim ki, oğlunuzun özünü tapdığı bir dünyası, ona doğma olan məktəbi və ürək qızdırdığı dostları var. Onu öz mühitindən qoparmayın. Ayxan üçün çətin olacaq. Yaxşı məktəb yaxşı torpaq kimidir. Ora nə əksən tez boy atar. Məktəbimiz sadə ola bilər. Kiçik ola bilər. Amma çox yaxşı, savadlı müəllimlərimiz var. Ayxan bizim ağıllı, savadlı şagirdlərimizdən idi. Eşitdiklərimdən çox pis oldum. Elə günü sabahdan onu öz sinifinə qaytarın. Amma bu barədə onunla siz söhbət etməyin. Xatırlayıram, sinifində yaxın bir dostu var. Adı deyəsən Azərdi. Mən indi sinif rəhbərinə deyərəm Azərlə sizi görüşdürər. Qoy Ayxanla o söhbət etsin. Yadımdadı Ayxan gedəndə ona da çətin olmuşdu.
Az sonra Azərlə görüşənAyxanın atası ona dedi:
- Azər, oğlum, sənin dostun çox pis uşaqlara qoşulub. Nə məktəbdə yaxşı oxuyur, nə də evə vaxtı-vaxtında gəlir. Onu əvvəlki məktəbinə, yəni sizin sinifinizə qaytarmaq istəyirik. Ayxanla danışıb onu razı salmaqda köməyinə ehtiyacımız var. Sona xanım belə məsləhət görür. Ayxan məndən də, anasından da incikdir.
- Toğrul əmi, bu xəbər məni çox sevindirdi. Ayxanla biz ayrılmaq istəmirdik. O gedəndən sonra bütün sinif yoldaşlarım pis oldu. Siz məni Ayxanla görüşdürün, mən tez onunla söhbət edim.
Azəri görcək Ayxanın elə bil üzünə günəş doğdu. Sevinci yerə-göyə sığmırdı.
- Azər, əziz dostum, sənin üçün çox darıxmışdım, necəsən? O biri uşaqlar necədi?!
- Ayxan, mən də səni görüb sevindim. Toğrul əmi dedi yerini. Mən də tez gəldim. Sənə şad xəbərim var. Atan Sona xanımla danışıb. Sabahdan öz məktəbimizə qayıdacaqsan. Bütün uşaqlar sevinəcək.
- Azər, artıq atamgil mənimlə qurur duymur. Mən onların sevimli övladı deyiləm. Yaxşı oxumuram. Gözəl davranışım yoxdur. Evə vaxtında gəlmirəm. Bir sözlə daha əvvəlki uşaq deyiləm. Elə mən də onları sevmirəm. Onlar mənim istəyimi nəzərə almadan məni doğma məktəbimdən, dostlarımdan ayırdılar.
-Ayxan, sən valideynlərindən inciyə bilərsən, amma sevmirəm nə demək. Sən ailənin bircə övladısan. Onlar sənə daha yaxşısını düşünüblər, yəqin. Yadındadı, biz dördüncü sinifdə oxuyanda Aydan müəllimə bizə bir nağıl oxumuşdu.Orada deyilirdi ki, hamı səhv edə bilər. Əsas günüh omasın. Toğrul əmi də, anan da səhvlərini anlayıblar. Sən onları bu şəkildə cəzalandıra bilməzsən. Sən o pis uşaqlardan ayrıl, gəl öz məktəbimizə. Yenə tədbirlər, yarışlar təşkil edək.
Dostunu diqqətlə dinləyən Ayxan dedi:
- Anamın belə qərar verməsi qəlbimə toxunmuşdu. Mənim bacım, qardaşım yox idi. Amma mənim dostlarım, sənin kimi qardaşım var idi. Anam bu üç ildə mənim əlimdən hər şeyimi aldı.
- Ayxan, unutma, Gülər xanım yaxşı alimdir, həm də yaxşı anadır. Əgər qəlbində mənə qarşı doğma bir hiss qalıbsa get ailəndən üzr istə. Bu illərdə sən onları çox incitmisən.
Bu söhbətdən sonra dostlar sağollaşıb hər kəs öz evinə yollandı. Evə gələn Ayxan ata-anasının boynuna sarılıb dedi:
- Sizdən üzr istəyirəm.
Gözləri sevincdən dolan anası dilləndi:
- Oğlum, mən səndən üzr istəyirəm. Kaş belə etməyəydim. Mən səni düşünmüşdüm, daha müasir məktəbdə oxumağını istəmişdim. Görünür düz etməmişəm.
Ayxan günahlı nəzərlərlə ata-anasına baxıb təkrar üzr istədi.
- Mən sadəcə qardaş əvəzi dost axtarırdım. Dostumu əlimdən almışdınız. Yeni məktəbimdə hər şey gözəl idi, amma onu əvəz edə biləcək birisini tapa bilmədim. Gec də olsa məni anlaya bildiniz.
Səhərisi gün Ayxanla atası doğma məktəbə lap tez gəlmişdilər.Ayxan sevincindən sanki uçurdu. Atası oğlunu bağrına basıb dedi:
- Tez qalx sinifə, dostların səni gözləyir.
Ayxan çantasını çiyninə keçirib iti addımlarla içəri girdi. Atası:
- Sən yenə mənim qürur mənbəyimsəm, deyib kövrəldi.Ayxanınisə bundan xəbəri olmadı.



Oğuz Qocatürk
132-134 nömrəli Təhsil Kompleksinin
6a sinif şagirdi




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
13:03 11 yaşlı qızın QAN DONDURAN DRAMI: “Hər gecə dəhşət filmləri göstərirdilər” Sizə insanların uğur hekayələrini təqdim edəcəyik. Bilirəm, uğur hekayəsi adı altında çox tanınmış insanların övladları və ya nəvələri ilə tanış olmusunuz. Biz o layihələri davam eləməyi düşünmürük. Bizim qəhrəmanlar həyata uğursuzluqla başlayanlar, valideynlərinin adı rastlaşdıqları qapıları
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az