t s

» » Allah, Rəbb, Tanrı sözləri böyük hərflə yazılmalıdır- yeni lüğət hazırlanır

Allah, Rəbb, Tanrı sözləri böyük hərflə yazılmalıdır- yeni lüğət hazırlanır

12-01-2018, 15:23 Yazar:  Gülnar Baxılıb: 131 Çap et
Allah, Rəbb, Tanrı sözləri böyük hərflə yazılmalıdır- yeni lüğət hazırlanır
Azərbaycan dilinin yeni orfoqrafiya qaydalarının layihəsində yaradanın, səmavi kitabların, planet adlarının, mifonimlərin böyük hərflə yazılması təklif olunur.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Orfoqrafiya Komissiyası və AMEA Nəsimi adına Dilçilik İnstitutu tərəfindən hazırlanan Azərbaycan dilinin orfoqrafiya qaydalarının layihəsində yaradanın və səmavi kitabların adları – Allah, Rəbb, Tanrı, Bibliya, Əhdi-cədid, Əhdi-ətiq, İncil, Qurani-kərim, Tövrat, Zəbur və s., planet adları, mifonimlər – Ay, Günəş, Ülkər; Afrodita, Herakl, Zevs və s. böyük hərflə verilir.

Modern.az-ın APA-ya istinadən verdiyi xəbərı görə, layihədə təklif olunur ki, tərkibində şöbə, lisey, gimnaziya, vəqf, məktəb sözləri olan mürəkkəb adlarda ilk söz böyük, sonrakı sözlər kiçik hərflə yazılsın. Məsələn, Avropa liseyi, Dəyanət vəqfi, Humanitar fənlər gimnaziyası, Humanitar siyasət məsələləri şöbəsi, Uşaq-gənclər şahmat məktəbi və s.

Qeyd edək ki, Azərbaycan dilinin 69 maddədən ibarət orfoqrafiya qaydaları hazırlanıb. Qaydalar Orfoqrafiya Komissiyasının iclasında müzakirə edildikdən sonra təsdiq üçün Nazirlər Kabinetinə təqdim ediləcək.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
13:09 Azərbaycanda bir sıra təhsil müəssisələrinin adları dəyişdirildi Əmrin icrasına nəzarət Aparat rəhbəri Mətin Eynullayevə həvalə olunub. Təhsil naziri Mikayıl Cabbarov təhsil müəssisələrinin adlarının dəyişdirilməsi barədə əmr imzalayıb. Mediaxeberleri.az xəbər verir ki, bu barədə APA-ya Təhsil Nazirliyindən bildirilib. Əmrə əsasən, Sumqayıt şəhər
20:02 Avropa mediasında müdhiş proqnozlar: "Avropa parçalanacaq, Rusiya dağılacaq, Çin qarışacaq..." “The Express” qəzetinin yazdığına görə, Strategic Forecasting özəl araşdırma şirkəti yaxın onillikdə dünyanın siyasi-iqtisadi mənzərəsinin proqnozunu verib. Bu proqnoza əsasən yaxın gələcək siyasi çaxnaşmalar, maliyyə təlatümləri və daimi terror təhlükəsi ilə zəngin olacaq. Qəzet yazır ki,
23:17 Bu məktəblərin hər birinə 10 min manat veriləcək – SİYAHI Azərbaycan Prezidentinin İlham Əliyev 2014/2015-ci tədris ilində keçirilmiş “Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, 2014/2015-ci tədris ilində
11:39 Humanitar Elmlər Bölməsində maxinasiyalar - AMEA-da... AMEA-da alimlərin “akademik talan”ı Prezidentin Nəsimi adına Dilçilik İnstituna ayırdığı 2 milyon manat kimlər tərəfindən və hansı yollarla mənimsənilib? İnstitutun əməkdaşları külli miqdarda yeyinti ilə bağlı sensasion faktları yenidən açıqladılar. İnstitutda maliyyə mənimsəmələri barədə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az