t s

» » "Bakcell"in yeni oyunu — TEXNİKİ PROBLEM YOXSA FIRILDAQ

"Bakcell"in yeni oyunu — TEXNİKİ PROBLEM YOXSA FIRILDAQ

12-01-2018, 14:49 Yazar:  Gülnar Baxılıb: 155 Çap et
"Bakcell"in yeni oyunu — TEXNİKİ PROBLEM YOXSA FIRILDAQ
"Bakcell Telekom" MMC müştərilərinin cibinə girməkdə davam edir

Sözügedən mobil operator əvvəlcədən müştərilərin internet paketinin yenilənməsi üçün balansından əvvəlcədən müəyyən olunmuş vəsaiti alır (məsələn, 500 MB - 3 manat). Sonra isə alınan vəsaitə uyğun olaraq internet paketini müştəriyə təqdim edir. Sonra isə müştərinin mobil telefonuna paketin deaktivizasiya edilməsi barədə SMS göndərilir. Elə problemlər də bundan sonra başlayır. Müştərinin mobil telefonuna gündəlik 25 meqabaytlıq internet paketi təklifi gəlir. Aldığı paketi geri tələb edən müştəri isə bu paketdən imtina edir (bir çox hallarda). Bir neçə saat sonra isə müştərinin mobil telefonundakı balans sıfırlanır.

Belə ki, sözügedən mobil operator müştərilərin internet paketini ləğv edərək internetdə istifadə olunan hər 1 MB üçün 0,35 manat müştərinin balansından pul silir. Bunu isə müştərinin xəbəri olmadan həyata keçirir.

Gundemxeber.org bildirir ki, "Ölkə.Az" məsələ ilə bağlı mobil operatorun müştəri xidmətləri ilə əlaqə saxlayıb. Müştəri xidmətlərinin sözlərinə görə, gün ərzində "Bakcell Telekom" MMC şirkətində texniki yanlışlıqlardan dolayı yüzlərlə insan hazırki vəziyyətdədir.

Yəni, sözügedən şirkət əvvəlcədən 500 MB internet paketi üçün balansdan 3 manat pul silir. Sonra 500 MB internet paketini ləğv edir. Bundan sonra müştəriyə 25 MB internet paketi verir. Bu paket bitdikdən sonra isə hər 1 MB üçün balansdan müştərinin xəbəri olmadan 0,35 manat silir. "Bakcell Telekom" MMC -nin müştəri xidmətlərinə istinadən bildirə bilərik ki, sözügedən şirkət gün ərzində müştərilərin cibindən minlərlə manatın oğurlanması deməkdir.

Qeyd edək ki, mobil operatorun "Gün ərzində 4 rəqəmli nömrədən sizə zəng olunaraq probleminiz öz həllini tapacaq" vədi də yalan çıxıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:47 Bizə göndərilən yalançı SMS-lər… Hazırkı dövrdə ən çox yayılmış reklam formalarından biri kütləvi şəkildə göndərilən sms-reklamlardır Çoxlarımız öz mobil nömrələrimizə dəfələrcə qısa nömrələrdən və hansısa şirkətlərdən fərqli mal və xidmətlər, kampaniyalar, endirimlər və digər mövzularda reklam xarakterli sms-ismarıclar alırıq.
01:33 “Bakcell” fırıldaqları: Mobil operator cibimizdən necə oğurluq edir? Mobil operatorun analoqu olmayan yeni internet fırıldağı üzə çıxıb BakcellƏnənəvi olaraq, abonentlərini müxtəlif problemlərlə üz-üzə qoyan Bakcell yenə də abunəçilərini aldatmaqla məşğuldur. Artıq sosial şəbəkələrdə, internet xəbər saytlarında şirkətin ünvanına yüzlərlə şikayət məktubları daxil
08:06 “Bakcell” milyonlarla abunəçinin cibinə necə girir? – ŞOK SOYĞUNÇULUQ İnternet trafiklərində, tarif paketlərində, kontur yüklənməsində milyardlar silinir Ölkədə fəaliyyət göstərən bəzi mobil operatorların abonentləri aldatması, bahalı tarif siyasəti yeritməsi adi hala çevrilib. Bununla bağlı cumhuriyyet.az-a verilən məlumata görə bir çox hallarda operatorlar daha
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az