t s

» » Tovuz Dövlət Sosial İqtisad Kollecindən daha bir şikayət- Dərs saatları 200 manata satılır - İDDİA

Tovuz Dövlət Sosial İqtisad Kollecindən daha bir şikayət- Dərs saatları 200 manata satılır - İDDİA

12-01-2018, 18:00 Yazar:  Gülnar Baxılıb: 115 Çap et
Tovuz Dövlət Sosial İqtisad Kollecindən daha bir şikayət- Dərs saatları 200 manata satılır - İDDİA
Tovuz Dövlət Sosial İqtisad Kollecinin müəllimi Vəliyeva Aynurə Mirzəli qızı direktor Rizvan Qənbərovdan və tədris hissə müdiri Nuranə Ələkbərovadan şikayətçidir.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə,birinci vitse-prezident xanım Mehriban Əliyevaya,Təhsil Nazirliyinə,digər yüksək səlahiyyətli şəxslərə ünvanlanan məktubun bir nüsxəsi də Faktinfo.az-a göndərilib.

Məktubdan sitat:

“2005-ci ildən Tovuz Dövlət Sosial İqtisad Kollecində müəllim işləyirəm. Rizvan Qənbərov direktor təyin olunanadək 1,5 ştat dərs saatı tədris edirdim,eyni zamanda qrup və kabinə rəhbəri idim. Rizvan müəllim direktor təyin olunandan sonra Pedaqogika – Metodika – Ədəbiyyat fənn birləşməsinin sədri də işlədim. Lakin,ötən tədris ilində məndən 1 ştat (500 saat) dərsə görə 200 manat istədilər.Pulu vaxtında çatdıra bilmədim, yayda məzuniyyət pulumu alanda 150 manat verdim. Analıq məzuniyyətində olan müəllimin dərs saatını mən də daxil olmaqla, daha iki müəlliməyə 200 manata satdılar. Pulu gecikdirdiyimə görə hazırda direktor 1 ştat (500 saat) dərs saatımı vermir. Həmin dərs saatını kollecin tam ştatlı psixoloquna verərək onun dərs saatını 1,5 ştata yüksəldib. Nəticədə psixoloq öz vəzifəsinin icrası ilə deyil, dərs keçməklə məşğuldu.

Kollecdəki qanunsuzluqlara misal kimi növbəti fakt: 0,5 ştatda olan iki qadın müəllim direktorun icazəsi ilə işə gəlmir. Tədris hissə müdiri də onların dərs yükünü elə verib ki, aktiv dərs yükü dekabr ayında qurtarır. Amma eyni dərs yükü mənə elə yazılıb ki, hər iki semestr həftənin 3 günü 1 saat olmaqla işdə olmalıyam. Bu isə əlavə əziyyət və yol xərci deməkdir.

Onu da qeyd edim ki, işə gəlməyən iki müəllimin dərslərini kollecin digər psixoloqu və müəllimi tədris edir. Evdə oturan müəllimlər sonradan öz kartlarından pul çıxardıb, onların dərslərini əvəzçilik qaydasında əvəz edən şəxslərə saat hesabı ödəniş edirlər. Mən də sentyabrda həmin işə gəlməyən müəllimlərdən biri – Afaq Məhərrəmovanın iki həftə dərsini tədris etdim. Ancaq bir gün tədris hissə müdiri direktorun yanında mənə dedi ki, dərsini keçdiyin Afaq müəllim kartından pul çıxardıb sənə ödəyəcək. Ancaq mən razılaşmadım və ondan sonra həmin dərsi keçməkdən imtina etdim.

Onu da bildirim ki, haqqında bəhs etdiyim dərsi keçmək üçün həftənin iki günü kollecə gedib, yol pulu xərcləyib, əziyyət çəkmişəm. İndi mənim zəhmət haqqımı vermirlər. Tədris hissə müdiri deyir ki, get Şəmkirin Düyərli kəndində yaşayan Afaq müəllimdən pulunu al. Mən bu münasibəti özümə təhqir sayıram. Belə qanunsuzluğu, özbaşınalığı qəbul edə bilmirəm ".

Vəliyeva Aynurə Mirzəli qızı onu da xatırladır ki, 8 yaşından 5 uşaqlı ailədə atasız böyüyüb, çətinliklə ali təhsil alıb, 2016-cı il təvəllüdlü bir qızı var. Məhkəmələrə üz tutmağa heç cür imkanı yoxdu. Ona görə də saytımız vasitəsilə aidiyyatı qurumlara müraciət edir ki, onun haqqının bərpa olunmasına köməklik etsinlər.

Qeyd edək ki, Vəliyeva Aynurə Mirzəli qızının yazdıqlarının hamısı ciddi maliyyə pozuntusudur.Kollecdə vəziyyətin bu həddə gəlib çatmasındaTovuz rayon İcra Hakimiyyətinin məsuliyyəti də az deyil.

Əldə etdiyimiz digər məlumata görə,kollecdə tez-tez dava -dalaş düşür,orada intizam bərbad vəziyyətdədir,direktor idarəetməni bacarmır,təşkilatçılıq qabiliyyəti yoxdur,onun səlahiyyətlərini iki qadın həyata keçirir.Heç bir elmi dərəcəsi olmayan Rizvan Qənbərov ancaq "yığım" işinə baxır.

Faktinfo.az olaraq, KİV haqqında qanunun müvafiq maddələrini əsas götürüb, sorğu ilə kollecin rəhbərliyinə müraciət etdik. Bir aydan çox vaxt keçməsinə baxmayaraq, sorğumuza cavab ala bilmədik . İndi söz Təhsil Nazirliyinin və digər aidiyyatı qurumlarındır.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:55 Xarici valyuta ilə krediti olanlar, bu xəbəri oxuyun! Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası əqdin predmetini pulun özü təşkil etdiyi hallara şamil olunmur və bu maddə Konstitusiyanın 19-cu maddəsinin III hissəsində təsbit olunmuş Azərbaycan
17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az