t s

» » Etibarnaməyə etibar etməyin!

Etibarnaməyə etibar etməyin!

19-01-2018, 02:21 Yazar:  Elşad MƏMMƏDLİ Baxılıb: 232 Çap et
Etibarnaməyə etibar etməyin!
Biz azərbaycanlıların dünya xalqlarında rast gəlinməyən bir sıra keyfiyyətləri, fərqli xüsusiyyətləri, bacarıqları var. Onlardan biri də ən son, ən müasir avadanlıqları kustar üsulla “yeniləyə” bilməkdir. Məsələn, biz hətta yapon, alman istehsalı olan kompüteri, cihazı barmaq edib elə hala salırıq ki, öz proqramı üzrə deyil, məhz özümüz istədiyimiz şəkildə çalışır.

Bir nümunə göstərim:

Almaniya istehsalı olan son model “Mercedes”lərdə maneəyə yaxınlaşanda avtomatik tormozlanma sistemi var. Əksər azərbaycanlı sürücülər bu model maşına sahiblənən kimi, birinci onun beynindən həmin sistemi ayırırlar. Çünki bizə manevr etməyə, bir balaca sıxlıq olanda sağdan-soldan keçib getməyə imkan vermir, qəza şəraitini özü nəzərə alıb tormozlayır və biz forsaj verib, şəhərin ortasında 5 saniyəyə 100 sürət yığa bilmirik.


Yaxud da evlərimizə smart tipli qaz, su, işıq sayğacı quraşdırılır. Bir çox ifrat “savadlı”, “barmaqeləmə” üzrə çempionlarımız həmin sayğacı geriyə fırlatma mexanizmi düzüb-qoşurlar. Buna görə hətta həbsə düşən, yüksək cərimə ödəyən vətəndaşlarımız da var.


Fərqli bacarıqlarımız təkcə texnika ilə bağlı deyil. Biz hüquq sahəsində də dünyaya meydan oxuya bilirik. Məsələn, əksər insanlarımız bir sıra əməliyyatlar həyata keçirərkən, ev, avtomobil alarkən hüquqi prosedurlara əməl etməyi deyil, qanunun yanından keçib getməyi üstün tuturlar. Birini deyim, uzun illər qabaq bir dəb düşdü ölkədə; avtomobili baş etibarnamə adlı, əslində heç bir etibarı olmayan sənədlə almaq. Bu, elə bir hala gəlib çıxdı ki, ölkədə vətəndaşlar faktiki olaraq öz maşınını deyil, hər kəs bir başqasının avtomobilini sürürdü. Bir də görürdün bir avtomobilə 8-10 etibarnamə verib. Bu səbəbdən yol hərəkəti pozuntularına dair cərimələr də fərqli adamlara gedib çıxırdı.


Hökumət bu problemləri aradan qaldırmaq üçün çox mühüm bir addım atdı. Artıq bir neçə ildir ki, baş etibarnamə deyilən sənədi 1 ildən artıq müddətə vermirlər. Bu, ona hesablanmışdı ki, insanlar ildə bir dəfə küçələrə düşüb maşının sahibini axtarmalı olduğunu düşünərək, elə bəri başdan avtomobil alanda öz adına rəsmiləşdirsin. Bununla həm vətəndaş gələcəkdə problemlə üzləşməyəcək, həm DYP əməkdaşları 5-6 etibarnamədən hansı birinə radar cəriməsi yazılmalı olduğu dilemması qarşısında qalmayacaq və s. Amma yenə əksər insanlarımız avtomobili bu bir illik etibarnamə ilə alır. Buna da artıq çarə tapıblar. Məsələn, Əhməd Məmməddən aldığı etibarnamənin bitməsinə 2 gün qalmış əmisi oğlu Nurəhmədə etibarnamə verir. Nurəhməd də Əhmədə sürücülük etibarnaməsi verir, beləcə proses ilbəil bu şəkildə davam edir.


Bəs nəticə nə olur? O olur ki, hazırda ölkə üzrə 10 minlərlə adam məhkəmələrin, məhkəmə icra şöbələrinin qapısında qalıb! Minlərlə adam hətta 5-10 min manat verib aldığı, amma adına rəsmiləşdirmədiyi avtomobili itirib! Necəsini aşağıda elə öz başımıza gələn hadisənin fonunda izah edim.


Əvvəla, onu deyim ki, insanların böyük bir faizinin etibarsız, bir xeyli hissəsinin də “görüm kimə atıb qabağa düşürəm” prinsipinə söykənmiş olduğu cəmiyyətdə ümumiyyətlə ETİBARNAMƏ söhbətini unudun! Etibarnamə ilə bir yaxın qohumum 8 il öncə 2029-cu ilədək hüquqi qüvvədə olan etibarnamə ilə avtomobil alıb. İndi xəstəsi var, satmaq istəyir. Məlum olur ki, bizim qohumun maşını aldığı adam da kimdənsə, daha dəqiqi, Qarayev Tərlan adlı birindən etibarnamə ilə alıbmış həmin avtomobili. Ardınca görün nolub: Tərlan rəsmən dələduzun biri imiş. Azı 6 adama pul atıb və barəsində dələduzluqla bağlı 6 məhkəmə qərarı var. Vurduğu ziyanları, borclarını qaytarmaq üçün də onun əmlaklarına məhdudiyyət qoyulub, o cümlədən bizim qohumun da etibarnamə ilə sürdüyü maşına. İndi qohum qalıb Tərlanın zibillərinin içərisində. Düzdür, hüquq imkan verir ki, o, həmin maşını 5 ildən artıq istifadə etdiyi üçün həbsdən məhkəmə qərarı, yaxud da digər hüquqi prosedurlarla çıxarsın, öz mülkiyyətinə keçirsin. Amma bunun üçün azı 2 hörmətli dosta, 1 vəkilə, bir neçə məmura ağız açmaq zorunda qalıb ki, haqlı olduğunu sübut edə bilsin!


Bəli, əvvəllər avtomobili öz adına keçirmək üçün müəyyən qeyri-rəsmi ödənişlər də tələb edilirdi. Amma bu gün bu yoxdur və rəsmi rüsumla - təxminən iki etibarnamə rüsumu qədər vəsait ödəməklə avtomobili öz adınıza rahatlıqla keçirə bilərsiniz. Tənbəllik etməyin, 30-40 manatdan ötrü qırx arşın quyunun dibinə salmayın özünüzü. Yoxsa bizim qohumun gününə düşəcəksiniz, qalacaqsınız yollarda və əsəb içində boğula-boğula.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
13:18 Batının Türklüyü çökdürmək istəyi Türkel Araşdırma Qurumu təqdim edir Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün biz, ayrı-ayrı Azərbaycan aydınları Türkel Araşdırma Qurumu adına bir araya gəldik. İstəyimiz gündəmdə olan bir qonunu toplumumuza, insanlarımıza tanıtmaqdır, çatdırmaqdır. Qonumuz neçə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az